• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Prezident qəbul keçirdi - Fotolar

Ölkə

Bu gün, 12:37
Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.

Liderxeber.az xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini deyib.

Prezident İlham Əliyev bu il İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirib.

Dövlət başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğulayıb ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir.

Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə edib, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlət başçısı ölkəmizin İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd edib.

Azərbaycan Prezidenti əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini deyib, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırlayıb.

Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə edib.

İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanda və İtaliyada fəaliyyət göstərən hər iki ölkədən olan şirkətlərin sayının artırılmasında maraqlı olduqlarını bildirib.

Antonio Tayani Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu deyib, İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd edib.

Qonaq bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı İtaliyanın bu ölkədəki səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

Söhbət zamanı biznes sahəsində əməkdaşlığın potensialına toxunulub, bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin önəmi qeyd edilib.

İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın nəqliyyat bağlantıları baxımından strateji rolunun artdığı vurğulanıb, bölgədə gedən proseslərə, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinə və TRIPP layihəsinə toxunulub.





Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

21-08-2026, 13:59

Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Siyasət

13-11-2025, 15:42

Prezident Özbəkistan mediasına müsahibə verib

Ölkə

11-01-2023, 22:09

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

Ölkə
Prezident qəbul keçirdi - Fotolar
Prezident qəbul keçirdi - Fotolar
İraqda Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb
İraqda Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb
Həmin qəzada ölən aparıcı sərnişin olub
Həmin qəzada ölən aparıcı sərnişin olub
Bu yollarda tıxac var - Siyahı
Bu yollarda tıxac var - Siyahı
Siyasət
Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam
Bu gün, 10:52
Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
21-11-2026, 10:41
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
20-11-2026, 12:40
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
20-11-2026, 09:42
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
19-11-2026, 11:22
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
18-11-2026, 12:23
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Xəbər Lenti
  • Bu gün, 12:37
    Prezident qəbul keçirdi - Fotolar
  • Bu gün, 10:52
    Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam
  • Bu gün, 10:48
    Yeni Konstitusiya qəbul edildikdən sonra sülh sazişinin imzalanacağına söz verdi
  • Bu gün, 09:20
    Pentaqon senatorların İranla müharibə barədə məlumatlara çıxış imkanlarını məhdudlaşdırıb
  • Bu gün, 09:15
    İraqda Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb
  • Bu gün, 09:09
    Çində uçan avtomobil sınaqdan keçirildi
  • Bu gün, 09:04
    Həmin qəzada ölən aparıcı sərnişin olub
  • Bu gün, 09:00
    Bu yollarda tıxac var - Siyahı
  • Dünən, 13:12
    Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
  • Dünən, 14:52
    Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR
  • 21-11-2026, 12:43
    “Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”
  • 21-11-2026, 11:54
    Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin doğum günüdür
  • 21-11-2026, 11:00
    Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında təqdim olundu
  • 21-11-2026, 10:41
    Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
  • 21-11-2026, 10:26
    Bu gün Premyer Liqada daha 2 oyun var
  • 21-11-2026, 10:15
    Sumqayıtda yol yenə çökdü - Foto
  • 21-11-2026, 09:45
    Tibbdə inqilabi yenilik: İnsan dərisini əvəz edəcək texnologiya hazırlandı
  • 21-11-2026, 09:17
    Sürücülərin nəzərinə!
  • 21-11-2026, 09:08
    Putinlə görüşünün detallarını açıqladı
  • 21-11-2026, 09:00
    Hörmüzdə ABŞ-yə məxsus PUA vuruldu
  • 20-11-2026, 17:35
    Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
  • 20-11-2026, 17:07
    Ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı
  • 20-11-2026, 16:50
    Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək
  • 20-11-2026, 16:45
    Turun açılış matçında 4 qol vuruldu
  • 20-11-2026, 16:09
    Əhalinin son sayı - Açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə