Samux rayonunda bir nəfər su kanalında batıb.
Liderxeber.az xəbər verir ki, hadisə rayonun Şəmkir su kanalının Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.
Batan şəxsin 2014-cü il təvəllüdlü M. Mudayev olduğu bildirilir.
Hadisə yerinə polis, prokurorluq və Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Axtarışlar davam edir.