• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatların təqdimatı keçirilib

Ölkə

29-05-2024, 11:04
Su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatların təqdimatı keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə qoşulma” işçi qrupunun genişləndirilmiş iclasında su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, o cümlədən su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün Vahid Pəncərə sisteminin yaradılması barədə təqdimatlar keçirilib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə “Su təchizatı və tullantı suları haqqında” Qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən, su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb.  

V.Şıxəliyev vurğulayıb ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi “Su şəbəkələrinə qoşulma” işçi qrupunun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə son iki il ərzində intensiv və səmərəli fəaliyyəti nəticəsində müvafiq Yol Xəritəsi uğurla icra olunub, yeni iqtisadi təşəbbüslərin hazırlanması, xüsusilə qanunvericiliyinin daha da təkmilləşdirilməsi və asanlaşdırılması istiqamətində kompleks təkliflərin aidiyyəti üzrə təqdim olunması təmin olunub.

İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov çıxışında işçi qrup daxilində koordinasiyalı fəaliyyətin təşkil olunduğunu, su şəbəkəsinə qoşulma üzrə həm qanunvericiliyin, həm də inzibatçılığın təkmilləşdiirlməsi üzrə işçi qrupun 10-a yaxın iclasının, habelə çoxsaylı tematik iclas və görüşlərin keçirildiyini, qısa müddətdə aidiyyəti dövlət qurumlarının yaxından dəstəyi ilə müasir çağırışlara cavab verən iqtisadi islahat təşəbbüsü ilə bağlı təkliflər paketinin hazırlanaraq təqdim edildiyini diqqətə çatdırdı.

E.Məmmədovun sözlərinə əsasən, bu sahədə çox mühüm yenilik kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün Vahid Pəncərə sisteminin yaradılması, su şəbəkəsinə qoşulma ilə bağlı xidmət keyfiyyəti üzrə standartların hazırlanaraq qəbulu və tətbiqi, yeni elektron xidmətin formallaşdırılması, məlumatların əlçatanlığının təmin olunması, müasir idarəetmə əsasında aidiyyəti dövlət qurumları ilə inteqrasiyanın yaradılmasıdır.

İclasın gündəliyə uyğun olaraq qanunvericilikdə aparılan ən son dəyişikliklər, yeni anlayışlar və hüquqi tənzimləmələr, su şəbəkəsinə qoşulma üzrə müasir və çevik yanaşmanın tətbiqi ilə bağlı təqdimat olunub.

Eyni zamanda, iclasda tikinti obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulması məqsədilə prosedurların sayı, müddətlər, icra olunacaq işlər, qoşulma üzrə yeni proseslər xəritəsi, ləğv olunan prosedurlar və günlər, habelə xərclərin azaldılması və Vahid Pəncərə sisteminə dair təqdimat keçirilib.

Tədbirin sonunda Dünya Bankı Qrupunun “Business Ready” layihәsinin “Kommunal xidmətlər “Su şəbəkəsinə” qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi, qarşıda duran hədəflər və müasir prioritetlər mövzusunda təqdimat iclas iştirakçılarına təqdim edilib.

İclasda Su şəbəkəsinə qoşulma üzrə rəy verən bütün dövlət qurumlarının nümayəndələri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və media nümayəndələri iştirak edib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə

24-05-2024, 16:40

Vüsal Şıxəliyev: "Kommunal xidmətlərə əlçatanlığın təmin olunması vacibdir"

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə
Güclü külək əsəcək - Xəbərdarlıq
Güclü külək əsəcək - Xəbərdarlıq
53 nömrəli məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar
53 nömrəli məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar
Pensiya artımları ilə bağlı - Açıqlama
Pensiya artımları ilə bağlı - Açıqlama
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Siyasət
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
Bu gün, 17:09
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Bu gün, 12:00
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
10-10-2026, 12:05
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
“Xəzər bizim ümumi sərvətimizdir”
9-10-2026, 17:17
“Xəzər bizim ümumi sərvətimizdir”
Prezidentin Pezeşkianla görüşü keçirilir
9-10-2026, 14:17
Prezidentin Pezeşkianla görüşü keçirilir
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 14:00
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Xəbər Lenti
  • Dünən, 17:38
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:09
    İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
  • Dünən, 16:05
    Azərbaycanda bir çox məhsulların qiyməti artıb
  • Dünən, 15:53
    İordaniyaya getmək istəyənlərin nəzərinə!
  • Dünən, 15:39
    Rusiyadan Zelenskinin 60 günlük atəşkəs təklifinə - Cavab
  • Dünən, 14:12
    53 nömrəli məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar
  • Dünən, 13:27
    Pensiya artımları ilə bağlı - Açıqlama
  • Dünən, 12:19
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
  • Dünən, 11:58
    Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub
  • Dünən, 11:33
    “Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
  • Dünən, 11:25
    Husilərə görə həmin diplomatlara yeni məhdudiyyətlər tətbiq edildi
  • Dünən, 10:47
    Neft tankeri Hörmüzdə minaya düşdü
  • Dünən, 10:08
    Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı - Fotolar
  • Dünən, 09:23
    "Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
  • Dünən, 09:00
    Bu ərazilərdə işıq olmayacaq
  • Dünən, 08:48
    “Zelenski bu məsuliyyəti üzərinə götürməyə hazır deyil”
  • 10-10-2026, 13:21
    Dünyanın ən çirkli havası olan şəhəri bilindi
  • 10-10-2026, 12:15
    Mayamidəki görüşü vaxtından əvvəl bitirdilər
  • 10-10-2026, 12:05
    Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
  • 10-10-2026, 11:15
    Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
  • 10-10-2026, 11:12
    Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə - Dövlət Komissiyasının yeni tərkibi
  • 10-10-2026, 11:08
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
  • 10-10-2026, 10:48
    Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı
  • 10-10-2026, 10:21
    “Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə