• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə

23-07-2026, 14:21
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Qazaxbərəsi kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Səyyar qəbul zamanı Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndlərin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
 
Çıxış edən natiqlər “22 İyul- Milli Mətbuatımızın yaranma tarixi xalqımızın tərəqqisi və milli oyanışı tarixində müstəsna əhəmiyyətə malikdir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının əsasını qoyub, cəmiyyətin maariflənməsinə, milli özünüdərkin güclənməsinə və mütərəqqi ideyaların yayılmasına mühüm töhfələr verib. Bu gün Azərbaycan mətbuatı zəngin tarixi ənənələrə söykənərək cəmiyyətin operativ, obyektiv və dolğun informasiya ilə təmin edilməsində, milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik maraqlarının qorunmasında və ictimai dialoqun inkişafında mühüm rol oynayır.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən dövr ərzində zəngin inkişaf yolu keçərək cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və ictimai fikrin formalaşmasına mühüm töhfələr verib. Ümummilli Lider Heydər Əliyev Azərbaycan mətbuatının inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərib, söz və mətbuat azadlığının təmin olunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirib. Ulu Öndərin təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib, mətbuat üzərində senzura ləğv edilib, milli mətbuatın sərbəst və demokratik inkişafı üçün əlverişli hüquqi baza yaradılıb. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
RİH-nin başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli mətbuatın inkişafı, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi və müasir media mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində institusional islahatlar aparılıb, peşəkar jurnalistikanın inkişafı üçün yeni imkanlar yaradılıb, informasiya siyasətinin müasir çağırışlara uyğun qurulması təmin edilib. Azərbaycan mediası bu gün dövlətçilik maraqlarının qorunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.
 
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. 
 
 Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən içməli su təminatı, ev sənədləşməsi, bankomat quraşdırılması, həyətyanı torpaq sahəsinin verilməsi, Qazaxbərəsi kəndində qüsulxana yerinin yaradılmasına köməklik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

12-02-2026, 17:21

Neftçalanın icra başçısı Kükrənd kəndində səyyar görüş keçirib

Ölkə

7-05-2026, 15:08

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə

11-06-2026, 17:51

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 09:00
    “Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
  • Dünən, 20:15
    Azərbaycanlı hakim Hüseyn Hüseynov Moskvada beynəlxalq güləş turnirində iştirak edib
  • Dünən, 17:43
    3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 17:41
    “Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
  • Dünən, 17:37
    “INFINITI “QX80”: Yapon dəbdəbəsinin yeni zirvəsi”
  • Dünən, 16:47
    Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
  • Dünən, 16:18
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:05
    Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
  • Dünən, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Dünən, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
  • Dünən, 14:35
    “Qalatasaray” istədi, UEFA rədd etdi
  • Dünən, 14:17
    Qalkinin İstanbuldakı konsertinin ləğv edilməsini istəyirlər
  • Dünən, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
  • Dünən, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Dünən, 13:01
    Sabah 28° isti olacaq
  • Dünən, 12:40
    Kamran Əliyevdən yeni - Təyinatlar
  • Dünən, 12:28
    “Sabah” azarkeşlər üçün pulsuz avtobuslar ayırdı
  • Dünən, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Dünən, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Dünən, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Dünən, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Dünən, 09:29
    İsrailə gizli səfər etdi
  • Dünən, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Dünən, 08:52
    Azad Zəngilanın altıncı ili
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə