• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

Ölkə

5-06-2025, 16:48
Neftçalada su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

Neftçala Rayon İcra Hakimiyyətinin  və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxs Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin birgə təşkilatçılığı ilə Neftçala şəhərində, Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı idarəsinin əməkdaşlarının, Sudan İstifadəedənlər Birliklərinin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Elektrik Şəbəkəsinin rəhbərlərinin iştirakı ilə Su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd olunub.
 
Tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etməklə meliorasiya sahəsinin inkişafında müstəsna xidmətləri olan dahi şəxsiyyətə ehtiramlarını bildirib və önünə gül dəstələri düzüblər. Daha sonra Neftçala Şəhidlər Memorial Kompleksi ziyarət olunub, şəhidlərin xatirə lövhələrinin önünə gül dəstələri qoyulub. 
 
Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə melioratorları təbrik edib, hər zaman dövlətimiz tərəfindən meliorasiya işçilərinə diqqət və qayğı ilə yanaşıldığını, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmasını, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlərin görülməsini, təxirəsalınmaz layihələrin həyata keçirilməsini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndər Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısı olması barədə ətraflı məlumat verərək, su təsərrüfatı və meliorasiya sahəsində fədakarlıq göstərən əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin rəisi Təbriz Eyyubov çıxış edərək ilk növbədə tədbirdə iştirak edən qonaqları salamlayıb, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə təbriklərini kollektivin diqqətinə çatdırıb, onlara bu çətin və şərəfli işlərində uğurlar arzu edib.
 
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini icra edən Elsevər Əsədov,  Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsində uzun illər çalışmış, təqaüdçü Elçin Əsədov və digər şəxslər çıxış edərək, 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə Prezident İlham Əliyev 14 may 2014-cü il tarixli Sərəncamının su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə verilən yüksək dəyərin təzahüründən, meliorasiya və irriqasiya sahəsində görülən geniş miqyaslı işlərdən söhbət açaraq ətraflı məlumatlar verdilər.
 
Tədbirin sonunda rayonun meliorasiya sahəsində əldə etdikləri nailiyyətlərə, habelə su təsərrüfatı və meliorasiya sahəsində xidmətlərinə və səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup əməkdaşa Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin rəhbərinin təşəkkürnamələri, Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin fəxri fərmanı təqdim edilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

15-06-2024, 12:59

Neftçalada Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub

Ölkə

17-06-2023, 10:50

Neftçalada tibb işçilərinə diqqət və qayğı göstərilir

Ölkə

9-05-2025, 09:52

Binəqədidə Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Ölkə

7-06-2024, 19:45

Neftçalada Heydər Əliyev Mərkəzinin yaranmasının 10-cu ili qeyd olunub 

Ölkə
Azad Zəngilanın altıncı ili
Azad Zəngilanın altıncı ili
Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto
Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
  • Dünən, 17:28
    Mətbuat Şurasından Türkiyənin media qurumlarına - Çağırış
  • Dünən, 16:30
    Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
  • Dünən, 15:42
    “Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
  • Dünən, 15:23
    Xanım atletimiz Avropa birinciliyində 3 medal qazandı
  • Dünən, 15:07
    Etirazçılar Luvra girişi bağladı, turistlər etiraz etdi
  • Dünən, 14:44
    Prezident onları təltif etdi - Siyahı
  • Dünən, 14:07
    Bu marşrutun son dayanacağı müvəqqəti dəyişdirildi
  • Dünən, 13:52
    Son 18 ilin rekordçusu oldu
  • Dünən, 13:40
    Təyyarə Qazaxıstan səmasında təhlükə siqnalı verdi - Təcili endi
  • Dünən, 13:19
    Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - Foto
  • Dünən, 13:16
    Sabah yağış yağacaq
  • Dünən, 11:50
    Alyona Əliyeva konsertdə - Fotolar
  • Dünən, 11:16
    ABB-dən “Uşaq yığım” əmanəti
  • Dünən, 11:07
    Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
  • Dünən, 10:23
    Ardıcıl 4 gün bu reys üzrə əlavə marşrut təyin olunacaq
  • Dünən, 10:11
    Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
  • Dünən, 09:28
    Əhmədlidə yoldan çıxan maşın piyadanı vurub öldürübmüş - Yenilənib
  • Dünən, 09:17
    Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
  • Dünən, 09:00
    “Zelenski buna əhəmiyyət vermir”
  • 17-10-2026, 11:12
    Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
  • 17-10-2026, 10:09
    Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
  • 17-10-2026, 09:31
    Tütünü bahalaşdırıb 12 milyard qazanacaqlar
  • 17-10-2026, 09:08
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə