• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər

Ölkə

26-05-2026, 15:30
Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər

Səyahət zamanı baqajın təhlükəsiz və vaxtında təyinat nöqtəsinə çatdırılması sərnişin təcrübəsinin vacib hissəsidir. Azərbaycan Hava Yolları (AZAL) rəqəmsal izləmə sistemləri və əməliyyat mexanizmləri vasitəsilə hər gün minlərlə baqajın çeşidlənməsi, izlənməsi və təyinat məntəqəsinə çatdırılmasını təmin edir.

Liderxeber.az AZAL-a istinadən baqajla bağlı məsləhətləri təqdim edir:

Belə ki, sərnişinlərin öncədən baqaj qaydaları ilə tanış olması, həmçinin fors-major vəziyyətlər zamanı müraciət prosedurları barədə məlumatlılığı səyahətin daha rahat və planlı keçməsinə şərait yaradır.

Gecikmiş, itmiş və ya zədələnmiş baqaj: sərnişinlər üçün müraciət mexanizmləri

Baqajla bağlı müraciətlər beynəlxalq aviasiya qaydalarına uyğun şəkildə araşdırılır və hər bir vəziyyət fərdi qaydada qiymətləndirilir. Bəzi situasiyalarda əlverişsiz hava şəraiti, transfer zamanı intensivlik, baqajın emalı zamanı texniki nasazlıqlar, eləcə də baqaj etiketlərinin zədələnməsi və ya itməsi səbəbindən baqajın gecikməsi, zədələnməsi və ya itməsi halları baş verə bilər.

Belə vəziyyətlərdə sərnişinlər çatdıqları hava limanında "Tapıntılar və itkilər" ("Lost and Found") xidmətinə müraciət etməli və baqajın qüsur aktını ("Property Irregularity Report" - PIR) doldurmalıdırlar. Bu zaman müraciətçiyə baqajın izlənilməsi üçün unikal müraciət nömrəsi ("file reference" və ya "locator number") təqdim olunur. Müraciət nömrəsinə əsasən araşdırma prosesinə başlanılır, baqajla bağlı hər hansı bir yenilik olduqda sərnişin bu nömrə vasitəsilə müraciətin statusu ilə bağlı ətraflı məlumat əldə edir.

Əlavə məlumat əldə etmək və ya əlavə suallar yarandığı halda AZAL sərnişinlər [email protected] elektron ünvanına müraciət edə və ya (+994 12) 497 26 00 (30-81, 22-05) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

· Bundan başqa, itmiş və ya zədələnmiş baqajla bağlı AZAL-ın rəsmi veb-saytında yerləşən forma vasitəsilə də müraciət etmək olar:

https://www.azal.az/az/information/baggage/lost

Baqajla bağlı istənilən problem yarandığı zaman AZAL sərnişinlərə operativ dəstək göstərir, məsələnin həlli sürətlə təmin edir və ya zərurət yaranarsa, mövcud qaydalar çərçivəsində müvafiq tədbirlər görür. Həmçinin beynəlxalq praktikaya uyğun olaraq, zədələnmiş baqajın təmiri üçün sərnişin uyğun xidmət göstərən şirkətə yönləndirilir.

Baqajla bağlı nəzərə alınmalı vacib məqamlardan biri odur ki, zədələnmə və ya gecikmənin yalnız yerli hava limanında deyil, marşrut üzrə digər hava limanlarında da baş verməsi mümkündür. Bu cür vəziyyətlərdə baqajın hansı mərhələdə zədələndiyinin və ya gecikdiyinin müəyyənləşdirilməsi üçün sərnişinlərin prosesləri obyektiv şəkildə qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır.

Sərnişin mərkəzli yanaşma: rahat səyahət üçün beş praktik tövsiyə

Komfortlu uçuş həm aviaşirkətin göstərdiyi xidmətlərin, həm də sərnişinlərin diqqətli yanaşmasının və birgə əməkdaşlığının nəticəsində mümkündür. Belə ki, sərnişinlərə səyahət etməzdən öncə bir neçə məqamı nəzərə alması tövsiyə olunur.

1. Uçuşdan əvvəl aviaşirkətin baqaj qaydaları ilə tanış olmaq, icazə verilən çəki və ölçü limitlərini nəzərə almaq əlavə vaxt itkisi və əlavə ödənişlərin qarşısını almağa kömək edir. Əlavə baqaja ehtiyac yarandığı təqdirdə AZAL sərnişinlərə baqajın rəsmi veb-sayt üzərindən əldə edilməsini məsləhət görür. Hava limanındakı qiymətlərlə müqayisədə, baqajı azal.az veb-saytı üzərindən 10%-dək endirimlə əldə etmək mümkündür. Ətraflı məlumat üçün sərnişinlər https://www.azal.az/az/information/baggage/ linkinə keçid edə bilərlər.

2. Sərnişinin çamadan üzərində əlaqə məlumatları əks olunan etiketi yerləşdirməsi baqajın itirilməsi hallarının qarşısını alır.

3. Köhnə çamadan etiketlərinin çıxarılması ştrix-kod qarışıqlığını önləyir. Beləliklə, baqajın itməsi ehtimalı da minimuma endirilmiş olur.

4. Transfer uçuşlarda baqajların qarışdırılması kimi situasiyalar nisbətən daha tez sıxlıqda müşahidə olunur. Birləşdirici reyslərlə səyahət zamanı biletlərin vahid bron daxilində rəsmiləşdirilməsi və transfer üçün ən azı iki saat vaxt nəzərdə tutulması tövsiyə olunur.

5. Baqajın təhvil verilməsi zamanı təqdim olunan baqaj birkasını uçuş tamamlanana qədər saxlamaq vacibdir, çünki hər hansı gecikmə və ya itki halında bu sənəd müraciət prosesində əsas rol oynayır.

AZAL rəqəmsal həllər, təkmilləşdirilmiş əməliyyat prosesləri və sərnişinyönümlü xidmət yanaşması ilə bu sahədə daha çevik və etibarlı xidmət mühitinin formalaşdırılmasına töhfə verir. Qaydaların düzgün tətbiqi, vaxtında məlumatlandırma və müasir texnologiyalardan istifadə nəticəsində baqaj prosesləri daha şəffaf, operativ və etibarlı şəkildə idarə olunur.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

29-11-2025, 10:15

Aeroportda unudulan baqajlar ucuz qiymətə satılır?

Cəmiyyət

19-11-2025, 15:44

AZAL və "Viasat" təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb

Ölkə

23-09-2024, 17:21

ADY tarif siyasətinə bir sıra dəyişikliklər edəcək

Ölkə

1-11-2024, 14:06

ADY: COP29 tədbirləri çərçivəsində dəmiryollarında yeniliklər tətbiq olunur

Ölkə
Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
Naxçıvan reysləri təxirə salındı
Naxçıvan reysləri təxirə salındı
Küləklə bağlı - Xəbərdarlıq
Küləklə bağlı - Xəbərdarlıq
Ağsuda dağlıq ərazidə yanğın - Video
Ağsuda dağlıq ərazidə yanğın - Video
Siyasət
Ərdoğan Əliyevə zəng edib
Bu gün, 09:44
Ərdoğan Əliyevə zəng edib
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
26-09-2026, 12:00
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
26-09-2026, 10:28
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
26-09-2026, 09:47
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
24-09-2026, 16:17
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
24-09-2026, 11:11
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
Xəbər Lenti
  • Bu gün, 17:23
    Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
  • Bu gün, 16:40
    Naxçıvan reysləri təxirə salındı
  • Bu gün, 16:33
    Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
  • Bu gün, 16:25
    Küləklə bağlı - Xəbərdarlıq
  • Bu gün, 16:08
    Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirildi - Fotolar
  • Bu gün, 16:04
    Azərbaycan millisi 16 qol buraxdı
  • Bu gün, 15:15
    Aİ-dən Tatarıstan rəhbərinə qarşı sanksiya
  • Bu gün, 14:21
    Ağsuda dağlıq ərazidə yanğın - Video
  • Bu gün, 14:11
    6 ayda 35 minə yaxın adamı it dişləyib - 1 nəfərdə quduzluq olub
  • Bu gün, 14:03
    Netanyahu BCM-də Ərdoğana qarşı iddia qaldırılmasını tapşırıb - KİV
  • Bu gün, 13:48
    Jurnalist Əvəz Zeynallı vəfat etdi
  • Bu gün, 13:33
    Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək
  • Bu gün, 13:21
    Ermənistanda benzin və dizelin qiymətində - Tarixi rekord
  • Bu gün, 12:38
    İrlandiyalılardan İsrailə etiraz - Rəqib oyunçularla görüşmədilər
  • Bu gün, 12:21
    Kamran Əliyev ali xüsusi və ali hərbi rütbələri təqdim etdi
  • Bu gün, 11:15
    Bakıda yeni tunel tikiləcək
  • Bu gün, 11:10
    Qazi aşpaz vəfat etdi - Foto
  • Bu gün, 10:41
    Prokurorluq əməkdaşları təltif edildi - Siyahı
  • Bu gün, 10:07
    Qızılın qiyməti son ayların ən aşağı səviyyəsinə düşdü
  • Bu gün, 09:44
    Ərdoğan Əliyevə zəng edib
  • Bu gün, 09:07
    UEFA Millətlər Liqasında günün oyunları: Türkiyə və İtaliya üz-üzə
  • Bu gün, 08:46
    Yanğın zavodun boş anbar ərazisində baş verib - “Azərsun Holdinq”dən açıqlama
  • Bu gün, 08:39
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı
  • 26-09-2026, 13:44
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:01
    Laçında traktor minaya düşdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə