• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Media

20-11-2023, 14:24
Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Havalar soyuyanda, qış fəsli yaxınlaşanda orqanizmin müqavimət qüvvəsi zəifləyir.

Ona görə də havalar soyuyana qədər vitaminlərlə zəngin olan qidalar qəbul etmək, orqanizmin müqavimətini gücləndirmək və immuniteti artırmaq lazımdır.

LiderXəbər bildirir ki, Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov bu barədə deyib: "Qida rasionuna daxil olan bir sıra məhsullar müntəzəm qəbul ediləndə immuniteti gücləndirmək xüsusiyyətinə malikdir. Hər gün süd, kefir, yoqurt, təbii kəsmik və digər ağartı məhsulları qəbul etmək, onların az və ya orta dərəcədə yağlılığı olanları seçmək daha arzuolunandır. Kərə yağından tamamilə imtina etmək olmaz - məsələn, hər səhər kərə yağı ilə olan buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı üsul sayılır. Son araşdırmalar nəticəsində müəyyən edilib ki, gün ərzində 150 qram kefir və ya bifidobakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Həmin məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun səviyyəsi daha da artır.

Lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyator, yəni immuniteti stimullaşdıran və möhkəmləndirən maddələrlə zəngin tərəvəzdir. Həm qabıqlı, həm də təmizlənmiş lobyanın tərkibində orqanizmdə interferonun yaranmasına kömək edən çoxlu maddələr var.

Brokkoli, gül kələm, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər betakarotin maddəsi ilə zəngindir. Betakarotin selikli qişaları, xüsusən də ağciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.

Qida rasionuna bildirçin yumurtalarının daxil edilməsi immunitet üçün xeyirli hesab olunur. Tərkibindəki A, B qrupu vitaminləri və mikroelementlərin miqdarına görə bildirçin yumurtası toyuq yumurtasını bir neçə dəfə üstələyir, orqanizmdən radionukleidlərin xaric olunmasına kömək edir.

Sarımsaq, soğan, qıtıqotu kökünü tərkibi xeyli miqdarda fitonsidlərlə zəngindir. Fitonsid maddələr immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur.

İmmunitetin gücləndirilməsində dəniz məhsulları - balıq, krevet və s. böyük rol oynayır. Qızıl balıq, ton və digər balıqlarda orqanizm üçün faydalı hesab edilən maddələr - Omeqa-3 yağ turşuları və s. var. Dəniz yosunları qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və immuniteti yaxşılaşdırır. Onları tərəvəz və göyərtilərdən hazırlanmış təzə salatlara da əlavə etmək olar.

Badam immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir. Qəbul edilən qidaların tərkibində yarmaların- qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s. olması, zərərli kimyəvi, radioaktiv maddələr və şlakların orqanzimdən xaric olmasına, immunitetin möhkəmlənməsinə kömək edir.

Emal olunmamış taxıl və dənli bitkilərin tərkibindəki qida maddələrinin miqdarı emal olunanlarla müqayisədə qat-qat artıq olur. Bal, arı südü, arı tozu və propolis təbii immunostimulyatorlar sayılır və onlardan müntəzəm istifadə edilməsi yaxşı nəticə verir.

Limon, portağal, naringi, kivi, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələmin tərkibində olan çoxlu miqdarda askorbin turşusu orqanizmi infeksiya, soyuqdəymə və digər zərərli faktorların təsirindən qoruyur. İtburnu və cökə çayı orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Media

14-11-2023, 12:20

Süd məhsulları istifadə etməyənlər üçün resept - Gündəlik miqdarı...

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Media

31-10-2023, 16:30

Bu qidadan bir ovuc yemək - Qış boyu sağlam saxlayacaq

Media

19-10-2023, 10:00

İştahanı azaldan və arıqlamağa kömək edən qidalar

Ölkə

22-03-2023, 10:34

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ramazan üçün düzgün qidalanma qaydalarını açıqlayıb

Ölkə
Bakıda leysan olacaq
Bakıda leysan olacaq
Bu ünvanlardakı binalar sökülə bilər
Bu ünvanlardakı binalar sökülə bilər
Universitet və kolleclərin boş qalan yerlərinə seçim başlayır
Universitet və kolleclərin boş qalan yerlərinə seçim başlayır
Dünənki güclü küləyə görə 2 qadın xəsarət alıb
Dünənki güclü küləyə görə 2 qadın xəsarət alıb
Siyasət
Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
27-08-2026, 17:38
Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
İlham Əliyev moldovalı həmkarına təbrik məktubu göndərib
27-08-2026, 11:30
İlham Əliyev moldovalı həmkarına təbrik məktubu göndərib
Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
26-08-2026, 17:33
Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu
24-08-2026, 12:33
Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu
Prezident bu gün Buxaraya gedəcək - Video
24-08-2026, 10:46
Prezident bu gün Buxaraya gedəcək - Video
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21-08-2026, 13:59
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Xəbər Lenti
  • Dünən, 12:48
    Bakıda leysan olacaq
  • Dünən, 11:26
    “Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
  • Dünən, 10:51
    İstanbulda tramvaylar toqquşdu, 10 yaralı - Fotolar
  • Dünən, 10:09
    “Qəbələ” “Şamaxı”ya, “Şəfa” “İmişli”yə qarşı
  • Dünən, 10:05
    Arılar da sərxoş olurmuş - Xəbərdarlıq edildi
  • Dünən, 09:43
    İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
  • Dünən, 08:51
    İrandan Hörmüz boğazının açılması üçün - Şərt
  • Dünən, 16:18
    Tbilisidə 15 yaşlı azərbaycanlının meyiti günlər sonra tapıldı
  • 28-08-2026, 15:46
    Məşhur “Xortitsa” zavodu bombalandı - Fotolar
  • 28-08-2026, 15:21
    Bu ölkədə yaşa görə pensiya 4 dəfə artırılır
  • 28-08-2026, 14:30
    Bu ünvanlardakı binalar sökülə bilər
  • 28-08-2026, 13:32
    Azərbaycan Orta Dəhlizdə logistika qovşağı kimi mövqeyini gücləndirir
  • 28-08-2026, 12:59
    Baş nazir turizmlə bağlı - Qurumlara tapşırıq verdi
  • 28-08-2026, 11:21
    BANM-in 40 məzunu Dövlət Proqramının qalibi oldu
  • 28-08-2026, 10:41
    Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrasından danışıb
  • 28-08-2026, 10:18
    Universitet və kolleclərin boş qalan yerlərinə seçim başlayır
  • 28-08-2026, 09:57
    Dünənki güclü küləyə görə 2 qadın xəsarət alıb
  • 28-08-2026, 09:29
    “Atəşgah” Sığortanın əsas fəaliyyətində müsbət dinamika davam edir
  • 28-08-2026, 09:00
    İnfantino FIFA-nın aktivlərini əldə etmək istəyib? - UEFA məhkəməyə hazırlaşır
  • 27-08-2026, 17:38
    Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
  • 27-08-2026, 17:05
    Daşqında itkin düşənlərin sayı 1458 nəfərə çatdı - Yenilənib
  • 27-08-2026, 16:15
    Sabah Ay tutulacaq
  • 27-08-2026, 16:09
    Prezident “Sabah”a 5 milyon ayırdı
  • 27-08-2026, 15:21
    Nazir “Maarifçi”lərlə görüşdü - Fotolar
  • 27-08-2026, 15:01
    Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə