• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda qida normaları dəyişir: 30 ildən sonra islahat

Cəmiyyət

21-06-2025, 09:58
Azərbaycanda qida normaları dəyişir: 30 ildən sonra islahat

Azərbaycanda tibb, təhsil və sosial sahədə qida normaları son 30 il ərzində dəyişməyib. Hələ 1994-cü ildə təsdiq edilmiş Nazirlər Kabinetinin qərarı əsasında tətbiq edilən normativlər indi əhalinin sağlamlığı, sosial rifah və qida təhlükəsizliyi baxımından dövrün tələblərinə cavab vermir.

Bu müddət ərzində ölkədə beynəlxalq standartlara inteqrasiya, ictimai sağlamlıq göstəricilərində dəyişikliklər və sosial ehtiyacların yenilənməsi baş verib. Qida normalarının yenilənməsi yalnız qanunvericiliyin tələbi deyil, həm də cəmiyyət üçün zəruri islahatdır.

Liderxeber.az "Yaşayış minimumu haqqında" Qanuna təklif edilən dəyişikliklər əsasında formalaşacaq yeni qida normalarının hüquqi əsaslarını, sosial zərurətini, məzmununu, tətbiq sahələrini və potensial təsirlərini araşdırıb.

Təhsil, səhiyyə və sosial müəssisələrdə mövcud vəziyyət

İlk olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) sorğuya cavab olaraq bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritetlərdəndir:

"Bu məsələlərə agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır. Məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Qidalanma gün ərzində bağçaların iş saatlarına görə təmin olunur".

Bildirilib ki, mövcud normalara əsasən, zülal, karbohidrat, mineral və vitaminlərin balansı gün ərzində menyuda nəzərdə tutulan qidalara görə tənzimlənir.

"Uşaqların hansı qidalara allergik olmaları ilə bağlı valideynlərlə dəqiqləşdirmələr aparılır və qidalanma zamanı bu amillər nəzərə alınır", - deyə məlumatda qeyd edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)sorğuya cavab olaraq bildirilib ki, tabeli tibb müəssisələrində qidalanma 2023-cü ilin dekabrın 15-də təsdiq edilən "TƏBİB-in tabeliyində olan tibb müəssisələrində qidalanmanın təşkili haqqında Təlimat"a əsasən icra olunur:

"Təlimat Azərbaycan Respublikası mövcud qanunvericiliyi, normativ hüquqi sənədləri və TƏBİB Nizamnaməsinə uyğun olaraq hazırlanıb. Tibb müəssisələrində qidalar pəhriz masalarına uyğun olaraq təqdim edilir. Ümumilikdə 15 pəhriz masası var. Pəhriz masaları tərtib olunarkən müəssisədə müalicə alan pasiyentlərin xəstəliklərinə, cərrahi əməliyyatdan əvvəl və sonrakı vəziyyətlərinə, reanimasiya vəziyyətinə, pediatriya şöbəsində müalicə alan uşaqlara, xroniki xəstəlikləri olanlara (kardioloji, qastroenteroloji, nefroloji, endokrinoloji və s.) diqqət yetirilir. Bununla yanaşı, ərzaqların keyfiyyətlilik dərəcəsi, bişmə texnologiyası, sanitar və gigiyena qaydalarına riayət edilir. Hər bir xəstəyə individual yanaşılır və kliniki vəziyyətinə uyğun olaraq fərdi menyular hazırlanır".

Qeyd edilib ki, qidalanmada sutkalıq təminat normaları ərzaq məhsullarının enerji dəyərinə görə bölünür:

"Dörddəfəli qidalanmada - səhər yeməyi üçün - 25-30%, nahar üçün - 35-40%, şam üçün - 20-25%, 2-ci şam yeməyi - 5-10%; beşdəfəli qidalanma, 1-ci variant - səhər yeməyi üçün - 20-25%, ara yeməyi - 10-15%, nahar üçün - 30%, şam üçün - 20-25%, ara yeməkləri üçün - 5-10%; 2-ci variant - səhər yeməyi üçün - 25%, nahar üçün - 35%, ara yeməyi - 10%, şam üçün - 20-25%, ara yeməkləri üçün - 5-10%; altıdəfəli qidalanma, səhər yeməyi üçün - 20-25%, ara yeməyi - 10-15%, nahar üçün - 25-30%, ara yeməkləri üçün - 5-10%, şam üçün - 20%, ara yeməkləri üçün - 5-10% təşkil edir".

Bildirilib ki, qida qəbulu vaxtları ümumi olaraq bu qaydada planlaşdırılır:

"Səhər yeməyi - 08:00-09:00, birinci ara yemək - 11:00, nahar yeməyi 13:00-15:00, ikinci ara yemək 17:00, şam yeməyi 19:00-20:00. Qidalanmanın vaxtları xəstələrin müalicə növünə görə müalicə həkimi tərəfindən dəyişdirilə bilər".

TƏBİB-dən qeyd edilib ki, böyüklərdə gündəlik enerjinin 45-60%-nin karbohidratlardan, 20-35%-nin yağlardan və 10-20%-nin zülallardan alınmasına diqqət yetirilir:

"Yeməklərin keyfiyyətində insan sağlamlığına mənfi təsir göstərən hər hansı bir nöqsan aşkar edilərsə, yeməklərin xəstələrə paylanılması həyata keçirilmir və aidiyyəti üzrə rəhbərliyə məlumat verilir. Müvafiq qanunauyğun tədbirlər görülür. Qidaların uyğun şərtlərdə istehsalını və insan sağlamlığına mənfi təsir göstərən mikrobioloji risklərin olub-olmadığını müəyyən etmək məqsədilə səhər, nahar, şam yeməklərinin hər birindən ən azı 250 q çəkidə şahid nümunələr götürülür və 72 saatdan az olmayaraq soyuducuda saxlanılır. Nümunə götürülən qabların üzərinə yeməkləri bişirən aşpazın adı və imzası, yeməklərin adı və bişirilmə tarixi qeyd olunur".

Səhiyyə Nazirliyindən sorğuya cavab olaraq bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin qidalanması "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 nömrəli Qərarına əsasən həyata keçirilir.

"Xəstələrin yaş qrupu, xəstəliyin növü və klinik vəziyyəti nəzərə alınmaqla, onlara uyğunlaşdırılmış qida rasionları təyin olunur. Xüsusilə şəkərli diabet, böyrək çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri və digər xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün xüsusi tibbi göstərişlərə əsaslanan fərdi pəhriz qidalanma proqramları tətbiq edilir. Məqsəd xəstələrin sağlamlıq vəziyyətinə uyğun balanslaşdırılmış və təhlükəsiz qidalanmanın təmin olunmasıdır", - deyə məlumatda bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən sorğuya cavab olaraq bildirilib ki, agentliyin müəssisələrində yaşayan sakinlərin qidalanması gündəlik qida normalarına uyğun olaraq həyata keçirilir:

"Müəssisələrin sakinləri keytrinq xidməti tərəfindən gündə üç dəfə hazır və keyfiyyətli qida ilə təmin olunurlar. Uşaq evlərində qida norması Nazirlər Kabinetinin "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" qərarına uyğun olaraq tərtib edilir. Müəssisələrin tibb heyəti tərəfindən menyuya nəzarət olunur".

Qida normalarının yenilənməsinin hüquqi və sosial əsasları

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov  açıqlamasında bildirib ki, "Yaşayış minimumu haqqında" Qanuna edilən dəyişikliklərin əsas mahiyyəti qida normalarının yalnız tibb və təhsil müəssisələri üçün deyil, eyni zamanda, sosial müəssisələr üçün də nəzərdə tutulmasıdır. Onun sözlərinə görə, bu dəyişiklik sosial müəssisələrin də yaşayış minimumu çərçivəsində qida normalarından faydalanmasına imkan yaradacaq:

"Hazırlanacaq yeni qida normaları beynəlxalq təcrübəyə əsaslanacaq və milli xüsusiyyətlər, mövcud çağırışlar nəzərə alınmaqla tərtib ediləcək. Burada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq təşkilatların tövsiyələri əsas götürüləcək".

Deputat qeyd edib ki, qida normalarının tərkibi və istehlak səbəti Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq və keyfiyyətə dövlət qurumları tərəfindən nəzarət ediləcək:

"Qidanın keyfiyyətinə nəzarət hazırda mövcuddur və bu nəzarətin daha da təkmilləşdirilməsi planlaşdırılır".

V.Bayramov vurğulayıb ki, istehlak səbətinin yeni tərkibinin 2025-ci ildə təsdiq olunması nəzərdə tutulur:

"Yeni tərkib formalaşdırılarkən ötən dövrdə yaranan xərclər nəzərə alınacaq və bu, yaşayış minimumuna və ehtiyac meyarına təsir göstərən faktorlardan birinə çevrilə bilər".

V.Bayramovun sözlərinə görə, dəyişikliklərdən müxtəlif sosial qruplar, o cümlədən, sosial təminata daha çox ehtiyacı olan vətəndaşlar faydalanacaqlar:

"İstehlak səbətinin və ehtiyac meyarının yenilənməsi sosial yardım proqramlarına da müsbət təsir edəcək və xüsusilə sosial təminata ehtiyacı olan vətəndaşlarımız yeni dəyişikliklərdən faydalana biləcəklər. Çünki istehlak səbətinin yeni tərkibi həm də ehtiyac meyarı, yaşayış minimumu məbləğinə yenidən baxılmasını zəruri edir. Mütəmadi olaraq hər il həm yaşayış minimumu, həm ehtiyac meyarı məbləğinin artırılmasını müşahidə edirik. Bu da ünvanlı sosial yardım proqramı ilə dövlətdən dəstək alan vətəndaşlarımızın gəlirlərinə təsir göstərəcək və onlara verilən sosial yardım məbləğinin artmasına imkan verəcək. Hər bir qanun layihəsi və dəyişiklik təqdim olunmazdan əvvəl maliyyə qiymətləndirilməsi aparılır və dəyişikliklərin dövlət büdcəsinə əlavə yük yaratmayacağı əvvəlcədən nəzərə alınır".

Millət vəkili əlavə edib ki, yaşayış minimumunun məbləği hər ilin sonunda Milli Məclisə təqdim olunur, müzakirədən sonra təsdiq edilir və Prezident tərəfindən imzalanaraq qüvvəyə minir:

"Bu zaman inflyasiya səviyyəsi, əhalinin xərcləri və istehlak səbətinin strukturu nəzərə alınır. Qanunvericilikdə və qaydaların tətbiqində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması əsas hədəflərdir. Xüsusən sosial xidmətlərin elektronlaşması bu istiqamətdə şəffaflığı, hesabatlılığı gücləndirib və bu prinsiplər sözügedən yeni qanunun icrasında da qorunacaq".

Sağlam qidalanma tələbləri

Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova açıqlamasında bildirib ki, qidalanma rejimi və qida planlaması təkcə porsiyalar üzrə deyil, eyni zamanda, insanın yaşına, cinsinə, gündəlik fiziki aktivliyinə, sağlamlıq vəziyyətinə, mövcud xroniki xəstəliklərinə və mövsümə uyğun balanslı şəkildə təşkil olunmalıdır:

"Qidalar mütləq vitamin və mineral balansını təmin etməli, makro və mikroelementlərlə zəngin olmalı, çeşidli və keyfiyyətli olmalıdır ki, orqanizm üçün vacib elementlərin çatışmazlığı yaranmasın. Çünki belə çatışmazlıqlar müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər".

Onun sözlərinə görə, xüsusilə təhsil müəssisələrində uşaqlar üçün qida normaları hazırlanarkən yaş, cins və fiziki aktivlik nəzərə alınmalı, qidaların tərkibində faydalı şəkərlər, zülallar, A, D, B qrupu vitaminləri, dəmir kimi vacib elementlərin olması təmin edilməlidir:

"Uşaqların əzələ və daxili orqanlarının sağlam inkişafı üçün zülallar lazımi miqdarda qəbul olunmalıdır. Eyni zamanda, həddindən artıq duzlu, rəf ömrü uzun, kimyəvi qatqılı qidalardan, trans və doymuş yağların çox olduğu məhsullardan uzaq durmaq tövsiyə olunur. Onun əvəzinə təbii, keyfiyyətli mənşəli yağlara üstünlük verilməlidir. Gündəlik duz miqdarı da normanı keçməməlidir ki, gələcəkdə sağlamlıq problemlərinə səbəb olmasın".

M.Hüseynova əlavə edib ki, qidaların hazırlanması sanitar-gigiyena qaydalarına uyğun aparılmalı, hazırlayan şəxslər tibbi müayinədən keçməli və xüsusi geyimlərdən istifadə etməlidirlər:

"Uşaqlarda və digər həssas qruplarda hər hansı bir qidaya və ya qida maddəsinə qarşı allergiya və həssaslıqlar nəzərə alınmalı, təqdim edilən qarışıq qidalarda bu barədə açıq məlumat verilməlidir".

Mütəxəssis bildirib ki, xəstəxanalarda, sığınacaqlarda və uşaq evlərində fərdi qidalanma planlamaları xüsusi əhəmiyyət daşıyır. Çünki diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri kimi xroniki xəstəlikləri olan insanlar üçün xüsusi pəhrizlər tətbiq olunmalıdır:

"Belə şəxslər üçün həddindən artıq duzlu, şəkərli, yağlı və çoxkalorili qidalardan uzaq durmaq, zülal və lif baxımından zəngin, mövsümi meyvə-tərəvəzlərə, faydalı paxlalılara üstünlük vermək vacibdir. Zəruri hallarda bioloji aktiv maddələr və vitaminlər yalnız mütəxəssislərin tövsiyəsi ilə qəbul edilməlidir. Bütün bu qaydalara əməl olunarsa, qidalanma sağlam, düzgün və balanslı hesab edilə bilər".

Beləliklə, yeni qida normalarının qəbul olunması yalnız bir normativ dəyişiklik deyil, hər birimizin sağlam gələcəyi üçün atılan vacib addımdır. Uşaqlarımızın bağçada yediyi yeməkdən tutmuş xəstəxanada müalicə alan pasiyentin qida rejiminə qədər hər detal sağlamlıq və rifahımızı formalaşdırır. Bu islahatlar sayəsində cəmiyyətin ən həssas qrupları - uşaqlar, xəstələr, yaşlılar daha keyfiyyətli və təhlükəsiz qidalanma imkanına sahib olacaqlar. İndi vacib olan təkcə sənədlərdə deyil, real həyatda bu dəyişikliklərin hiss olunmasıdır, çünki sağlam qidalanma sağlam cəmiyyətin təməlidir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

16-08-2024, 14:10

Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə
Neftçalada 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anıldı
Neftçalada 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anıldı
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Qatarda bunu etsəniz - Sizi cərimə gözləyir
Qatarda bunu etsəniz - Sizi cərimə gözləyir
Şəkidə evdə partlayış - Xəsarət alanlar var - Video
Şəkidə evdə partlayış - Xəsarət alanlar var - Video
Siyasət
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi
27-03-2026, 17:48
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi
Prezident həmkarını təbrik etdi
26-03-2026, 11:37
Prezident həmkarını təbrik etdi
İlham Əliyev Şamaxıdadır - Fotolar - Yenilənib
23-03-2026, 11:08
İlham Əliyev Şamaxıdadır - Fotolar - Yenilənib
Rəşad Həsənov nazir müavini təyin olundu
20-03-2026, 17:13
Rəşad Həsənov nazir müavini təyin olundu
Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək
20-03-2026, 13:31
Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək
“Azərbaycan benzininin keyfiyyəti yüksəkdir” - Erməni nazir
18-03-2026, 15:23
“Azərbaycan benzininin keyfiyyəti yüksəkdir” - Erməni nazir
Xəbər Lenti
  • Dünən, 18:19
    Neftçalada 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anıldı
  • Dünən, 17:57
    İbrahim Zülfüqari: "ABŞ heç vaxt Hörmüz boğazına nəzarət edə bilməyəcək"
  • Dünən, 17:34
    Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
  • Dünən, 17:12
    Qatarda bunu etsəniz - Sizi cərimə gözləyir
  • Dünən, 16:34
    Şəkidə evdə partlayış - Xəsarət alanlar var - Video
  • Dünən, 15:17
    Mayda da 2 bayramı bir gündə qeyd edəcəyik - 14 gün iş olmayacaq
  • Dünən, 14:30
    Azərbaycan millisinin AÇ-dəki oyunlarının vaxtı açıqlandı
  • Dünən, 14:01
    Aprelin ilk günü 25° isti olacaq
  • Dünən, 13:38
    Bu qanunda dəyişiklik edildi
  • Dünən, 13:33
    Kəşfiyyatçılar Trampa İranın planları barədə hansı məlumatı ötürüblər?
  • Dünən, 13:20
    Kürdəxanıda sakinlər çətin durumda: Su basan evlərdə son vəziyyət
  • Dünən, 12:28
    Ordubadda qaya uçqunu baş verib
  • Dünən, 11:56
    KİV: Körfəz ölkələri ABŞ-ni İranla müharibəni davam etdirməyə çağırırlar
  • Dünən, 10:57
    Tramp İrana qarşı əməliyyatın tezliklə bitəcəyini 12-ci dəfə bəyan etdi - Ziddiyyət, yoxsa manevr?
  • Dünən, 10:45
    Yeni hərbi obyektlər istifadəyə verildi - Fotolar
  • Dünən, 10:32
    Belçikalı həkimdən səhər yeməyi ilə bağlı vacib tövsiyə
  • Dünən, 09:34
    Alimlərdən maraqlı tədqiqat: Limon tənəffüs yollarını qoruyurmuş
  • Dünən, 09:31
    ABŞ-də benzin bahalaşdı
  • Dünən, 09:23
    Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
  • Dünən, 09:11
    Ağ Ev: "Tramp İranla bir həftə ərzində saziş bağlamaq niyyətindədir"
  • Dünən, 09:05
    Tramp ərəb ölkələrinə çağırış etmək niyyətindədir - Hərbi xərclər üçün dəstək istəyir
  • Dünən, 09:00
    İran Hörmüzdən keçən gəmilər üçün rüsum alacaq
  • Dünən, 08:48
    Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi
  • Dünən, 08:11
    “Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm”
  • Dünən, 18:31
    Təbii fəlakət zamanı zərərlər necə qarşılanır? Ekspert açıqlaması
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə