• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

ADY: COP29 tədbirləri çərçivəsində dəmiryollarında yeniliklər tətbiq olunur

Ölkə

1-11-2024, 14:06
ADY: COP29 tədbirləri çərçivəsində dəmiryollarında yeniliklər tətbiq olunur

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bütün strukturları, noyabrın 1-dən etibarən, Bakıda keçiriləcək COP29 Qlobal İqlim Konfransına hazırlıq çərçivəsində gücləndirilmiş iş rejiminə keçib.

Liderxeber.az xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

"Belə ki, stansiya və vağzallarda xidmət göstərən əməkdaşların sayı artırılaraq əlavə işçi qüvvəsi cəlb edilib. Sərnişinlərlə birbaşa ünsiyyətdə olan 300-dən çox əməkdaş COP29 zamanı yüksək keyfiyyətli xidmət göstərmək üçün müştəri xidmətlərinə dair və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak edib.

Sərnişinlər üçün COP29 tədbiri haqqında məlumatlılığın artırılması, həmçinin səyahət təcrübəsinin təkmilləşdirilməsi məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət-naviqasiya sistemləri, o cümlədən işarələr, monitorlar və s. quraşdırılıb.

Eyni zamanda, Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb", - A. Fərəcov qeyd edib.

Onun sözlərinə görə, Bakı sərnişin stansiyasında mövcud turniket sayı 28-dən 36-ya çatdırılıb. Hazırda Bakı sərnişin stansiyasından gün ərzində 30 minədək sərnişin istifadə edir. Ötən il bu stansiyadan istifadə edən sərnişinlərin sayı 5 milyon nəfərə yaxın olub. 2024-cü ilin on ayında isə bu rəqəm 4 milyon yarıma çatıb.

"Bu stansiyada keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi 1 dəqiqədə maksimum 750 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 1000-ə çatdırılıb", - A. Fərəcov vurğulayıb.

O əlavə edib ki, Koroğlu dayanacağında görülmüş işlər nəticəsində Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı 6 metr uzunluğunda genişləndirilib: "Həmçinin 6 ədəd yeni keçid turniketinin quraşdırılması ilə turniketlərin sayı 4-dən 10-a çatdırılıb. Keçid turniketlərinin sayının artırılması ilə dayanacaqda indiyə qədər 1 dəqiqədə maksimum 108 nəfər keçə bilirdisə, hazırda 10 turniketlə bu rəqəm 270 nəfərə yüksəlib".

Qeyd edək ki, 2019-cu ildə istifadəyə verilmiş Koroğlu dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir. 2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı 800 min nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 773 mini ötüb.

Bakı və Sumqayıt vağzallarında görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib. Fiziki məhdudiyyətli sərnişinlərin rahat hərəkətini təmin etmək üçün Bakı Dəmiryol Vağzalındakı liftə texniki baxış keçirilib. Bütün stansiya və vağzallarda panduslar yoxlanılıb və Biləcəri stansiyasında əlavə pandus quraşdırılıb. Həmçinin Gəncə və Qəbələ vağzallarında təmir-bərpa işləri həyata keçirilib. Bakı və Sumqayıt vağzallarında fəaliyyət göstərən tibb məntəqələrində gücləndirilmiş iş rejiminin tətbiqinə başlanıb.

Bakı və Sumqayıt vağzallarında, eləcə də Koroğlu və Pirşağı stansiyalarında kəsintisiz internet bağlantısı təmin edən pulsuz “Wi-Fi” zonalarında internetin keyfiyyəti təkmilləşdirilib. Bununla yanaşı, qatarlarda yenicə istifadəyə verilmiş pulsuz internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarət təşkil edilir.

Eyni zamanda, sərnişin daşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib, qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyata keçirilib. Sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılması üçün rezerv qatarlar ayrılıb.

Daşımaların təhlükəsiz və vaxtında təşkili üçün mühafizə xidməti gücləndirilmiş iş rejimində çalışır. Qatarlarda və platformalarda mühafizə əməkdaşlarının sayı artırılıb. Stansiya və vağzallarda, həmçinin digər infrastruktur obyektlərində ADY-nin Mühafizə departamentinin və Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə günboyu mühafizə xidməti aparılır. Bakı Dəmiryol Vağzalında yerləşən situasiya mərkəzinin fəaliyyəti təkmilləşdirilərək sərnişinlər, qatarlar, vağzal və stansiyaların təhlükəsizliyinə fasiləsiz nəzarət edilir.

COP29 tədbirlərinə hazırlıqlar çərçivəsində yükdaşıma xidməti də gücləndirilmiş iş rejiminə keçib. Yükdaşımalara aid sahə, stansiya, dispetçer məntəqələri, lokomotivlərin və vaqonların istismarı depolarında müntəzəm monitorinqlər aparılır. Yük qatarlarının hərəkətinin qrafikə uyğun tənzimlənməsinə daimi nəzarət aparılır. Yükdaşımaların təhlükəsiz, vaxtında və səmərəli təşkili, yük qatarlarının reqlamentlərə uyğun istismarı üçün sahəvi əməkdaşlara əlavə təlimlər və texniki məşğələlər keçirilir.

Yükdaşıma və sərnişindaşıma xidmətlərinin fasiləsizliyini təmin etmək üçün infrastruktura əsaslı baxış keçirilir, profilaktik tədbirlər görülür. Dəmir yollarının müntəzəm diaqnostikası aparılır.

COP29 tədbirinə hazırlıqların davamı kimi dəmir yollarının ətrafı və yaxın ərazilər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə təhvil verilib.

Yaşıllaşdırma işləri çərçivəsində dəmir yolları ətrafında yeni ağac zolaqları salınıb.

Sərnişindaşıma və yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi ilə paralel olaraq dəmiryol muzeyində də COP29 iqlim sammitinə hazırlıq üçün tədbirlər görülüb. Muzeyə 3 dildə danışan bələdçilər cəlb edilib. Xarici qonaqlar üçün məlumat əlçatanlığını təmin etmək üçün 60-a yaxın eskponat haqqında məlumatların QR kod vasitəsilə əldə edilməsi təmin edilib. Muzeyin daxili konstruksiyası yenilənib, “zaman qatarı” guşəsi hazırlanıb, həmçinin yenilənmiş kino zalda bir neçə dildə dəmir yolları haqqında sənədli filmlərin nümayişinə başlanıb.

“Ammendorf” model qatarından hazırlanmış “zaman qatarı“ eksponatı muzey ziyarətçilərinə fərqli səhnələr və mənzərələr boyunca virtual səfər etmək fürsəti təqdim edir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-09-2024, 17:21

ADY tarif siyasətinə bir sıra dəyişikliklər edəcək

Ölkə

12-08-2024, 11:33

Bakı ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

20-09-2024, 17:10

Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu

Ölkə
“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”
“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Yardımlının icra başçısı vəzifəsindən azad edildi - Sərəncam
Yardımlının icra başçısı vəzifəsindən azad edildi - Sərəncam
Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
Siyasət
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
Bu gün, 15:04
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Bu gün, 15:01
Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
Bu gün, 12:03
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
Dünən, 14:03
Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
11-09-2026, 17:30
Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
10-09-2026, 14:39
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Xəbər Lenti
  • Bu gün, 17:37
    Ronaldu çıxış etdiyi Səudiyyə klubunu almaq istəyir
  • Bu gün, 17:24
    “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”
  • Bu gün, 17:20
    Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
  • Bu gün, 16:21
    Yardımlının icra başçısı vəzifəsindən azad edildi - Sərəncam
  • Bu gün, 16:03
    Qara dənizdə mülki gəmilərə hücumdan danışdı
  • Bu gün, 15:04
    “Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
  • Bu gün, 15:01
    Faiq Xudayevdən Ermənistan tərəfinin mövqeyinə dair AÇIQLAMA
  • Bu gün, 14:29
    Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
  • Bu gün, 13:57
    Onlara da xüsusi rütbə veriləcək
  • Bu gün, 13:32
    Cinayət törədən yeniyetmələrlə bağlı - Mühüm açıqlama
  • Bu gün, 13:03
    Prezident Hakan Fidanı qəbul etdi - Fotolar
  • Bu gün, 12:24
    Səfəvilər dövrünün Azərbaycan mütəfəkkirlərinə həsr olunmuş yeni kitab işıq üzü görüb
  • Bu gün, 12:12
    “Sabah” “Qarabağ” və “Xəzər Lənkəran”ın rekordunu təkrarladı
  • Bu gün, 12:03
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Bu gün, 11:22
    Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirilib
  • Bu gün, 10:37
    2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
  • Bu gün, 09:43
    “Nəticələr uğurlu olarsa, təmayül modeli genişləndiriləcək”
  • Bu gün, 09:07
    Hörmüzdə ABŞ PUA-sı vuruldu
  • Bu gün, 09:00
    Avarçəkənlərimiz beynəlxalq turnirində ölkəmizi 6 idmançı ilə təmsil edəcək - Fotolar
  • Bu gün, 08:56
    124 min uşaq üçün ilk zəng çalınır
  • Dünən, 16:17
    Yeni tədris ilində neçə nəfər təhsil alacaq?
  • Dünən, 16:09
    Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı
  • Dünən, 15:36
    Avtomobil “qırmızı”dan keçən skuteri vurdu
  • Dünən, 15:33
    Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
  • Dünən, 15:07
    Gürcüstan DTX-nin rəhbəri postundan getdi - Nazir müavini olacaq - Yenilənib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə