• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Sədərək”dəki reklam qurğuları niyə sökülür? - Fotolar

Ölkə

13-10-2025, 17:47
“Sədərək”dəki reklam qurğuları niyə sökülür? - Fotolar

“Sədərək” Ticarət Mərkəzində yerləşən reklam qurğularının sökülməsi ilə bağlı məlumat yayılıb.

Liderxeber.az xəbər verir ki, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) məsələyə münasibət bildirib.

Qeyd olunub ki, “Reklam haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

“Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən açıq məkanda reklam anlayışı və onun əhatə dairəsi mülkiyyət əsasında müəyyən olunmayıb. İstinad edilən məhkəmə qərarına gəldikdə isə həmin qərarın məzmunu reklam daşıyıcıları ilə bağlı deyil, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə əlaqədardır.

Digər tərəfdən, Azərbaycan Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən Agentlik açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Qanunun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.

Hazırda Azərbaycan Dövlət Reklam Agentliyi mütəmadi olaraq açıq məkandakı reklam daşıyıcılarının yenilənməsi, eləcə də həmin daşıyıcıların “Reklam haqqında” Qanuna, Nazirlər Kabinetinin müəyyən etdiyi reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarına, reklam qurğularına aid texniki tələblərə və digər qanunvericilik aktlarına uyğunlaşdırılması istiqamətində zəruri tədbirləri görür. 

Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”ə əsasən reklam qurğuları şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də sanitariya norma və qaydalarının tələblərinə (o cümlədən, işıqlandırma və elektromaqnit şüalanmasına qoyulan tələblərə) uyğun layihələndirilməli, hazırlanmalı və yerləşdirilməli, təhlükəsiz istismar üçün yararlı olmalıdırlar. Həmçinin Texniki Tələblərin 2.2-ci bəndinə əsasən reklam qurğusu yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğusu üzərində yerləşdirildikdə, həmin qurğunun estetik görkəmini pozmamalı, konstruktiv baxımdan davamlılığa və dayanıqlılığa mənfi təsir göstərməməlidir. 

Həvalə olunmuş vəzifələrinin icrası ilə əlaqədar, Dövlət Reklam Agentliyi tərəfindən “Sədərək” Ticarət Mərkəzinin kənarında yerləşdirilən bir sıra reklam daşıyıcılarının sadalanan qanunvericilik aktlarının tələblərinə cavab vermədiyi müəyyən edilib.

Xüsusilə vurğulanmalıdır ki, sözügedən reklamlar Ticarət Mərkəzinin daxilində deyil, yol kənarından açıq şəkildə görünən, paytaxtın əsas giriş yollarından biri yerləşən həmçinin açıq məkana ünvanlanan sahələrdə quraşdırılıb. Həmin reklam daşıyıcılarının mövcud vəziyyəti reklam qurğularına dair müəyyən edilmiş tələblərə cavab verməməklə yanaşı, yerləşdirildikləri ərazilərin estetik görünüşünə də mənfi təsir göstərir.

Yekunda bir daha qeyd edirik ki, Agentlik sahibkarların mülkiyyət hüququna hörmətlə yanaşır və bu hüququn qorunmasını vacib prinsip kimi qəbul edir. Bununla belə, ictimai məkanın estetik görünüşünün qorunması, şəhər mühitində təhlükəsizliyin təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət olunması da prioritet istiqamətlərdəndir. Bu səbəbdən həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinə müdaxilə deyil, qanunvericiliyin tələblərinin icrasına və ictimai maraqların qorunmasına yönəlib”, - açıqlamada vurğulanıb.




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

İqtisadiyyat

15-04-2024, 15:04

Xəzərdə yaradılan süni torpaq sahəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək

Ölkə

28-06-2024, 12:53

Milli Məclis Azərbaycanda aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qaydanı qəbul edib

Ölkə
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
Payız niyə yaz kimi keçir?
Payız niyə yaz kimi keçir?
2 yaşlı uşaq su kanalında boğuldu
2 yaşlı uşaq su kanalında boğuldu
Siyasət
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
19-10-2026, 14:44
Prezident onları təltif etdi - Siyahı
Xəbər Lenti
  • Bu gün, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Bu gün, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Bu gün, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Bu gün, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Bu gün, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Bu gün, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Bu gün, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Bu gün, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Bu gün, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Bu gün, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Bu gün, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Bu gün, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Bu gün, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Bu gün, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Bu gün, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
  • Dünən, 14:00
    Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
  • Dünən, 13:40
    Sabah hava necə olacaq?
  • Dünən, 13:37
    105 sakin üçün kiçik təsərrüfatlar qurulub - Fotolar
  • Dünən, 13:33
    İsrail oktyabrın əvvəli İrana zərbə vuracaqmış - KİV
  • Dünən, 12:05
    XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı - Fotolar
  • Dünən, 11:43
    Yol polisindən sürücülərə - Müraciət
  • Dünən, 11:15
    Ordubada qar yağdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə