• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi

Cəmiyyət

Dünən, 18:52
Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi

Noyabrın 17-də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Neftçala rayonunda icrasının təmin edilməsi istiqamətində görülən tədbirlərlə bağlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi şəxsin direktoru Ceyhun Əliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndimə Qərargahının üzvləri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yerli qurumlarının rəhbərlərinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat sahiblərinin, fermerlərin, sahibkarlıq subyeklərinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi, Dövlət Proqramı çərçivəsində irəli sürülmüş təşəbbüslərin Neftçala rayonu üzrə icra vəziyyəti, habelə həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.

Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - Şəkil 1



Giriş nitqi ilə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov, Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəni xatırladaraq ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayıb. Mirhəsən Seyidov dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq Neftçala rayonunda görülən işlər barədə məlumat verib. O bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində addımlar atılır, sahibkarlarla mütəmadi görüşlər keçirilir və rayon üzrə Dövlət Proqramının icrasına dair konkret hədəflər uğurla reallaşdırılır.

Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - Şəkil 2



Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov çıxışında Dövlət Proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış geniş həcmli fəaliyyət planı olduğunu qeyd edib. Vəfadar Bağırov vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. Natiqlərin sözlərinə görə bu strateji hədəflər zəngin aqrar ənənələrə, əlverişli təbii-iqlim şəraitinə və böyük istehsal potensialına malik Neftçala rayonunda kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir.

Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - Şəkil 3


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi şəxsin direktoru Ceyhun Əliyev çıxışında Dövlət Proqramında daxili bazarın yerli balıq məhsulları ilə təminatının gücləndirilməsi, idxaldan asılılığın minimuma endirilməsi və ixrac potensialının çoxşaxəli inkişafı, balıqçılıqda dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qarşıya qoyulan hədəflər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.

Dövlət Proqramının rayon üzrə icrası ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İş Planı”na əsasən görülmüş tədbirlər barədə təqdimat hesabatı yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı. Yığıncaqda iştirak edən fermerlər təklif və fikirlərini qeyd edərək , Dövlət Proqramının icrasında yaxından iştirak edəcəklərini bildirib, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi şəxsin direktoru Ceyhun Əliyev, aidiyyəti dövlət qurumlarının yerli rəhbərləri rayonun 3 iri fermer təsərrüfatına baş çəkiblər. Göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edən zəhmətkeş fermer və sahibkarlar, kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, bu sahəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlətin qayğısını daim hiss etdiklərini qeyd edərək aqrar sahənin inkişafı naminə bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.

Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - Şəkil 4


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

27-01-2024, 13:08

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Cəmiyyət

27-06-2024, 20:03

Vətəndaş Qəbulu Mərkəzində iyul ayında qəbul cədvəli açıqlanıb

Ölkə
“Novo” 6-11 yaşlı uşaqlarda piylənmə üzrə tədqiqatın nəticələrini açıqladı
“Novo” 6-11 yaşlı uşaqlarda piylənmə üzrə tədqiqatın nəticələrini açıqladı
“Xankəndi” doğma meydanda ilk oyununa çıxır - Yenilənir
“Xankəndi” doğma meydanda ilk oyununa çıxır - Yenilənir
XİN-də yeni təyinat
XİN-də yeni təyinat
Azərbaycan-Vyetnam münasibətlərində yeni dövr
Azərbaycan-Vyetnam münasibətlərində yeni dövr
Siyasət
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
Dünən, 11:22
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Dünən, 12:23
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17-11-2026, 10:12
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
16-11-2026, 12:28
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Xəbər Lenti
  • Bu gün, 09:17
    14 ay sonra ilk dəfə qızıl kəskin ucuzlaşdı - Yenilənib
  • Bu gün, 09:05
    İlk dəfə bir dövlət soyqırımında günahkar bilindi - Tarixi qərar
  • Bu gün, 09:00
    ABŞ-nin iddialarına cavab olaraq məşhur fotonu paylaşdı
  • Dünən, 18:52
    Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi
  • Dünən, 17:42
    “Rusiya Avropa ilə müharibəyə can atmır”
  • Dünən, 17:25
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Dünən, 17:16
    “Novo” 6-11 yaşlı uşaqlarda piylənmə üzrə tədqiqatın nəticələrini açıqladı
  • Dünən, 16:28
    “Xankəndi” doğma meydanda ilk oyununa çıxır - Yenilənir
  • Dünən, 15:33
    XİN-də yeni təyinat
  • Dünən, 15:00
    Azərbaycan-Vyetnam münasibətlərində yeni dövr
  • Dünən, 14:26
    Tbilisidə yaşayış binasında partlayış, 7 nəfər itkin düşdü
  • Dünən, 14:10
    İlham Əliyev Vyetnama gedəcək
  • Dünən, 13:45
    Sabah hava necə olacaq?
  • Dünən, 13:26
    Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
  • Dünən, 12:47
    “Dəniz sahilində obyekt açmaq istəyənlər üçün qaydalar müəyyənləşdiriləcək”
  • Dünən, 12:20
    Xəzərsahili qanunsuz obyektlər söküləcək?
  • Dünən, 12:16
    Məleykə Abbaszadə DİM-də keçirdiyi qəbuldan paylaşım etdi - Fotolar
  • Dünən, 11:22
    “Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
  • Dünən, 11:05
    Trampla Putinin nələri müzakirə etdiyi açıqlandı
  • Dünən, 10:31
    Gürcüstan DTX-nin rəisi Bakıdadır
  • Dünən, 10:10
    “Koroğlu”dan aeroporta doğru nəqliyyatın hərəkəti dayandırılacaq
  • Dünən, 09:32
    Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş
  • Dünən, 09:25
    Putinlə Trampın görüşü başa çatdı - Yenilənib
  • Dünən, 09:23
    Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı
  • Dünən, 09:00
    Putinlə Trampın ikitərəfli görüşü başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə