• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Yazıçı: Heydər Əliyev hər zaman lider olub

Siyasət

11-12-2023, 09:36
Yazıçı: Heydər Əliyev hər zaman lider olub

Beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınan müstəqil Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu Ulu Öndər Heydər Əliyevin uğurlu, uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Müstəqil dövlətimizin tarixini yaradan Heydər Əliyev Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən qoruyub-saxladı. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz Müdrik Liderinə güvənməsi və geniş xalq məhəbbəti vəhdətdə birləşdiyindən, ölkəmizin müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması, məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən qaynaqlanıb. Odur ki, müasir Azərbaycanın milli inkişafı xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun zəngin idarəçilik təcrübəsi Azərbaycanı inkişaf edən bir ölkəyə çevirdi. Belə ki, 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlmişdi. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Ötən əsrin 70-ci illərindən indiyədək həyatımızın bütün sahələrindəki inkişaf və əldə olunan uğurlar şəriksiz olaraq Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət və siyasi xadim, bir sözlə, fenomen şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyi və onun gərgin əməyi nəticəsində qazanılmışdır. 1969-cu il iyul ayının 14-dən başlayan və böyük uğurla davam etdirilən geniş anlamda dirçəliş, tərəqqi və milli inkişaf epoxası, sözün əsl mənasında, Heydər Əliyev epoxası adlanır. Görülən məqsədyönlü tədbirlər nəticəsində çox qısa bir zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. 

Azərbaycan xalqının XX əsrdə ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyi təhlükə altında olanda Azərbaycan dövlətinin son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, hərbi qarşıdurma ilə üzləşdiyi tarixi anlarda xalqımız ulu öndər Heydər Əliyevə müraciət etdi və onun hakimiyyətə qayıdışını zəruri saydı.

Məlumdur ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyevin Moskvadan Azərbaycana qayıtması, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi, artıq bu mübarizə alovunu gücləndirdi və Müdrik Siyasətçinin uzaqgörən siyasəti xalqın buxovlanmış arzularının yolunda ümid çırağı yandırmış oldu. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fəaliyyəti dayandırıldı və onun bütün strukturları ləğv edildi. 

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Elmi əsaslarla beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu.

Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz",- deyirdi Heydər Əliyev. 

Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Ölkənin sənaye ölkəsinə çevrilməsində, hərbi potensialının güclənməsində, kadr potensialının hazırlanmasında və s. proseslərdə uğurlar müşayiət olundu və bütün sahələrdə dönüş yarandı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. 

Böyük Qayıdışın möhtəşəm nəticələri təkcə Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, ölkəmizin parçalanmasının qarşısının alınması və vətəndaş müharibəsinin dayandırılması ilə ifadə edilmir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Azərbaycanın mövqeyini nəzərə alırlar. Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. 

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində ölkəmiz Zəfər qazanmış xalq kimi uğurlu gələcəyə doğru inamla addımlayır. 

Oqtay Əliyev, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalislər Birliyinin üzvü, Yazıçı-publisist




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

8-05-2023, 10:27

Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

Ölkə

10-05-2023, 15:47

Qüdrət Nuriyev: Müasir müstəqil Azərbaycan Ulu Öndərin qurub yaratdığı dövlətdir

Mədəniyyət

16-06-2023, 12:29

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Ölkə

3-05-2023, 19:43

Xanlar Vəliyev: Prezidentin rəhbərliyi ilə son 20 ildə ölkəmiz daha da qüdrətlənib

Ölkə
Neftçalada Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Neftçalada Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Bu tələbələrə Prezident təqaüdü verildi - Siyahı
Bu tələbələrə Prezident təqaüdü verildi - Siyahı
“Uzun illər çadırlarda yaşamısınız” - Video
“Uzun illər çadırlarda yaşamısınız” - Video
Nazirlik kinoloji xidmət itlərindən təlimlərdə istifadə edə biləcək
Nazirlik kinoloji xidmət itlərindən təlimlərdə istifadə edə biləcək
Siyasət
Overçuk Azərbaycana gələcək
Dünən, 15:41
Overçuk Azərbaycana gələcək
İlham Əliyev Paşinyanla görüşdü - Video
2-10-2025, 11:10
İlham Əliyev Paşinyanla görüşdü - Video
Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri - Adnanın gizlənən xalası oğlu imiş
2-10-2025, 09:32
Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri - Adnanın gizlənən xalası oğlu imiş
Prokurorluq işçilərinin peşə bayramı Neftçalada da qeyd olundu - Fotolar
1-10-2025, 17:30
Prokurorluq işçilərinin peşə bayramı Neftçalada da qeyd olundu - Fotolar
Prezident ona “general-mayor” ali hərbi rütbəsi verdi
30-09-2025, 16:43
Prezident ona “general-mayor” ali hərbi rütbəsi verdi
Payızın ilk iclası başladı
30-09-2025, 11:25
Payızın ilk iclası başladı
Xəbər Lenti
  • Bu gün, 13:19
    Ukraynada dron hücumunda azərbaycanlı həlak oldu
  • Bu gün, 12:16
    Neftçalada Beynəlxalq Müəllimlər Günü qeyd olunub
  • Bu gün, 11:59
    Bu tələbələrə Prezident təqaüdü verildi - Siyahı
  • Bu gün, 10:01
    “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:00
    İsrail Qəzzadakı əməliyyatları dayandırdı
  • Bu gün, 08:31
    “Uzun illər çadırlarda yaşamısınız” - Video
  • Bu gün, 04:25
    Azərbaycanlı həkim beynəlxalq tədbirdə iştirak edib
  • Dünən, 17:12
    Nazirlik kinoloji xidmət itlərindən təlimlərdə istifadə edə biləcək
  • Dünən, 17:09
    Avtomobil kanala aşdı, sürücünün ayağı sındı - Fotolar
  • Dünən, 16:24
    Xətai prospektindəki yol bağlanır
  • Dünən, 16:16
    Cəlilabadda Heydər Əliyev Fondunun inşa etdiyi məktəb binası istifadəyə verildi - Fotolar
  • Dünən, 15:41
    Overçuk Azərbaycana gələcək
  • Dünən, 15:23
    Suya da diferensial tariflər tətbiq edilə bilər
  • Dünən, 15:01
    Biləsuvarda ağır qəza - Fotolar
  • Dünən, 14:45
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • Dünən, 14:01
    Şahrux Xan ilk dəfə milyarderlər siyahısında
  • Dünən, 13:26
    İsrail Livana zərbə endirdi
  • Dünən, 13:08
    Sabah hava necə olacaq?
  • Dünən, 12:29
    Dünya çempionatının rəsmi topu təqdim edildi
  • Dünən, 11:10
    ABADA Beynəlxalq Forumda təmsil olunub
  • Dünən, 11:05
    “Araz-Naxçıvan” “İmişli”yə, “Zirə” “Neftçi”yə qarşı
  • Dünən, 10:15
    Bakıda II Milli Rəqabət Forumu keçirilir
  • Dünən, 10:08
    Siqareti tərgitməyin ən təsirli üsulu tapıldı
  • Dünən, 09:10
    Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər? - Video
  • Dünən, 09:05
    Türkiyədə qalmaqallı menecer barəsində yenidən həbs qərarı çıxarıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə