• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

İlk dəfə bir dövlət soyqırımında günahkar bilindi - Tarixi qərar

Dünya

Bu gün, 09:05
İlk dəfə bir dövlət soyqırımında günahkar bilindi - Tarixi qərar

Birləşmiş Millətlər Təşkilatının (BMT) ən yüksək məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Myanmanın Rohinca müsəlmanlarına qarşı soyqırımı törətdiyini tanıyıb.

Liderxeber.az BBC-yə istinadən xəbər verir ki, Haaqada yerləşən məhkəmə 1946-cı ildə yaradıldığı vaxtdan bəri ilk dəfə bir dövləti soyqırımında günahlandıran qərar qəbul edib.

Qərarı səsləndirən hakim Yuji İvasava Myanmanın Rohinca müsəlmanlarının əhəmiyyətli bir hissəsini məhv etmək niyyətinə malik olduğunu, sübutları geniş şəkildə məhv etdiyini və günahkarların cəzalandırılmasını təmin etmədiyini bildirib. Məhkəmə Myanma hökumətinin hərbi əməliyyatların yalnız silahlı qruplara qarşı aparıldığına dair müdafiəsini əsassız sayaraq rədd edib.

2017-ci ildə Myanma ordusunun Rakhayn ştatında həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar nəticəsində minlərlə Rohinca müsəlmanı həlak olmuş, yüz minlərlə insan isə qonşu Banqladeşə qaçmağa məcbur qalmışdı. Beynəlxalq insan haqları qurumları və BMT baş verənləri etnik təmizləmə kimi qiymətləndirmişdi.

Məhkəmənin qərarına əsasən, Myanma Rohinca müsəlmanlarının təhlükəsiz şəkildə geri qayıtmasını təmin etməli, ailələrin birləşməsinə və itkin düşənlərin müəyyənləşdirilməsinə dəstək verməli, dəymiş maddi və mənəvi ziyanı, o cümlədən müsadirə edilmiş və ya məhv edilmiş əmlakın dəyərini kompensasiya etməlidir. Kompensasiyanın yekun məbləği hələ açıqlanmayıb.

Hüquqi prosesə 2019-cu ildə Qambiya İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə 1948-ci il Soyqırımı Konvensiyasının pozulması iddiası əsasında start verib, sonradan bir sıra digər dövlətlər də işə qoşulub. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı qətidir və apelyasiya şikayəti verilə bilmir, lakin məhkəmənin birbaşa icra mexanizmi yoxdur və qərarın icra edilməməsi halında məsələ BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarıla bilər.

BMT-nin məlumatına görə, 1,3 milyondan çox Rohinca müsəlmanı məcburi köçkün vəziyyətindədir və onların təxminən 1,2 milyonu Banqladeşin Koks Bazar düşərgələrində yaşayır. 2021-ci ildəki hərbi çevrilişdən sonra ölkədə davam edən vətəndaş müharibəsi və təhlükəsizlik, vətəndaşlıq və hüquqi təminatların olmaması insanların geri dönüşünü çətinləşdirir.

Eyni zamanda, fərdlərin və təşkilatların məsuliyyəti ilə bağlı paralel işlər Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) müstəvisində davam edir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Siyasət

12-06-2025, 17:40

Sosial müavinətlərin məbləği artırıldı

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

10-10-2026, 11:08

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı

Ölkə
“Novo” 6-11 yaşlı uşaqlarda piylənmə üzrə tədqiqatın nəticələrini açıqladı
“Novo” 6-11 yaşlı uşaqlarda piylənmə üzrə tədqiqatın nəticələrini açıqladı
“Xankəndi” doğma meydanda ilk oyununa çıxır - Yenilənir
“Xankəndi” doğma meydanda ilk oyununa çıxır - Yenilənir
XİN-də yeni təyinat
XİN-də yeni təyinat
Azərbaycan-Vyetnam münasibətlərində yeni dövr
Azərbaycan-Vyetnam münasibətlərində yeni dövr
Siyasət
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
Dünən, 11:22
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Dünən, 12:23
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17-11-2026, 10:12
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
16-11-2026, 12:28
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Xəbər Lenti
  • Bu gün, 09:17
    14 ay sonra ilk dəfə qızıl kəskin ucuzlaşdı - Yenilənib
  • Bu gün, 09:05
    İlk dəfə bir dövlət soyqırımında günahkar bilindi - Tarixi qərar
  • Bu gün, 09:00
    ABŞ-nin iddialarına cavab olaraq məşhur fotonu paylaşdı
  • Dünən, 17:42
    “Rusiya Avropa ilə müharibəyə can atmır”
  • Dünən, 17:25
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Dünən, 17:16
    “Novo” 6-11 yaşlı uşaqlarda piylənmə üzrə tədqiqatın nəticələrini açıqladı
  • Dünən, 16:28
    “Xankəndi” doğma meydanda ilk oyununa çıxır - Yenilənir
  • Dünən, 15:33
    XİN-də yeni təyinat
  • Dünən, 15:00
    Azərbaycan-Vyetnam münasibətlərində yeni dövr
  • Dünən, 14:26
    Tbilisidə yaşayış binasında partlayış, 7 nəfər itkin düşdü
  • Dünən, 14:10
    İlham Əliyev Vyetnama gedəcək
  • Dünən, 13:45
    Sabah hava necə olacaq?
  • Dünən, 13:26
    Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
  • Dünən, 12:47
    “Dəniz sahilində obyekt açmaq istəyənlər üçün qaydalar müəyyənləşdiriləcək”
  • Dünən, 12:20
    Xəzərsahili qanunsuz obyektlər söküləcək?
  • Dünən, 12:16
    Məleykə Abbaszadə DİM-də keçirdiyi qəbuldan paylaşım etdi - Fotolar
  • Dünən, 11:22
    “Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
  • Dünən, 11:05
    Trampla Putinin nələri müzakirə etdiyi açıqlandı
  • Dünən, 10:31
    Gürcüstan DTX-nin rəisi Bakıdadır
  • Dünən, 10:10
    “Koroğlu”dan aeroporta doğru nəqliyyatın hərəkəti dayandırılacaq
  • Dünən, 09:32
    Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş
  • Dünən, 09:25
    Putinlə Trampın görüşü başa çatdı - Yenilənib
  • Dünən, 09:23
    Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı
  • Dünən, 09:00
    Putinlə Trampın ikitərəfli görüşü başladı
  • Dünən, 16:50
    Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə