• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"

Cəmiyyət

12-05-2025, 18:00
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"

"İlk azərbaycanlıyam ki, ABŞ-nin paytaxtı Vaşinqtonda polis məmuru oluram.

Düzdür, başqa ştatlarda azərbaycanlılarımız var, amma sırf ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Ev ətrafında polis məmuru kimi çalışacaq ilk azərbaycanlı olmaq mənim bəxtimə düşdü..."

Bunu Liderxeber.az-a müsahibəsində ABŞ-nin paytaxtı Vaşinqtonda xüsusi təyinatlı polis zabiti təyin olunan ilk azərbaycanlı Zaur Cəlil deyib.

- ABŞ-də adi polis zabiti və xüsusi təyinatlı polis zabiti arasında hansısa fərq varmı?

- Departament olaraq ABŞ-də yeganə polis departamentiyik ki, bir neçə ştata baxırıq, yəni daxil ola bilirik. Burada da bir ştat az qala bir dövlətə bərabərdir. Başqa ştatlarda polisdə belə bir icazə yoxdur.

- Necə bir hissdir birinci olmaq?

- Çox gözəl bir hissdir. Qürurvericidir, həm Azərbaycanımız adına, həm öz adıma. İki il Polis Akademiyasında təhsil aldım, oranı fərqlənmə diplomu ilə bitirdim. Əslində bundan əvvəl də bu sahədə idim, amma tam olaraq təyinatım olmamışdı. Təyinatım mayın 9-da verildi və mən Kolumbiya dairəsinin Vaşinqton şəhərinin polis məmuru seçildim. Bu yüksək etimada layiq olmaq, əlbəttə ki, çox xoş oldu, çünki əziyyətim yerdə qalmadı.

- Zaur bəy, sual bir az qəribə səslənsə də, sistem baxımından dəqiqləşdirmək istərdim. Məsələn, bizdə polis məmuru deyəndə ağıla bir neçə variant gələ bilər - yol polisi, post patrul xidməti və ya polis idarəsində çalışan polislər. Sizin təyinat aldığınız bu vəzifədə olan polisin işi nədən ibarətdir?

- Bilirsiniz, polis işində bəzi məsələlər var ki, onlar haqqında danışmaq olmaz, yəni məxfilik məsələsi var deyə hər şeyi tam açıqlaya bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, ABŞ-də polis sistemi Azərbaycandan tam fərqlidir. Qeyd etdiyiniz kimi, Azərbaycanda polislər təyinatları üzrə iş görürlər, məsələn yol polisinin gördüyü işi post patrul xidməti görmür, amma ABŞ-də bu sistem qaydaları ümumidir. Yəni əgər mən polis məmuruyamsa, polislə bağlı hər bir işə məsulam - lazım olanda maşın da saxlaya bilərəm, adam da tuta bilərəm, axtarışa da gedə bilərəm və s.

- Maraqlıdır, niyə məhz polis olmaq istədiniz?

- Əslində polis olmaq arzum həmişə olub. Bilirsiniz də, bizdə uşaqlıqda oğlanlara sual verəndə ki, böyüyəndə kim olacaqsan, ən çox eşidilən cavab polis olmaqdır. Məndə də belə olub.

ABŞ-yə gələndə polis olmağı düşünmürdüm, doğrusu. Həkimlik üzrə oxumağa başlamışdım. Bu mənim ailə qurmağımdan bir qədər əvvələ təsadüf edirdi. Ailə qurduqdan sonra isə təhsilimi yarıda saxladım. Düşündüm ki, ailə qurum sonra yenidən davam etdirərəm. Ailə qurduqdan sonra isə iş elə gətirdi ki, hər dəfə dedim ki, bu il, gələn il, gələn il, bu il, beləcə zaman uzandı. Ailəmlə bağlı Azərbaycana tez-tez gedib gəlməli oldum. Sonra idmançı kimi polislərə dərs keçməyə başladım deyə, nəsə həkim olmaq fikrimdən daşındım. Düşündüm ki, həm idmana yaxındır, həm də polislərlə işləyirəm. Hesab edirəm, məhz bu səbəbdən daha çox polis olmaq istədim, nəinki həkim. Özümü bu işdə gördüm.

- ABŞ-yə neçənci ildə getmisiniz?

- 2006-cı ildən ABŞ-də yaşayıram. Uzun illər idmanla məşğul olmuşam. Cüdo üzrə üçqat ABŞ çempionuyam. Üçqat deyəndə bunu bəzən elə başa düşürlər ki, üç dəfə çempion olmuşam, amma yox. Mənim yüzdən çox qızıl medallarım var. Onların əksəriyyətini ABŞ-də qazanmışam. Ən böyük nəticəm isə ilk azərbaycanlı kimi üç dəfə ABŞ çempionu olmaqdır. Dörd dəfə isə öz çəkimdə ilin ən yaxşı idmançısı seçilmişəm.

- Bildirdiniz ki, əslində əvvəldən də polis sistemində vardınız…

- Bəli, polis sistemində var idim, amma polis məmuru deyildim. Polislərə idmandan dərs deyirdim. Bu işin içində olduğum üçün düşündüm ki, niyə də polis məmuru olmayım? Zatən işin içindəyəm, bu sahədən xəbərim var. Beləcə qərarımı verdim və Polis Akademiyasında oxumağa başladım, yekunda üç fəxri fərman və fərqlənmə diplomu ilə akademiyanı başa vurdum. Bu münasibətlə mənə medal və kubok verildi.

- Polis Akademiyasını neçənci illərdə oxudunuz?

- Akademiyaya 2023-cü ildə daxil olmuşdum, 2025-ci ildə bitirdim.

- Zaur bəy, yazırlar ki, siz Lerik rayonunun Gəndov kəndindənsiniz…

- Doğrusu, əslində mən Sumqayıt şəhərində doğulmuşam, elə atam da, anam da Sumqayıtda doğulublar. Babalarım Lerik tərəfdəndirlər, ona görə də mediada belə yazırlar. Məncə, bu da çox gözəldir. Əsas odur ki, azərbaycanlıyam və bununla da fəxr edirəm.

- Orta məktəbi Sumqayıtda oxumusunuz?

- Bəli, bəli. Bağçaya da Sumqayıtda getmişəm, məktəbə də, əsgərliyə də. Orta məktəbi bitirib əsgərliyə getmişəm. Hərbi xidmətimi başa vurduqdan sonra ABŞ-yə gəlmişəm.

- Sumqayıtda hansı məktəbdə oxumusunuz?

- Sumqayıtda doqquz il 25 saylı orta məktəbdə, son iki ilimi isə 5 saylı orta məktəbdə oxumuşam.

- Bəs hərbi xidmətinizi harada keçmisiniz?

- Hərbi xidmət zamanı bizdə əsas baza Xudatda idi, amma Qusarın Tahircal, Həzrə və digər kəndlərində də olurduq.

- Neçənci ildənsiniz?

- 1985-ci ildən.

- ABŞ-yə getməmişdən Azərbaycanda ali məktəb oxumuşdunuzmu?

- Xeyr. Azərbaycanda ali təhsil almamışdım, yalnız orta təhsilim var idi.

- ABŞ-yə gedəndə ilk hansı işi görməli oldunuz?

- İdman sahəsində olduğum üçün yarışlara qatılırdım. Bu il mənim 40 yaşım tamam olur. Qismət bu günə imiş ki, 40 yaşımda Polis Akademiyasını bitirdim və belə bir uğura imza ata bildim. Bilmirəm niyə bizdə bəzi insanlar 40 yaşı çox hesab edirlər, mən hesab edirəm ki, bu, ömrün ikinci baharı deməkdir. İkinci ömrümüz məhz elə bu yaşdan sonra başlayır.

- Çətin olmadı ki, bu yaşda oxumaq?

- Qətiyyən çətin olmadı. Qeyd etdiyim kimi, üç fəxri fərmanla bitirdim. Həmin fəxri fərmanın birini qrupumuzda tək mən qazandım. Bu, ən yüksək idman nailiyyətinə görə idi, baxmayaraq ki, qrup yoldaşlarımla yaş fərqimiz az deyildi.

- ABŞ-yə "green card"la (yaşıl kart) getmisiniz?

- Bəli. Mən bura gələndə atam "green card"lı idi. Ona görə çox asan əldə etmişəm "green card"ı. Çünki mən gələndə artıq atamın vətəndaşlığı var idi. Atam 1998-ci ildən burada yaşayırdı. Bir sözlə, atama görə almışdım kartı və 2011-ci ildən də həm ABŞ, həm Azərbaycan olmaqla ikili vətəndaşlıq daşıyıram.

- Zaur bəy, deyəsən, siz bir ara müğənnilik də etmisiniz. Bu gün də davam edirsiniz oxumağa?

- Bəli, doğrudur, oxumuşam. Mahnı oxumaq mənim uşaqlıq hobbilərimdən biri olub. Evimizdə musiqi alətləri həmişə olub. Hətta uşaqlıqda qohum toylarında da mahnılar oxuyardım. Sonra tale elə gətirdi ki, həyat yoldaşım da müğənni oldu və mən ona dəstək olmaq üçün də oxudum. Bu gün də müğənnilik edirəm, tədbirlərə dəvət edəndə gedirəm, oxuyuram, amma oxumaq mənim sənətim deyil, hobbimdir. Belə deyim, məni xoşbəxt edən nə varsa, onunla məşğulam. Mənim əsas sahəm idmandır. Mən nə toylara getmək, nə də müğənni olmaq üçün oxumuram. Sadəcə həvəsim var deyə oxuyuram.

- Belə anladım ki, Azərbaycana tez-tez gəlirsiniz.

- Bəli, gəlirdim. Amma son iki il ərzində akademiyada oxuduğum üçün gələ bilmədim. Yenə planımda var, gələcəyəm.

- Övladlarınız da sizinlə ABŞ-dədirlər, yoxsa Azərbaycanda?

- Xeyr, övladlarım burada deyillər. İki qızım, bir oğlum var. Hər üçü burada doğulub. Böyük qızımın oktyabrda səkkiz, ikinci qızımın avqustda beş yaşı tamam olacaq, oğlumun isə mart ayında üç yaşı oldu.

- Zaur bəy, valideynləriniz, qardaşlarınızla bağlı nə deyə bilərsiniz?

- Mənim atam da, anam da, qardaşlarım da uzun illərdir artıq ABŞ-də yaşayırlar. Anam evdar xanımdır. Atam Telman Cəlil zamanında İncəsənət Universitetində müəllim kimi çalışıb. Xoreoqrafdır. Azərbaycanın əməkdar artistidir. Eyni zamanda, Nyu-Yorkdakı Azərbaycan Mədəniyyət Mərkəzinin prezidentidir. Zamanında özü də idmanı sevib, hətta güləşlə məşğul olub. Elə mənə də idmanı atam sevdirib.

Qardaşlarım isə müxtəlif sahələrdə çalışırlar. Özlərinin müəyyən biznesləri var, bizneslə məşğuldurlar. Onlar ailələri və övladları buradadır.

Ailəmizdə ən kiçiyi mənəm. Məndə də ki, qismət belə gətirdi, övladlarım burada doğuldular, burada yaşayırdıq, sadəcə müəyyən şeylər var ki, desəm də olmur, deməsəm də. Dərinə getmək istəmirəm, sadəcə deyim ki, həyat yoldaşım Azərbaycanda yaşamaqdan, sənətini davam etdirməkdən ötrü ailəsini qurban verdi. Təfərrüata varmaq istəmirəm, çünki ailəmlə gündəmə gəlməyi heç vaxt istəməmişəm. Bu söhbət efirlərdə də çox getdi. Mənə heç xoş olmadı, amma həyatdır, oldu.

- Mediada yazılmışdı ki, ayrılmanıza səbəb xəyanət olub…

- Xəyanət məsələsi ilə bağlı bir açıqlama verim. Mən bu yaşıma qədər hələ bir insan görməmişəm ki, bəlkə də var, mənə rast gəlməyib, ayrılanda qarşı tərəfi nədəsə günahlandırmasın. Mənim durumumda isə iş belədir ki, mənim adıma narkomandır demək yapışmaz. Çünki idmançıyam və dəfələrlə bayrağımızı yarışlarda dalğalandırmışam. Ziyanlı hansısa digər vərdişləri var, içəndir, çəkəndir demək adıma yapışmaz, çünki mümkünatı yoxdur, ona görə adını xəyanət qoydular. Heç bir xəyanətdən söhbət gedə bilməz. Mən Allahıma inanıram və hər şeyi ona buraxıram. Özümü heç kimə sübut etmək və ya kimisə nəyəsə inandırmaq fikrində də deyiləm. Kim nəyə inanmaq istəyirsə, ona da inansın. Allah bilir, mən bilirəm, yetərlidir. Xəyanət söhbəti yalan söhbətdir, heç bir xəyanət olmayıb, sadəcə məni insanların gözündən salmaq üçün belə bir söhbət qoyuldu ortaya. Xanımım haqqında da heç nə demirəm. Çünki o mənim həyat yoldaşım olub, bu gün də övladlarımızın anasıdır. Bizim aramızda nə olubsa olub, bizə aiddir. Müzakirə etmək üçün deyil.

- Zaur bəy, polis peşəsini seçməyinizə valideynlərinizin münasibəti necə oldu?

- Əslində hər bir məsələdə ailəm həmişə yanımda olub, dəstək olublar mənə. Sadəcə ABŞ-də polisin işi çox təhlükəli olduğu üçün, təbii ki, narahatlıqları var. Çünki nə qədər yüksək vəzifə, fəxredici və qürurlu bir iş olsa da, çox təhlükəlidir. Bilirsiniz ki, burada insanların çoxunda silah var. Bu baxımdan narahatlıqları başa düşüləndir. İnşallah ki, hər şey daha yaxşı olar.

- Yeni işinizlə bağlı ən böyük planınız, istəyiniz nədir?

- Təkəbbürlülük kimi olmasın, mən əgər hər hansı bir işə imza atıramsa, başlayıramsa, onun ən yaxşısı, ən yüksək pilləsini düşünürəm. Çünki buna layiqəm. İdmançı kimi çalışanda belə həmişə düşünürdüm ki, Olimpiya çempionu olum. Düzdür, Olimpiya çempionu titulu mənə qismət olmasa da, ən azından bilirəm ki, vətənimin bayrağını dəfələrlə başqa ölkələrdə qaldırmışam. Bu, böyük fəxrdir. Polis sahəsində də o düşüncədəyəm və o inamla gedəcəyəm ki, ən yüksək pilləyə kimi gedə bilim - həm Azərbaycanım adına, həm öz adıma.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Cəmiyyət

11-02-2025, 13:07

"Yaxşı dizayner sənəti ilə bağlı tənqidləri qəbul edərək özünü təkmilləşdirməlidir" - Elxan Poluxovun qızı ilə müsahibə - FOTO

Ölkə

27-03-2025, 14:10

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə