• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bu halda qatar biletləri baha olur - Rəsmi

Ölkə

19-06-2025, 15:05
Bu halda qatar biletləri baha olur - Rəsmi

Azərbaycanın regionlarına hərəkət edən sərnişin qatarlarında biletlərin qiymətləri onların alınma tarixinə, həftənin gününə, bayram günlərinə və oturacaq istiqamətinə görə müəyyən edilir.

Bu barədə Liderxeber.az-a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, ADY 2024-cü il 1 noyabrdan ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçib:

“Bu qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişir. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər endirimlərdən yararlana bilirlər. Məsələn, ən çox tələbat olan Bakı–Qazax–Bakı marşrutu üzrə sərnişinlər büdcələrinə uyğun olaraq müxtəlif siniflər üzrə seçim edə bilərlər. Bu istiqamətdə 30-25 gün əvvəl alınan biletlərin qiyməti “standart” sinifdə 16, 20 manat, “standart+” sinifdə 21,40 manat, “biznes” sinifdə isə 39,90 manat təşkil edir. Eyni istiqamət üzrə "birinci" sinif biletlərinin qiyməti isə 101,7 manatdır”.

Qeyd olunub ki, qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır, müştərilərə daha geniş seçim verir. Biletlərin qiymətində artım həftəsonları, bayram günləri və biletlər səfərə bir-iki gün qalmış alındıqda olur”.

“Dünya təcrübəsinə nəzər salsaq görərik, məsələn, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarus Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilirlər. O ki qaldı biletin qiymətinin 100 manatdan yüksək olması ilə bağlı məlumatlara, əgər hərəkət cədvəlində seçilmiş tarixə yüksək qiymət görünürsə, bu o deməkdir ki, digər siniflərə yer qalmayıb, yalnız “birinci” sinif – ən yüksək sinif üzrə yer və ya yerlər mövcuddur. “Birinci” siniflərin qiyməti “standart” və “biznes” siniflərdən yüksək olur. “Birinci” sinif yerlər az olsa da (məsələn, FLIRT qatarında cəmi 8 yer), təbii ki, öz müştəriləri var, səyahət zamanı yüksək komforta üstünlük verən sərnişinlər var”, - ADY-dən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Dəmir Yollarında “birinci” siniflə səyahət edən sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda 1 saat müddətində Bakı, Gəncə və Qəbələ dəmiryol vağzallarının VIP-zallarından istifadə edə bilərlər. Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır:

“Əl yükü zalda yerləşdirildiyi halda ADY əməkdaşı sərnişini və onun əl yükünü qatara kimi müşayiət edir. VIP-zalda sərnişinə aşağıdakı ödənişsiz xidmətlər göstərilir: limitsiz su, çay, qəhvə; internetə çıxış (Wi-Fi-dan istifadə); rahat və yumşaq mebel dəsti ilə təchiz olunmuş dincəlmə zonası; şəhərin gəzməli yerləri ilə bağlı informativ çap vəsaitləri (buklet, kitabça); sərnişinin səfərin sonunda qarşılanması; Bakı Dəmiryol Vağzalında 2 saatlıq ödənişsiz avtoparkinq.

Səyahətin sonunda vaqon bələdçisi sərnişini vağzaldakı ADY-nin nümayəndəsinə yönləndirir. ADY-nin əməkdaşı sərnişini qarşılayaraq əl yükü ilə birgə onu VIP-zala kimi müşayiət edir. “Birinci” siniflə səyahət edən sərnişinlərə qatarda səfər zamanı ödənişsiz yemək təklif olunur. Qida çeşidləri: qəlyanaltı; səhər yeməyi; sendviç; meyvə şirəsi; çörək; şəkər daxil olmaqla isti içki (çay, qəhvə) və su. Çay, qəhvə, suyun verilməsi limitsiz və ödənişsizdir. Qatarların “irinci” sinif salonlarında xüsusi yerlər mövcuddur. Oturacaqlar elektrik yuvaları və dirsəkaltı ilə təchiz olunub, fərdi işıqlandırma və oturacaqlar istəyə uyğun tənzimlənir. Həmçinin ikimərtəbəli qatarlardakı "birinci" sinif oturacaqları 180 dərəcə fırlana bilər. Səfər zamanı sərnişinlərə yastıqça, adyal və başmaq təqdim edilir”.

Xatırladaq ki, Bakı-Qazax qatarına birinci sinif üzrə bilet qiymətlərinin 147-150 manat olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

23-09-2024, 17:21

ADY tarif siyasətinə bir sıra dəyişikliklər edəcək

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

4-01-2025, 16:43

ADY Bakı–Balakən–Bakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb

Ölkə

5-06-2025, 17:16

Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına start verilir

İqtisadiyyat

27-09-2024, 13:48

Gecə fotoşəkilləri üçün müstəsna imkanlara və innovativ süni intellektə malik “Xiaomi 14T” seriyasının satışına start verilib

Ölkə
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
Bu rayonlara qar yağıb
Bu rayonlara qar yağıb
Siyasət
Prezidentlə xanımı Cəbrayıla getdi
Bu gün, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Dünən, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Dünən, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Dünən, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Dünən, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Dünən, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Xəbər Lenti
  • Bu gün, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
  • Bu gün, 13:41
    İrana hücum üçün mümkün tarix açıqlandı
  • Bu gün, 12:59
    Prezidentlə xanımı Cəbrayıla getdi
  • Bu gün, 11:55
    Yükdaşıma sektoruna sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək
  • Bu gün, 11:46
    Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
  • Bu gün, 11:09
    Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir
  • Bu gün, 11:01
    Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
  • Bu gün, 10:59
    Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər
  • Bu gün, 10:17
    Bu rayonlara qar yağıb
  • Bu gün, 10:05
    Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
  • Bu gün, 09:43
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Bu gün, 09:22
    Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir
  • Bu gün, 09:00
    Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
  • Dünən, 17:46
    Güclü külək əsir
  • Dünən, 17:17
    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
  • Dünən, 17:14
    Türkiyə yaxın həftələrdə “Akkuyu” AES-i istismara verməyi planlaşdırır
  • Dünən, 16:39
    Ağdaşda ənənə və innovasiya bir araya gələcək – Heyva festivalına sayılı günlər qaldı
  • Dünən, 16:00
    Zəngilan Aqroparkı yaradıldı - Fərman
  • Dünən, 15:40
    Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
  • Dünən, 15:21
    “Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
  • Dünən, 14:41
    Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
  • Dünən, 14:26
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Dünən, 14:08
    “İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
  • Dünən, 14:00
    Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
  • Dünən, 13:40
    Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə