• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Metrodakı hadisəyə görə sərnişinlərdən üzr istəyirəm”

Ölkə

12-05-2026, 11:13
“Metrodakı hadisəyə görə sərnişinlərdən üzr istəyirəm”

“Baş vermiş hadisəyə görə təəssüfümü bildirir və sərnişinlərimizdən bir daha üzr istəyirəm”.

Liderxeber.az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “Trend”ə müsahibəsində deyib.

V.Aslanov qeyd edib  ki, hadisə zamanı təxliyə operativ şəkildə təmin olunub: “21 aprel Nərimanov–Ulduz” mənzilini enerji ilə təmin edən yarımstansiyada qısaqapanma baş vermişdi və həmin mənzildə tuneldə tüstülənmə qeydə alınmışdı. Biz sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını aradan qaldırıb sonra hərəkəti bərpa etdik. Hadisə zamanı sərnişinlər və əməkdaşlar arasında xəsarət alan olmadı, təxliyə operativ şəkildə təmin olundu. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına təxliyə zamanı və ilkin tibbi xidmət göstərən TƏBİB əməkdaşlarına, Bakı metropoliteninin məlumatlarının operativ ictimaiyyətə çatdıraraq çaşqınlıq yaranmasının qarşısının alınmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkürümü bildirirəm”.

Sədr həmçinin bildirib ki, Dövlət Proqramında Bakı metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb: “Ümumiyyətlə, Bakı metropoliteninin elektrik şəbəkəsi dayanıqlı qurulub - istənilən sahə iki fərqli alternativ enerji mənbəyindən qidalanır. Dövlət Proqramında Bakı metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb. 2025-ci ildə xarici ekspertləri dəvət edib enerji sistemini tam texniki auditdən keçirdik və tədbirlər planı hazırladıq. Artıq 2025-ci ildən iki mövcud yarımstansiyanın yenidən qurulması, bir yeni yarımstansiyanın tikintisi, kabel şəbəkəsinin yenilənməsi və SCADA sisteminin yenidən qurulması istiqamətində işlər görülür”.

O vurğulayıb ki, dizel generatorların əsas rolu xarici enerji təchizatının əvəzlənməsinə fokuslanıb: “Bakı Metropoliteninin 21 ədəd dizel generatoru mövcuddur, bunlar mütəmadi olaraq texniki baxışdan keçir. Bu generatorların funksiyası xarici enerji təchizatında fasilə yarandığı zaman avtomatik işə düşməkdir. Biz ildə iki dəfə qəza məşqləri keçiririk. Lakin bu hadisədə xarici elektrik şəbəkəsində problem yox idi - metronun öz yarımstansiyasında qısaqapanma baş vermişdi. Ona görə bu halda onlardan istifadə mümkün deyil”.

Xatırladaq ki, aprelin 21-də “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Buna səbəb “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranması idi.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

12-06-2025, 17:40

Sosial müavinətlərin məbləği artırıldı

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

12-03-2025, 13:25

DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirildi

Ölkə
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • Bu gün, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • Bu gün, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Bu gün, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Bu gün, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Bu gün, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:43
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Bu gün, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə