• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Prezidentin müsahibəsindəki fikirlər beynəlxalq medianın diqqətində - Fotolar

Ölkə

14-08-2026, 09:55
Prezidentin müsahibəsindəki fikirlər beynəlxalq medianın diqqətində - Fotolar

Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır.

Liderxeber.az xəbər verir ki, Avropanın bir sıra media qurumları dövlət başçısının Azərbaycanın elektrik enerjisi ixracını genişləndirmək və Avropa bazarına çıxmaq niyyəti barədə fikirlərinə geniş yer verib.

Çexiya Dövlət Televiziyası - ČT24, Bolqarıstanın “Banker”, “3E-News”, Bosniya və Herseqovinanın Serb Respublikasının Xəbər Agentliyi (SRNA) və “Provjereno.info”, Ukraynanın maliyyə və biznes sahəsində yayımlanan “Fixygen.ua” və “Open4Business” nəşrləri, Yunanıstanın Dövlət Yayım Korporasiyası (ERT News), iqtisadiyyat və biznes sahəsində xəbərlər yayan “Oikonomikos Tachydromos” (Ot.gr) nəşrlərinin materiallarında Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyəti diqqətə çatdırılıb. Xəbərlərdə mövcud elektrik bağlantılarının Gürcüstan və Türkiyə üzərindən keçdiyi, gələcəkdə isə yeni ötürmə xətlərinin və sualtı kabel layihələrinin imkanların genişləndirilməsinə xidmət edəcəyi bildirilir.

Xarici media Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana elektrik enerjisi ixrac edə bilməsi və Azərbaycandan Naxçıvana Ermənistan üzərindən elektrik xəttinin çəkilməsi ilə bağlı açıqlamalarını da geniş işıqlandırıb. Bu mövzuya əsasən Səudiyyə Ərəbistanında yayımlanan və Yaxın Şərqin aparıcı ingilis dilli nəşrlərindən olan “Arab News” nəşri, habelə “Ahval.sa” portalı, Bolqarıstanın Dövlət İnformasiya Agentliyi (BTA), “Novini247.bg”, “Fakti.bg” nəşrləri, Fransada maliyyə və iqtisadiyyat sahələrində aparıcı nəşrlərdən olan “Boursorama.com” portalı, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Nabd” xəbər platforması, Rusiyanın “RusCable.ru”, “Russia Today” kanalının ərəbdilli versiyası, “The Moscow Times”, “News.ru”, Dünya Enerji İcmalı (MEO.ru) kimi media qurumları diqqət ayırıb. Məqalələrdə dövlət başçısının Ermənistandan keçməklə Naxçıvana elektrik xəttinin (LEP) çəkilməsi layihəsinin artıq hazır olması barədə açıqlaması diqqətə çatdırılıb. Həmçinin Prezident İlham Əliyevin bu xəttin hətta böhran vəziyyətlərində Ermənistanın enerji sisteminin sabitliyinə də kömək edə və bu ölkəyə elektrik enerjisi təminatı yarada biləcəyi fikri xüsusi vurğulanıb.

İranın “Tasnim”, “Mashregh News”, “Akharin Khabar” agentliklərinin materiallarında isə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi və İran ərazisindən Naxçıvana dəmir yolu bağlantısı ilə bağlı fikirləri ön plana çəkilib. Məqalələrdə bu nəqliyyat əlaqələrinin Azərbaycanın prioritetləri sırasında olduğu qeyd edilir. Rusiyanın “Ritm Eurasia” nəşri də Prezident İlham Əliyevin Naxçıvanın gələcəkdə regional nəqliyyat və enerji habına çevrilə biləcəyinə dair fikirlərini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər qonşu Gürcüstan mediası tərəfindən xüsusilə diqqətdə saxlanılır. Dövlət başçısının Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağlanmasının zəruriliyi barədə fikirləri Gürcüstanın “Interpress News” və “News Hub” portalları tərəfindən geniş işıqlandırılıb. Bu xəbərlərdə Azərbaycan Prezidentinin Ermənistandakı köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı xəbərdarlığına yer verilib. Gürcüstan nəşrləri Prezident İlham Əliyevin stansiyanın köhnəldiyi və bütün regiona böyük ekoloji və təhlükəsizlik riski yaratdığı üçün tezliklə bağlanmalı olduğu barədə fikirlərini oxucuların diqqətinə çatdırıb.

Gürcüstan “1TV.ge”, “Resonance Daily”, “Prime Time”, “Bizzone.info”, “Sputnik Georgia” nəşrlərinin materiallarında dövlət başçısının Azərbaycanın Avropaya elektrik enerjisi ixracında Gürcüstan və Türkiyə ərazisindəki mövcud marşrutun əhəmiyyəti, habelə regiondakı nəqliyyat və enerji əlaqələri ilə bağlı fikirləri diqqətə çatdırılıb.

Bu ölkənin “JAM News” nəşri isə Prezident İlham Əliyevin Naxçıvan səfəri və müsahibəsinə dair daha geniş icmal təqdim edib. Materialda Naxçıvanda sənaye parkının yaradılması, Günəş və istilik elektrik stansiyaları, regionun enerji potensialı, Zəngəzur dəhlizi, nəqliyyat infrastrukturu və Naxçıvanın gələcəkdə regional nəqliyyat və enerji habına çevrilməsi perspektivləri əksini tapıb.

Rusiyanın “Interfax”, “Kommersant”, “RIA Novosti”, “The Moscow Times”, “News.ru”, “RusCable” və “Vestnik Kavkaza” kimi media qurumlarının materiallarında əsasən dövlət başçısının elektrik enerjisinin ixracı, Azərbaycan-Naxçıvan elektrik bağlantısı, regional nəqliyyat layihələri və Azərbaycanın Avropa enerji bazarında rolunu genişləndirmək niyyəti ilə bağlı açıqlamalarına yer verilib.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın enerji ixracı, Naxçıvanın enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, Zəngəzur dəhlizi və regional əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media məkanında geniş əks-səda doğurmaqda davam edir.




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Dünya

21-11-2025, 09:16

Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı - Tam mətn

Ölkə
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Dünən, 20:15
    Azərbaycanlı hakim Hüseyn Hüseynov Moskvada beynəlxalq güləş turnirində iştirak edib
  • Dünən, 17:43
    3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 17:41
    “Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
  • Dünən, 17:37
    “INFINITI “QX80”: Yapon dəbdəbəsinin yeni zirvəsi”
  • Dünən, 16:47
    Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
  • Dünən, 16:18
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:05
    Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
  • Dünən, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Dünən, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
  • Dünən, 14:35
    “Qalatasaray” istədi, UEFA rədd etdi
  • Dünən, 14:17
    Qalkinin İstanbuldakı konsertinin ləğv edilməsini istəyirlər
  • Dünən, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
  • Dünən, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Dünən, 13:01
    Sabah 28° isti olacaq
  • Dünən, 12:40
    Kamran Əliyevdən yeni - Təyinatlar
  • Dünən, 12:28
    “Sabah” azarkeşlər üçün pulsuz avtobuslar ayırdı
  • Dünən, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Dünən, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Dünən, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Dünən, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Dünən, 09:29
    İsrailə gizli səfər etdi
  • Dünən, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Dünən, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə