• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçala Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

Ölkə

30-04-2025, 18:09
Neftçala Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

Bu gün Neftçala rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri  iştirak edib.
 
Liderxeber.az xəbər verir ki, öncə tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, dahi lideri böyük ehtiramla yad ediblər.
 
Sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə  Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Yığıncaqda Neftçala rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayevin bir il ərzində görülmüş işlər barədə hesabat məruzəsi dinlənilmiş, məruzədə ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs olunub, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli  təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğu diqqətə çatdırılıb.
 
Hesabat məruzəsi ətrafında çıxış edən Rayon Ağsaqqallar Şurasının sədr müavini Hüsniyyə Zeynalova, Rayon Ağsaqqallar Şurasının üzvü, ehtiyatda olan hərbi qulluqçu
Mustafa Əliyev, Rayon Ağsaqqallar Şurasının üzvü, Rayon Ağsaqqallar Şurasının Həsənabad qəsəbəsi üzrə dayaq məntəqəsinin sədri Valeh Tağıyev şuranın illik fəaliyyətini müsbət dəyərləndirmiş və ölkəmizdə milli-mənəvi dəyərlərimizin, o cümlədən ağsaqqallıq ənənələrinin inkişaf tarixinin başlanğıcının məhz Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, ağsaqqalların  cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi çıxış etdiyini, insanların nizam-intizama dəvət edilməsində əsas söz sahibi kimi ağsaqqal sözünə, öyüd-nəsihətlərinə böyük hörmətlə yanaşıldığını diqqətə çatdırıblar. 
 
Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov çıxış edərək Neftçalada rayon ağsaqqallarının rayon rəhbərliyi ilə sıx əməkdaşlığından  məmnunluğunu ifadə edib. Sədr müavini ölkəmizdə bütün sahələrdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların daha yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən mühüm öhdəlikləri yerinə yetirir. RİH-nin başçısı çıxışında ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqallarının Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəklədiyini, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirdiyini, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmədiklərini diqqətə çatdırmış, ölkə başçısının ağsaqqallara həmişə böyük dəyər verdiyini bildirib, bu sahədə qarşıda duran vəzifələrdən danışıb və Ağsaqqallar Şurasının gələcək fəaliyyətində uğurlarlar arzulayıb.
 
Tədbirin sonunda ağsaqqalların rəy və təklifləri dinlənilib və yığıncaq iştirakçıları ilə xatirə fotosu çəkilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-06-2023, 20:05

Neftçalada Silahlı Qüvvələr Günü qeyd olunub

Ölkə

15-06-2023, 18:55

Neftçalada Qurtuluş günü qeyd olunub

Ölkə

26-06-2024, 19:35

Neftçalada “Ordu dövlətin dayağı, xalqın qürurudur” mövzusunda görüş keçirilib

Cəmiyyət

12-12-2024, 21:27

Neftçalada Ulu Öndərin əziz xatirəsi anılıb

Ölkə
İki bələdiyyənin adı dəyişəcək
İki bələdiyyənin adı dəyişəcək
Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
Siyasət
Bakı Bəyannaməsi qəbul edildi
Dünən, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
Dünən, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Dünən, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Dünən, 13:32
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
Dünən, 12:49
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Dünən, 12:25
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Xəbər Lenti
  • Bu gün, 14:11
    İki bələdiyyənin adı dəyişəcək
  • Bu gün, 13:23
    Bu marşrut avtobuslarının dayanacaqları dəyişdirilir
  • Bu gün, 12:13
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Bu gün, 11:44
    Millimiz DÇ-də yarımfinal matçına çıxır
  • Bu gün, 11:16
    “Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
  • Bu gün, 10:18
    Jurnalistlərin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
  • Bu gün, 09:23
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • Bu gün, 08:56
    Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var
  • Dünən, 17:11
    Pezeşkian Ermənistana gedir
  • Dünən, 16:44
    Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
  • Dünən, 16:34
    Bakı Bəyannaməsi qəbul edildi
  • Dünən, 16:00
    U -23 millimiz qələbə qazandı - Yenilənib
  • Dünən, 15:20
    Bakıda görüşdülər - Foto
  • Dünən, 15:11
    Oyuncaq ayıdan yaranan - “Vinni-Pux” 100 yaşında
  • Dünən, 14:57
    Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
  • Dünən, 14:02
    “Navai” 2 ay müddətinə həbs edildi
  • Dünən, 13:38
    Sabah 31° isti olacaq
  • Dünən, 13:32
    Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
  • Dünən, 13:20
    Tramp 51-ci ştatın hansı ölkə olacağını açıqladı
  • Dünən, 12:49
    “Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
  • Dünən, 12:25
    “Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
  • Dünən, 11:53
    Bakının Əhmədli kəndinin tarixindən bəhs edən əsər işıq üzü görüb
  • Dünən, 11:25
    İstanbulda leysan davam edir, 2 nəfər öldü
  • Dünən, 11:05
    Pakistanda məktəbdə faciə: 20 şagird və bir müəllim həlak olub
  • Dünən, 10:57
    Səhiyyə nazirliyindən hicabla bağlı açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə