• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dünya şöhrətli alim Elbrus Cəfərovun yeni kitabı dərc olunub

Ölkə

21-08-2023, 14:06
Dünya şöhrətli alim Elbrus Cəfərovun yeni kitabı dərc olunub

Azərbaycan əsilli Dünya şöhrətli Türkiyəli alim Prof. Dr. Elbrus Cəfərovun Ankarada zəfərə səsləyən “Zirvələrə Dikin Bayraq” adlı  ictimai - siyasi - fəlsəfi motivli yeni kitabı dərc olunub.

İstanbul Texniki Universitetinin aerokosmika fakültəsinin professoru Elbrus Cəfərovun Türkiyədə “Zirvələrə dikin bayraq” adlı yeni kitabı işıq üzü görüb. “Ankara Sahil Kitap” nəşriyyatı tərəfindən Elbrus Mahmudoğlu təxəllüsü ilə nəşr olunan kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı elmi, fəlsəfi-təsəvvüfi araşdırmaları, ictimai-siyasi motivli şeirləri daxil edilib. 
 
Qərbi Azərbaycanın Göyçə mahalının Kərkibaş kəndində dünyaya göz açmış müəllifin kitabında fərqli dövrlərdə yazdığı Vətən həsrətli ictimai-siyasi motivli, təbiət və həyatın gözəlliklərini tərənnüm edən lirik şeirlər, təsəvvüf motivli qəzəl və münəcatlar yer alıb. Fəlsəfi-təsəvvüf motivli “Dünya” və “Milli qürurdur dilimiz” mənzum traktatları da ilk dəfə bu kitabda nəşr olunub. Kitabda sufi-hürufi şair, dahi mütəfəkkir alim - filosof Seyid İmadəddin Nəsiminin məşhur “Sığmazam” əsərinə nəzirə olaraq yazılmış “Möhtacam” şeiri də yer almışdır.

Şairin əsərləri günümüzün ictimai-siyasi gerçəkliklərini poetik janrda oxuculara çatdıran samballı nümunələrdən hesab olunur. Kitabda müəllifin 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərin qəhrəmanlarını tərənnüm edən, Vətən, torpaq, bayraq sevgisi aşılayan şeirləri də yer alıb.  Xüsusilə də Müzəffər Ali Baş Komandanın dilindən xalqımızı və əsgərimizi mücadiləyə səsləyən “Azərbaycan, Azərbaycan” poemasının epiloqu olduqca təsirli bir əsər olaraq günümüzün aktual gerçəklikləri ilə uzlaşır, kitaba xüsusi məna qatır.

Göründüyü kimi, həyatını bütünlüklə elm və təhsilə həsr etmiş professor eyni zamanda sazlı-sözlü Göyçənin zəngin folklor mühitindən aşılanan bədii yaradıcılığından da uzaq qalmamışdır. Müəllifin 30 illik müşahidələrinin bədii inikası olarak ərsəyə gələn, nəfis tərtibatlı 144 səhifədən ibarət bu yığcam kitabı tarixin sınaqlarından çıxan "bir millət, iki dövlət" dost və qardaş Azərbaycan – Türkiyə xalqları arasında ədəbi - bədii əlaqələrin və canlı insani körpülərin möhkəmlənməsində mühüm töhfələrdən biri kimi dəyərləndirmək mümkündür. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Türklərin gücü yenilməzdir! Türkün ruhu sarsılmazdır! şüarları danılmaz bir gerçəkdir. Maddi- mənəvi sərvətləri zəngin olan vətənimizə göz dikən yağı düşmən bu zəfərdən dərs çıxarmalıdır.
 
Ümid edirik ki, professorun ömrünün müdrik çağında uzun illərdən sonra ərsəyə gələn “Zirvələrə dikin bayraq” kitabı vətənimiz Azərbaycanda da geniş oxucu kütləsinin marağına səbəb olacaq, gənclərin, şanlı əsgərlərimizin, təsəvvüf elminə maraq göstərənlərin, folklorsevərlərin stolüstü kitabına çevriləcək.
 
Qeyd edək ki, ilk təhsilini hazırda işğal altında olan Basarkeçər rayonunda alan Elbrus Mahmud oğlu Cəfərov məktəbi qızıl medalla bitirdikdən sonra elm yolunda ilk addımlarını atıb. “Sapı özümüzdən olan baltalar”ın yaratdığı əngəllərə baxmayaraq, 35 yaşında Moskvada doktorluq dissertasiyası (Э.М. Джафаров "Многоструктурное управление непрерывными процессами" (теория, разработка и внедрение) 450 стр.) müdafiə edən Elbrus Cəfərov “Texniki kibernetika və informasiya nəzəriyyəsi” istisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsini qazanmışdır.
Professor uzun illər ərzində Azərbaycan Texniki Universitetinin avtomatika və robototexnika kafedrasına rəhbərlik edib. O, ölkəmizdə robototexniki sistemlər ixtisasını açan və tədris edən ilk alimdir. Beynəlxalq Astronavtika Akademiyasının (IAA) həqiqi üzvü olan professor Elbrus Cəfərov dünyanın müxtəlif ölkələrində keçirilən yüksək dərəcəli elmi konfranslarda məruzələrlə çıxış edib, 200-dən çox birinci dərəcəli elmi məqalənin, 27 ixtiranın müəllifi - patent sahibidir. 
 
Xeyli müddətdir ki, İstanbul Texniki Universitetində çalışan alim bakalavr, magistratura və doktorantura pillələrində xarici tələbələrə fundamental ixtisas fənlərindən dərs keçir. Universitetdə onun rəhbərliyi altında 10 nəfərə yaxın Ph.D., 100-ə yaxın bakalavr və magistr yetişdirilib.
 
İstanbul Texniki Universitetin Aerokosmika fakültəsinin Aviasiya Mühəndisliyi ixtisası üzrə professoru 77 yaşlı Elbrus Cəfərovun yüzlərlə tələbənin məzun olmasında və Türkiyə Müdafiə Sənayesində uğurla çalışan mühəndis kadrlarının ərsəyə gəlməsində müstəsna xidmətləri və əməyi olmuşdur. Professorun Avropada ingilis dilində nəşr olunmuş “Elbrous Jafarov (Variable Structure Control and Time-Delay Systems) WSEAS Press 2009, 330 p.”  fundamental kitabı dünyanın aerokosmik sistemləri, robototexnika, idarəetmə nəzəriyyəsi sahələrində tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilib. Qeyd olunan fundamental referans kitabı aerokosmik fakültələr, kibernetika və tətbiqi riyaziyyat, avtomatika, robototexnika, idarəetmə nəzəriyyəsi magistr və doktorantura tələbələri, müəllim və tədqiqatçılar üçün nəzərdə tutulub. Sözügedən kitabı professorun üzv olduğu Dünya WSEAS Akademiyasının Amerika, Avropa, Avstraliya və Türkiyədəki ofisləri universitetlər və şəxsi kitabxanaları üçün sifariş edirlər. 
 
Prof. Dr. Elbrus Cəfərov “Robust Control, Theory and Applications 694 p. Edited by Andrzej Bartoszewicz; Published by InTech 2011” tez-tez istinad edilən nadir fundamental monoqrafiya-dərslik kitabının seçilmiş beynəlxalq həmmüəlliflərindən biridir.
Hal-hazırda vəzifəsinin başında olan və Göyçə həsrətiylə yanan qocaman alim gənclik illərindən bəri çox sevdiyi Bakı şəhərindədir

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

10-01-2023, 16:40

Görkəmli alim Əsəd Musayevin yubileyi qeyd olunub

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

Ölkə

8-05-2023, 15:30

DYP bu sürücülərə xəbərdarlıq etdi

Ölkə

23-05-2023, 15:39

Azərbaycanın şimal və şimal-qərb rayonlarında yeni milli parklar yaradılır

Ölkə
Yağışlı hava ilə bağlı xəbərdarlıq
Yağışlı hava ilə bağlı xəbərdarlıq
Rəqəmsal dünyanın uşaqlara təsiri - Sosial şəbəkələr və videooyunlar
Rəqəmsal dünyanın uşaqlara təsiri - Sosial şəbəkələr və videooyunlar
DİN velosiped və skuter sürücülərinə - Xəbərdarlıq etdi
DİN velosiped və skuter sürücülərinə - Xəbərdarlıq etdi
Sabah yağış yağacaq
Sabah yağış yağacaq
Siyasət
Prezidentdən Asəf Hacıyevlə bağlı - Sərəncam
29-05-2026, 13:03
Prezidentdən Asəf Hacıyevlə bağlı - Sərəncam
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
27-05-2026, 14:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib
26-05-2026, 19:32
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib
Prezident Pezeşkianla danışdı
26-05-2026, 19:08
Prezident Pezeşkianla danışdı
Avropa Hakimlər Assosiasiyası Azərbaycana təşəkkür etdi
25-05-2026, 17:07
Avropa Hakimlər Assosiasiyası Azərbaycana təşəkkür etdi
Prezident müşavirə keçirdi - Fotolar
25-05-2026, 12:09
Prezident müşavirə keçirdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 18:07
    ​Qubada ətir dünyasına elmi baxış: "Maiden Tower perfume" və "Al Kaya Fragrance" Regional Expo-da fərq yaratdı
  • Dünən, 12:02
    Ən çox allergiyaya səbəb olan giləmeyvələr hansılardır? - Həkimdən açıqlama
  • Dünən, 11:55
    Trampın adı 14 gün ərzində silinməlidir - Məhkəmə qərar verdi
  • Dünən, 11:37
    Axund Azər Sani: "İnsana ən böyük zərbə vaxtilə çox fədakarlıq etdiyi adamdan gəlir"
  • Dünən, 11:17
    Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
  • Dünən, 10:09
    “İranın uranı Qazaxıstanda saxlanıla bilər”
  • Dünən, 10:04
    Tramp Hörmüz boğazındakı dəniz blokadasının ləğv olunduğunu elan etdi
  • Dünən, 09:50
    Dördüncü raund 9 saat çəkdi
  • Dünən, 09:27
    Yaponiya əhalisinin sayında rekord azalma
  • Dünən, 09:09
    KİV: İran danışıqları davam etdirmək üçün ABŞ-dən 12 milyard dollar tələb edir
  • Dünən, 09:04
    Bu gün ÇL-nin qalibi bilinəcək
  • 29-05-2026, 17:23
    Yağışlı hava ilə bağlı xəbərdarlıq
  • 29-05-2026, 16:18
    Xankəndidə 3.5 milyon manat investisiya ilə əlcək fabriki fəaliyyətə başlayıb - FOTO
  • 29-05-2026, 16:00
    Qara dənizdə Türkiyə gəmisi vuruldu - Yaralılar var
  • 29-05-2026, 15:18
    Rəqəmsal dünyanın uşaqlara təsiri - Sosial şəbəkələr və videooyunlar
  • 29-05-2026, 13:55
    DİN velosiped və skuter sürücülərinə - Xəbərdarlıq etdi
  • 29-05-2026, 13:52
    11 milyonu lüks maşınlara və döşəklərə xərclədi
  • 29-05-2026, 13:11
    Sabah yağış yağacaq
  • 29-05-2026, 13:03
    Prezidentdən Asəf Hacıyevlə bağlı - Sərəncam
  • 29-05-2026, 12:11
    Bakıda velosipedçi avtomobilin altında qaldı
  • 29-05-2026, 12:03
    Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçiriləcək
  • 29-05-2026, 11:52
    Sumqayıtda 44 mindən çox qeydiyyatsız dərmanın satışının qarşısı alındı
  • 29-05-2026, 10:27
    Rumıniyada PUA yaşayış binasına çırpıldı - Yaralılar var
  • 29-05-2026, 09:25
    İslandiya dünyanın ən bahalı ölkəsi oldu
  • 29-05-2026, 09:23
    ABŞ Kastronu ekstradisiya etmək istəyir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə