• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ramazan üçün düzgün qidalanma qaydalarını açıqlayıb

Ölkə

22-03-2023, 10:34
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ramazan üçün düzgün qidalanma qaydalarını açıqlayıb

“Ramazan ayında balanslı və sağlam qidalanmaq çox önəmlidir. Yəni, həmin müddətdə düzgün, balanslı və keyfiyyətli qidalanmaq tövsiyə olunur”.

Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Aynur Həsənova deyib.

AQTİ mütəxəssisinin sözlərinə görə, builki Ramazan ayı yaz fəslinə təsadüf etdiyindən aclıq və susuzluq nisbətən çox hiss oluna bilər:

“Bu səbəbdən imsak və iftar vaxtında tərkibində maye olan qidalara üstünlük verilməli, fasilələrlə qidalanmaq daha faydalıdır. Orqanizmin ehtiyacı olan vitamin və mineralların yetəri miqdarda balanslı olaraq qəbulu mühümdür. Belə qidaların yetəri qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir”.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova

O bildirib ki, nəinki Ramazan ayının imsakında, eləcə də adi günlərdə də səhər yeməyi mütləqdir:

“Əgər imsak zamanı düzgün qidalansaq, o zaman günboyu həm su, həm də enerji balansı qorunmuş olar, yorğun və halsız olmarıq. İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Belə ki, imsak zamanı yumurta, süd məhsulları, yulafdan hazırlanan qidalar qəbul edilsə, toxluq hissi daha uzunmüddətli olur. Duzlu və ədviyyatlı qidaları menyudan çıxarmaq məsləhətdir. Çünki həmin yeməklər susuzluq yaradır”.

İmsakda bayat yemək qəbulunun narahatlığa səbəb ola biləcəyinə diqqət çəkən A.Həsənova vurğulayıb ki, bir neçə xurma yemək insanı gün ərzində tox saxlayır:

“Xurmanın tərkibi meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından olduqca zəngindir.

Orucu ilıq su ilə açmaq lazımdır. Daha sonra xurma yemək uyğundur. İftarda birbaşa quru qidanın qəbulu həzm problemi yarada bilər. İlk olaraq sulu qida qəbulu məsləhətdir. Qəbul edilən qidalar da yaxşı çeynənməlidir ki, həzmdə problem yaranmasın. Normadan artıq və fasiləsiz qidalanma ziyandır. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir”.

Mütəxəssis vurğulayıb ki, mümkün qədər az yağlı yeməklər qəbul edilməli, qızartmalar, xəmir yeməklərinin tərkibindəki kalorilər çox olduğundan Ramazan ayı boyu süfrələrdə yer almaması tövsiyə olunur:

“Bundan başqa, yemək qəbulu zamanı maksimim iki dilim çörək yeyilməsi məsləhətdir. Həzm sisteminin fəaliyyəti pozulduqda, qəbizlik yarandıqda bağırsaqların işləkliyini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı, daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd məhsulları bağırsaqların fəaliyyətinə müsbət təsir göstərmiş olur. İftar zamanı şirniyyat qəbul etmək istəyənlər bunu yeməkdən dərhal sonra etməməlidirlər. Bunu adətən yeməkdən 1-2 saat sonra qəbul etmək uyğundur. Şərbətli şirniyyatların əvəzinə südlü şirniyyatlara üstünlük verilə bilər. İftar zamanı fasilələrlə bol su içilməsi tövsiyə olunur. Bədənin maye itkisini bərpa etmək üçün bu nisbəti qoruyacaq miqdarsa maye qəbulu vacibdir. İftardan sonra bağırsağın aktiv fəaliyyəti qəbul edilən qidaların yaxşı həzmi üçün piyada gəzmək də şərtdir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər” – mütəxəssis əlavə edib.

Qeyd edək ki, sabahdan, martın 23-dən Azərbaycanda Ramazan ayı başlayır.

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqviminə görə, ilk Qədr (Əhya) gecəsi aprelin 9-u olacaq. Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.

Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-03-2023, 17:18

QMİ Ramazan ayı ilə bağlı fətva verib

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

Dünya

7-03-2023, 09:24

Albalının bilmədiyimiz bir çox faydaları

Ölkə

3-03-2023, 11:19

Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb

Dünya

3-02-2023, 10:53

Doşabın bu faydalarını bilirdinizmi?

Ölkə
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Dünən, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • Dünən, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • Dünən, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Dünən, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Dünən, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Dünən, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Dünən, 09:43
    Sürücülərin nəzərinə!
  • Dünən, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Dünən, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • 22-10-2026, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • 22-10-2026, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə