• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb

İqtisadiyyat

2-09-2024, 17:30
Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin 4.1.1-ci yarımbəndində nəzərdə tutulan mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb.

Liderxeber.az xəbər verir ki, Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə əməkdaşlığı nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən bütün mediatorlar və mediasiya təşkilatları barədə ətraflı məlumatlar Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalına inteqrasiya edilib.

Belə ki, bu günədək mediasiya təşkilatlarına müraciətlər rəsmi qaydada poçt vasitəsilə, e-poçt üzərindən, yaxud da vətəndaşların mediasiya təşkilatlarına birbaşa müraciət etməsi ilə baş tuturdu. Bundan sonra fiziki və hüquqi şəxslər Vahid Məhkəmə Portalı vasitəsilə bütün mediasiya təşkilatları və mediatorlar barədə ətraflı məlumat əldə etmək, habelə istənilən mediatora və mediasiya təşkilatına elektron formada müraciət etmək imkanına malik olacaqlar.

Bunun üçün fiziki və ya hüquqi şəxslər hər hansı autentifikasiyadan keçmədən Vahid Məhkəmə Portalında “Mediatorlar” başlığına daxil olaraq bütün regionlar üzrə mediasiya təşkilatları, habelə ayrı-ayrı mediatorlar barədə ətraflı məlumatla tanış ola bilərlər.

Elektron formada müraciət etmək üçün həmin hissədə “Müraciət et” bölməsi seçilməklə açılan pəncərədə fiziki şəxslər fərdi identifikasiya nömrəsini (FİN) və doğum tarixini, hüquqi şəxslər isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini  (VÖEN) daxil edir. Növbəti pəncərədə müraciətçi tələb edilən məlumatları (mediasiyaya müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş məlumatlar - müraciət edənin və qarşı tərəfin adı, soyadı, atasının adı, ünvanı, əlaqə nömrəsi, mübahisənin növü və predmeti, müraciət etmək istədiyi təşkilat, mediator və s.) əlavə edərək ilkin mediasiya sessiyası üçün elektron ərizə formasını doldurur və qarşı tərəfə göndərməli olduğu “mediasiya prosesinin tətbiqi barədə təklif”i, habelə həmin təklifin qarşı tərəfə çatmasını təsdiq edən poçt sənədini “pdf” formatında yükləməklə müraciətini yekunlaşdırır.

Qaydalara uyğun edilmiş müraciət barədə dərhal müraciət edilmiş mediasiya təşkilatına məlumat daxil olur və bundan sonra mediasiya təşkilatı edilmiş müraciət üzrə mediator təyin etməklə mediasiya proseslərinə başlayır. 

Həmçinin müraciətçinin bu portal vasitəsilə müraciətinin hansı mərhələdə olmasını izləmək, bildirişlər əldə etmək və ya əlavə müraciətlər etmək imkanı da vardır. 

Mediasiya xidmətləri üzrə müraciətlərin elektronlaşması sahəsində atılan bu addım həm bu xidmətdən istifadə edən şəxslər, həm də mediasiya təşkilatları və mediatorlar üçün mediasiya xidmətlərinin göstərilməsində daha rahat və asan imkanlar yaradır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” cari ilin 31 may tarixində Baş nazirin birinci müavini tərəfindən təsdiq edilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

7-06-2024, 14:46

Vahid Məhkəmə Portalının yeni versiyası istifadəyə veriləcək

İqtisadiyyat

8-07-2024, 21:44

Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir

Ölkə

29-05-2024, 11:04

Su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatların təqdimatı keçirilib

Ölkə

4-04-2024, 17:17

Sabirabad 1 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirilib

Ölkə
“15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
“15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
Sabah leysan olacaq, qar yağacaq
Sabah leysan olacaq, qar yağacaq
Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
Siyasət
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Dünən, 16:00
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Dünən, 15:09
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Dünən, 12:36
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Dünən, 17:08
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Dünən, 16:13
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Dünən, 15:31
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Xəbər Lenti
  • Bu gün, 00:04
    BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar
  • Bu gün, 00:00
    Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
  • Dünən, 23:58
    Polad Həşimovun anasının səhhətində ciddi problemlər yaranıb
  • Dünən, 16:16
    “15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
  • Dünən, 16:00
    Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
  • Dünən, 15:09
    Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
  • Dünən, 14:39
    Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür
  • Dünən, 14:00
    Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi
  • Dünən, 13:45
    Sabah leysan olacaq, qar yağacaq
  • Dünən, 13:15
    “Gələn il dövlət büdcəsinin artımı əsasən vergi daxilolmaları hesabına olacaq”
  • Dünən, 13:08
    Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
  • Dünən, 12:36
    Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
  • Dünən, 12:20
    ASA doktorantının məqaləsi beynəlxalq nəşrdə dərc olunub
  • Dünən, 11:50
    Samvel və Narek Karapetyanın evlərində axtarış aparılır
  • Dünən, 11:47
    İrandan ABŞ-dəki seçkilərə - Reaksiya
  • Dünən, 11:26
    Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
  • Dünən, 11:08
    Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək
  • Dünən, 10:57
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • Dünən, 10:00
    Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
  • Dünən, 09:30
    ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır - Demokratlar öndədir - Yenilənir
  • Dünən, 09:23
    Proxima Group-un yeni rəsmi veb-saytı istifadəyə verilib
  • Dünən, 09:15
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • Dünən, 09:07
    Şəhər meydanına “Trampı öldürəcəyik” banneri asdılar - Fotolar
  • Dünən, 09:00
    PSJ-dən darmadağın, “Qalatasaray”dan inamlı qələbə - ÇL-də gecənin nəticələri
  • Dünən, 19:17
    Sürücülərin NƏZƏRİNƏ! - Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə