• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ət alarkən bunlara diqqət edin!

Ölkə

21-10-2025, 16:34
Ət alarkən bunlara diqqət edin!

Ölkənin müxtəlif bölgələrində dabaq xəstəliyinin yayılması əhalidə ciddi narahatlıq yaradıb. Xəstəliyin heyvandan insana keçmə ehtimalı az olsa da, vətəndaşların narahatlığı hələ də qalır. Heyvanları dabağa yoluxmuş vətəndaşların və yerli baytarların sözlərinə görə, Azərbaycanda dabaq xəstəliyinin ən təhlükəli növü - SAT-2 aşkarlanıb. İddialara görə, bu növə ölkəmizdə heç vaxt rast gəlinməyib.

Liderxeber.az xəbər verir ki, ölkəmizdə heyvanlar arasında peyvəndləmə əsasən bu xəstəliyin sadə növünə qarşı həyata keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları da virusu aşkarlaya bilməyib. Yalnız xəstəlik geniş yayıldıqdan sonra ciddi nəzarət altında aparılan analizlər zamanı heyvanların dabağın SAT-2 növünə yoluxduğu məlum olub. 

Mövzu ətrafında yaranan suallarımıza əvvəlcə rəsmi qurumlardan cavab almağa çalışdıq.

İnsana yoluxma ehtimalı ilə əlaqədar Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan verilən açıqlamada Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxmanın qeydə alınmadığı bildirildi: “Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər.

Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur.

Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinilməlidirlər”.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev də bu gün verdiyi açıqlamada dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalının sıfra yaxın olduğunu qeyd edib: “Bu ehtimal demək olar ki, yoxdur. Dabaq xəstəliyi insanlara heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu ənənəsi demək olar ki, yoxdur”. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) müraciətimizə cavab olaraq deyildi ki, Agentlik ölkədə və dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır: “Baytarlıq haqqında” Qanuna əsasən, heyvan mənşəli məhsulların (insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsullar) istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir. Heyvan mənşəli məhsulların tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən məhsul qəbuluna və satışına icazə verilir. Həmin təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvan mənşəli məhsul qəbulu, saxlanması və satışı ərazinin səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən verilən sənəd əsasında mümkündür”.

Həmçinin məlumatda qanunvericiliyə əsasən, heyvan kəsiminin yalnız Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və müvafiq tələblərə cavab verən kəsim məntəqələrində aparılmalı olduğu vurğulanıb: “Qeydiyyatsız, sanitar-baytarlıq nəzarətindən kənarda həyata keçirilən heyvan kəsimi həm qida təhlükəsizliyi, həm də ictimai sağlamlıq üçün ciddi risklər yarada bilər. İstehlakçılar yalnız baytarlıq müşayiətedici sənədləri olan heyvan mənşəli məhsulları almalıdır. Belə sənədlər məhsulun sağlam heyvandan əldə olunduğunu, baytarlıq nəzarətindən keçdiyini və qida təhlükəsizliyi baxımından tələblərə uyğun olduğunu təsdiq edir”. 

Ölkəmizin həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib: “Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər”.

Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 25 oktyabrdan etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq: “Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq. Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək”.

Mövzu ilə bağlı saytımıza danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova diqqət etməli olduğumuz məqamlara toxunub: “Ət, zülal, eyni zamanda heyvan mənşəli olduğu üçün yüksək risk qrupuna aiddir. Buna görə də ət alarkən bəzi məqamlara diqqət etmək lazımdır. Yaxşı olar ki, onun etibarlı, mənşəyi bəlli olan yerdən alınmasına diqqət edək. Baytarlıq arayışının olub-olmamasına dair də mütləq şəkildə məlumat olmalıdır. Heyvanın kəsilmə və ətin saxlanılma şəraiti də düzgün olmalıdır. Çünki ət 2-4 dərəcəyədək temperaturda saxlanılmalıdır. Əgər otaq temperaturunda, yaxud da açıq havada saxlanılırsa, bu, ətin xarab olmasına və tərkibinin dəyişməsinə gətirib çıxarar. Eyni zamanda keyfiyyətli və təzə ət görünüşü ilə də seçilir. Bunu ətin iyi, görünüşü və teksturasından da anlamaq olur. Təzə və keyfiyyətli mal yaxud quzu əti adətən qırmızı rəngdə olur, barmaqla basıb çuxur yaratdıqda tezliklə əvvəlki vəziyyətinə qayıdır”.

Onun sözlərinə görə, ətdən, heyvan mənşəli qidalardan insan orqanizminə bir çox virus və bakteriya keçə bilər: “Əti alarkən onun bişmiş məhsulla təmas etməməsinə də diqqət etməliyik. Əti doğrayan lövhə və bıçaq ayrı olmalıdır. Bişirərkən ətin daxili temperaturu 70 dərəcənin üstündə olmalıdır. Bu, ətin tərkibində virus və bakteriyaların məhv olmasına səbəb olacaq”. 

Qeyd edək ki, dabaq (və ya aftoz) xəstəliyi iri və xırdabuynuzlu heyvanlarda, həmçinin donuzlarda rast gəlinən yoluxucu virus xəstəliyidir. Xəstəlik heyvanlarda yüksək hərarət, ağız və dırnaq ətrafında yaralarla müşahidə olunur və çox sürətlə yayılır. Dabaq təsərrüfata ciddi iqtisadi zərər vurduğu üçün yoluxma halı aşkarlandıqda xüsusi karantin tədbirləri görülür. Virus xəstə heyvandan ətraf mühitə ağız suyu, süd, nəcis, sidik və sairə ilə xaric olur. Törədici xəstəlik mənbəyindən geyimlə, yemlə, nəqliyyat və digər vasitələrlə, hətta külək vasitəsilə yayılaraq böyük ərazilərə sirayət edir. Dabaq xəstəliyi heyvandarlıqda çəki itkisinə, südün azalmasına, məhsulun keyfiyyətinin aşağı düşməsinə, rayonlarda təsərrüfat fəaliyyətinin pozulmasına səbəb olur. Virusun müxtəlif tipləri (A, O, C, SAT-1, SAT-2, SAT-3) mövcuddur, ətraf mühitin təsirlərinə davamlıdır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

6-01-2025, 17:53

Qrip əlamətlərini paylaşan metapnevmovirus: Hədəfdə uşaqlar var

Cəmiyyət

21-06-2025, 09:58

Azərbaycanda qida normaları dəyişir: 30 ildən sonra islahat

İqtisadiyyat

22-04-2024, 15:49

Xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına məhdudiyyət qoyulub

Cəmiyyət

29-07-2025, 12:13

Genetik xəstəliklərin qarşısı necə alına bilər?

Ölkə
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • Bu gün, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • Bu gün, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Bu gün, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Bu gün, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Bu gün, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:43
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Bu gün, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə