• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

AZAL və "Viasat" təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb

Cəmiyyət

19-11-2025, 15:44
AZAL və "Viasat" təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) sərnişinlərə tezliklə yüksəksürətli, videoyayıma uyğun bortdaxili "Wi-Fi" xidməti təqdim edəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

AZAL peyk rabitəsi sahəsində qlobal lider olan "Viasat Inc." şirkəti ilə bu istiqamətdə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

Saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan "Dubai Airshow 2025" çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və "Viasat"ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. Bu əməkdaşlığın məhz beynəlxalq aviasiya sənayesinin əsas platformalarından birində rəsmiləşdirilməsi AZAL-ın innovativ texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi strategiyasına sadiqliyini nümayiş etdirir.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə ("Airbus A320" ailəsi və uzunməsafəli "Boeing 787-9 Dreamliner") "Viasat Amara" yüksəksürətli sistemi ilə təchiz olunacaq. "Viasat Amara" yeni nəsil peyk şəbəkəsi, müasir avadanlıq və rəqəmsal həllər əsasında sərnişinlərə sabit, sürətli və videoyayıma imkan verən internet bağlantısı təmin edir.

Yüksəksürətli "Wi-Fi" ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər. Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki "Airbus A320neo" təyyarəsində quraşdırılıb.

"Viasat" ilə əməkdaşlıq AZAL üçün bortdaxili xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mərhələdir. Sazişin "Dubai Airshow" çərçivəsində imzalanması layihənin beynəlxalq əhəmiyyətini və innovasiyaya sadiqliyimizi vurğulayır. Yüksəksürətli "Wi-Fi"ın tətbiqi sərnişinlərimizə daha yüksək komfort və fasiləsiz bağlantı imkanı yaradacaq", - deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Yeni bağlantı imkanları və genişləndirilmiş rəqəmsal infrastruktur AZAL-ın yenilənmiş xidmət konsepsiyasının əsas hissəsinə çevriləcək və bütün sərnişin kateqoriyaları üçün daha komfortlu və müasir səyahət təcrübəsi təmin ediləcək.

"Azərbaycan Hava Yolları ilə əməkdaşlıq edərək sərnişinlərə ilk dəfə olaraq yüksəksürətli, videoyayıma uyğun "Wi-Fi" xidməti təqdim etməkdən məmnunuq. "Viasat Amara" səyahət zamanı rəqəmsal təcrübəni yeni səviyyəyə yüksəldəcək. Bu əməkdaşlıq innovasiyaya və sərnişin təcrübəsinin yüksəldilməsinə dair ortaq öhdəliyimizi əks etdirir", - deyə "Viasat"ın aviasiya üzrə prezidenti Don Bakman vurğulayıb.

AZAL biznes sinfi sərnişinlərinə və loyallıq proqramının yüksək statuslu üzvlərinə bortdaxili internetdən ödənişsiz istifadə imkanı təqdim edəcək. Yeni xidmət aviaşirkətin rəqəmsal transformasiya strategiyasını gücləndirməklə yanaşı, beynəlxalq marşrut şəbəkəsində xidmət səviyyəsinin daha da yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, AZAL nüfuzlu "Skytrax" təşkilatının "4 Ulduz" reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards" nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ və ya ESG) öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect" və "IEnvA" proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Ölkə

2-01-2025, 14:04

Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

İqtisadiyyat

9-01-2025, 15:53

Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?

Ölkə
Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
Naxçıvan reysləri təxirə salındı
Naxçıvan reysləri təxirə salındı
Küləklə bağlı - Xəbərdarlıq
Küləklə bağlı - Xəbərdarlıq
Ağsuda dağlıq ərazidə yanğın - Video
Ağsuda dağlıq ərazidə yanğın - Video
Siyasət
Ərdoğan Əliyevə zəng edib
Bu gün, 09:44
Ərdoğan Əliyevə zəng edib
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
26-09-2026, 12:00
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
26-09-2026, 10:28
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
26-09-2026, 09:47
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
24-09-2026, 16:17
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
24-09-2026, 11:11
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
Xəbər Lenti
  • Bu gün, 17:23
    Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
  • Bu gün, 16:40
    Naxçıvan reysləri təxirə salındı
  • Bu gün, 16:33
    Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
  • Bu gün, 16:25
    Küləklə bağlı - Xəbərdarlıq
  • Bu gün, 16:08
    Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirildi - Fotolar
  • Bu gün, 16:04
    Azərbaycan millisi 16 qol buraxdı
  • Bu gün, 15:15
    Aİ-dən Tatarıstan rəhbərinə qarşı sanksiya
  • Bu gün, 14:21
    Ağsuda dağlıq ərazidə yanğın - Video
  • Bu gün, 14:11
    6 ayda 35 minə yaxın adamı it dişləyib - 1 nəfərdə quduzluq olub
  • Bu gün, 14:03
    Netanyahu BCM-də Ərdoğana qarşı iddia qaldırılmasını tapşırıb - KİV
  • Bu gün, 13:48
    Jurnalist Əvəz Zeynallı vəfat etdi
  • Bu gün, 13:33
    Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək
  • Bu gün, 13:21
    Ermənistanda benzin və dizelin qiymətində - Tarixi rekord
  • Bu gün, 12:38
    İrlandiyalılardan İsrailə etiraz - Rəqib oyunçularla görüşmədilər
  • Bu gün, 12:21
    Kamran Əliyev ali xüsusi və ali hərbi rütbələri təqdim etdi
  • Bu gün, 11:15
    Bakıda yeni tunel tikiləcək
  • Bu gün, 11:10
    Qazi aşpaz vəfat etdi - Foto
  • Bu gün, 10:41
    Prokurorluq əməkdaşları təltif edildi - Siyahı
  • Bu gün, 10:07
    Qızılın qiyməti son ayların ən aşağı səviyyəsinə düşdü
  • Bu gün, 09:44
    Ərdoğan Əliyevə zəng edib
  • Bu gün, 09:07
    UEFA Millətlər Liqasında günün oyunları: Türkiyə və İtaliya üz-üzə
  • Bu gün, 08:46
    Yanğın zavodun boş anbar ərazisində baş verib - “Azərsun Holdinq”dən açıqlama
  • Bu gün, 08:39
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı
  • 26-09-2026, 13:44
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:01
    Laçında traktor minaya düşdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə