• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakıda Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalı başladı

Ölkə

1-09-2025, 20:44
Bakıda Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalı başladı

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı bu gün Bakıda start götürdü. Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab olunan müsabiqənin finalı “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə keçirilir. 

1 sentyabr tarixində sözügedən müsabiqənin açılış mərasimi keçirildi. Tədbirdə açılış nitqi ilə çıxış edən ICPC Fondunun prezidenti Vilyam B.Pouçer müsabiqənin finalının Bakıda keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edib. Daha sonra 49-cu ICPC Dünya Finalının direktoru Fuad Hacıyev çıxış edərək müsabiqə iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.

Daha sonra ADA Universitetinin rektoru Hafiz Paşayev tədbirdə çıxış edərək öz fikirlərini bölüşüb:

“ICPC Dünya Finalına ev sahibliyi etmək bu yolda atılmış mühüm addımdır. Əminik ki, bu tədbir ölkəmizdə IT sahəsinin inkişafında bir dönüş nöqtəsinə çevriləcək və Azərbaycanın beynəlxalq arenada diqqət mərkəzinə düşməsinə töhfə verəcək”.

Tədbirin davamında Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış edərək bildirib ki, gənclər ICPC kimi qlobal əhəmiyyətli tədbirdə qazandıqları bilik və təcrübələri ölkənin texnoloji gələcəyinin formalaşdırılmasına yönəldəcək, maliyyə sektorunun mürəkkəb çağırışlarını həllinə töhfə verəcəklər.

Tədbir rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun çıxışı ilə davam edib. Nazir müavini paytaxtımızda 49-cu ICPC Dünya Finalının keçirilməsinin qürurverici bir hadisə olduğunu qeyd edərək müsabiqənin əhəmiyyətindən danışıb:

 “Bu tədbir yalnız yarışma deyil, eyni zamanda dünyanın ən istedadlı gənc beyinlərinin toplaşdığı məkandır. Onlar burada sadəcə yarışmır, həm də bir-birlərindən öyrənir, təcrübələrini bölüşür və yeni ideyaların yaranmasına təkan verirlər”’.

Qeyd edək ki, bu il Azərbaycan tarixində ilk dəfə olaraq dünya finalında iki komanda ilə təmsil olunur. İndiyə qədər ölkəmizi yalnız bir komanda iştirak hüququ qazanaraq finalda təmsil edirdi, lakin bu il ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları dünya finalında yarışır.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edir. Ümumilikdə, ICPC-nin rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən, 3500-ə yaxın universiteti təmsil edən 50,000-dən çox tələbə-proqramçı mübarizə aparır. Dünya finalında isə 70 ölkədən 140 ali təhsil müəssisəsini təmsil edən komandalar (hər komandada 3 tələbə olmaqla) iştirak edir.

Xatırladaq ki, bu nüfuzlu yarış ilk dəfə keçən əsrin 70-ci illərində ABŞ-da təşkil olunub və zamanla beynəlxalq səviyyədə tanınaraq ali təhsil müəssisələrinin tələbələri arasında proqramlaşdırma və problemhəll etmə bacarıqlarını sınayan ən böyük tədbirlərdən birinə çevrilib. ICPC Dünya Finalı hər il müxtəlif ölkələrdə keçirilir və təşkilatçı ölkələr üçün beynəlxalq imic baxımından böyük imkanlar yaradır.

2024-cü ildən başlayaraq İRİA ADA Universiteti və ICPC Azərbaycan icması ilə birgə əməkdaşlıq çərçivəsində ICPC proqramlaşdırma müsabiqəsinə hazırlıq proqramına dəstək verir. Əməkdaşlıq çərçivəsində şagird və tələbələr arasında proqramlaşdırma ICPC əsaslı olimpiada, 49-cu "ICPC" proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə 1/8, ¼ və yarımfinal mərhələləri, "ICPC" əsaslı beynəlxalq proqramlaşdırma təlim düşərgəsi keçirilib, həmçinin cari ildə “ICPC Foundation” İdarə Heyətinin üzvlərinin Bakıya səfəri, Qazaxıstanda təşkil edilən Beynəxalq ICPC düşərgəsində finalçıların iştirakı təşkil edilib.












Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

25-04-2025, 16:25

“Torpaqlarımızın azadlığında Aprel Zəfəri” mövzusunda tədbir keçirildi

Ölkə
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hava dəyişəcək - Xəbərdarlıq
Hava dəyişəcək - Xəbərdarlıq
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Sabahın havası
Sabahın havası
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Bu gün, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bu gün, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Bu gün, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Dünən, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Dünən, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Dünən, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Dünən, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə