• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Birbank” Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

Ölkə

7-04-2025, 17:53
“Birbank” Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

“Birbank” dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanmaqda olan “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabının Azərbaycan nəşrində yer alacaq. Kitabda Birbank-ın Azərbaycanda rəqəmsal bankçılığın inkişafında oynadığı əhəmiyyətli rol və təqdim etdiyi innovativ həllərin yerli müştəri davranışlarına və rəqəmsal maliyyə savadlılığına təsiri geniş şəkildə təhlil ediləcək.

100 ölkəni əhatə edən “Müasir Marketinqin Əsasları” kitabı dünyanın müxtəlif bölgələrindən real biznes nümunələri ilə zənginləşdirilmiş nüfuzlu bir vəsaitdir. Kitabda brend idarəçiliyi, məhsulun bazara çıxarılması, qiymət strategiyaları, marketinq kommunikasiyaları və rəqəmsal transformasiyanın marketinq strategiyalarına təsiri kimi mövzular geniş şəkildə araşdırılır. Kotler rəqəmsal texnologiyaların müştəri davranışına və marketinq yanaşmalarına necə təsir etdiyini izah edərkən, lokal bazarlarda innovativ həllərin sosial və iqtisadi dinamikaya gətirdiyi dəyişikliklərə də toxunur. Qeyd edək ki, “Kotler Impact”in MDB ölkəkələrindəki eksklüziv nümayəndəsi olan “AWE Consulting” kitabın yaranma prosesində mühüm rol oynayır və təqdim olunan marketinq nümunələrinin dəyərləndirməsinə böyük töhfə verir.

Birbank-ın bu kitabda yer alması təqdim edilən rəqəmsal həllərin yerli maliyyə bazarında müştəri davranışlarına təsir gücünü lokal və qlobal auditoriyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, bankın müştərilərlə kommunikasiya tərzi, maliyyə savadlılığının artırılmasına yönəlmiş kampaniyaları və innovativ xidmətləri kitabda lokal davranış dəyişikliyini formalaşdıran marketinq strategiyaları kontekstində təqdim ediləcək.

Birbank-ın sözügedən kitabda yer alması ilə bağlı fikirlərini bölüşən Kapital Bank-ın İdarə Heyətinin Sədri Fərid Hüseynov bildirib: “Filip Kotler kimi dünya marketinq elminin rəmzi olan bir mütəxəssisin kitabında yer almaq bizim üçün təkcə qürurverici hadisə deyil, eyni zamanda böyük bir məsuliyyətdir. Hazırda ənənəvi bank xidmətlərinin təmin olunması ilə yanaşı, bankımız həm də insanlara yeni maliyyə vərdişləri qazandırır. Müştərilərimizin gündəlik maliyyə davranışlarına əsaslanan müasir texnologiyalar tətbiq etməklə isə bank xidmətlərini daha da asan və əlçatan edirik. Bu, həm də bankımızın ölkəmizdə rəqəmsal bankçılıq vərdişlərinin formalaşmasına verdiyi töhfəsidir. “Müasir marketinqin əsasları” kitabında yer alaraq bankımızın son 5 ildəki uğur yolunu gənc nəsillərlə və biznes peşəkarları ilə bölüşmək fürsəti bizi yeniliklərə daha da ilhamlandırır”.    

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

21-08-2023, 14:06

Dünya şöhrətli alim Elbrus Cəfərovun yeni kitabı dərc olunub

Ölkə

2-01-2025, 14:04

Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

İqtisadiyyat

9-01-2025, 15:53

Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?

Ölkə

22-11-2024, 17:52

Turan E-Ticarət və İxracat Forumu – AZƏRBAYCANIN MÜSTƏSNA TƏDBİRİ!

Ölkə
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə