• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakıda üçtərəfli görüş keçirildi - Yenilənib - Fotolar

İqtisadiyyat

13-10-2025, 13:15
Bakıda üçtərəfli görüş keçirildi - Yenilənib - Fotolar

Bakıda Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüş keçirilir.

Liderxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri, baş nazirin müavini Şahin Mustafayev, Dövlət Komissiyasının İran tərəfindən həmsədri yol və şəhərsalma naziri Fərzanə Sadeqi iştirak edirlər. Rusiya nümayəndə heyətinə baş nazirin müavini Aleksey Overçuk başçılıq edir.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsinin tikintisinin davam etdirilməsi, nəqliyyat-tranzit, enerji və gömrük sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunur.

***

Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın İran və Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq olduğunu bildirib, bu xüsusda hər iki ölkə ilə çoxşaxəli əlaqələrin bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcəyinə, yeni məzmunla daha da zənginləşəcəyinə əminliyini ifadə edib.

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş formatının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığı, bu təşəbbüs çərçivəsində 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda üç ölkənin dövlət başçılarının Zirvə toplantılarının keçirildiyi xatırladılıb. 

Bugünkü müzakirələrin üç ölkə arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

Ş.Mustafayev üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında təşviqinin zəruriliyinə diqqət çəkib. Azərbaycan, İran və Rusiya Prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə Bəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və energetika sahəsində layihələrin həyata keçirilməsi baxımından müstəsna rolu vurğulanıb. 

Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın böyük önəm kəsb etdiyi bildirilib. 

Ş.Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədilə ötən dövr ərzində tərəflər arasında bir sıra vacib sənədlərin, o cümlədən İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Sazişin və Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında dəhliz üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Sazişin imzalandığını xatırladıb.

Müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcminin 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edildiyi, bu həcmin tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon tona qədər artırılmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Ətraflı


Ş.Mustafayev 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün və sərhəd-keçid məntəqəsinin istismara verildiyini xatırladıb. Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikintisinin yekunlaşmaq üzrə olduğu bildirilib.  

2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq qələbə və işğal altında olan torpaqların azad olunmasının regionda yeni geosiyasi vəziyyət və nəqliyyat-logistika sahəsində yeni imkanlar yaratdığı qeyd olunmuşdu.

Bu baxımdan, 2022-ci ildə Azərbaycan ilə İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd–Kəlalə yeni avtomobil körpüsünün regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcəyi qeyd edilib. Araz dəhlizinin vacib komponenti olan bu körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır. 

Bildirilib ki, bu yol infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə, həmçinin Fars Körfəzini Qara Dənizə bağlayacaq.

Orta Dəhlizin əhəmiyyətinə toxunan Baş nazirin müavini 2022-ci ildən etibarən dəhlizlə həyata keçirilən yükdaşımaların həcminin təxminən 90 faiz artdığını, dəhliz üzrə tranzit müddətlərinin isə nəzərəçarpacaq dərəcədə azaldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Energetika sahəsinin üçtərəfli əməkdaşlıq kontekstində perspektivlərinə toxunan Ş.Mustafayev hal hazırda Azərbaycanın elektrik şəbəkəsi ilə həm Rusiya, həm də İran elektrik şəbəkələri arasında ayrı ayrılıqda bağlantıların mövcud olduğunu və bu əlaqələrin elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verdiyini deyib. Azərbaycan, Rusiya və İranın elektrik şəbəkələrinin üçtərəfli formatda əlaqələndirilməsi layihəsinin energetika sahəsində əməkdaşlığın gündəliyində durduğu qeyd edilib. 

Nəqliyyat sahəsində həyata keçirilən tədbirlərin gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini tələb etdiyi xüsusi qeyd edilib. Bildirilib ki, bu kontekstdə, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq istiqamətləri sırasındadır. 

Ş.Mustafayev həmçinin oktyabrın 14-də üç ölkənin nümayəndə heyətləri tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriləcəyini bildirib. 

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin çıxışlarından sonra nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər geniş müzakirə edilib.

Üçtərəfli görüşün nəticələrinə dair Kommünike qəbul olunub.




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

24-06-2025, 17:05

Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu

Siyasət

13-10-2025, 10:53

Bakıda üçtərəfli görüş keçirilir

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hava dəyişəcək - Xəbərdarlıq
Hava dəyişəcək - Xəbərdarlıq
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Sabahın havası
Sabahın havası
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Bu gün, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bu gün, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Bu gün, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Dünən, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Dünən, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Dünən, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Dünən, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə