• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir

İqtisadiyyat

8-07-2024, 21:44
Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib

Məlum olduğu kimi, son 2 ildə Dünya Bankı Qrupunun “Business Ready hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədrinin təsdiq etdiyi 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində biznesin qeydiyyatının sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, yeni təşəbbüslər irəli sürülüb.

Liderxeber.az xəbər verir ki, yol Xəritəsində kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində  qüvvədə olan qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi ilə bağlı tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulurdu.

Ötən müddət ərzində biznesin qeydiyyatının sadələşdirilməsi və qeyd olunan islahatların həyata keçirilməsi məqsədilə “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb. Həmin qanun layihələri Milli Məclis tərəfindən qəbul edilib və ölkə başçısı tərəfindən 8 iyul 2024-cü il tarixdə təsdiqlənib.  

Qeyd edilməlidir ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir.

Beləliklə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir. Belə ki, xarici  investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı işçilərlə ilk dəfə bağlanmış əmək müqaviləsinin məlumatlarının elektron ərizəyə daxil edilməsi və qeydiyyat prosesi başa çatdıqdan (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetə göndərildikdən) sonra həmin məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə ötürülməsi həyata keçiriləcək.

Dəyişikliyə əsasən, həmçinin, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə hüquqi ünvanı təsdiq edən sənədin əlavə edilməsinə dair tələb aradan qaldırılıb.

Dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi məqsədilə digər dəyişikliyə əsasən, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatından xarici fiziki şəxslərlə yanaşı, xarici hüquqi şəxslərin də istifadə etməsi mümkündür. Bu məqsədlə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının təşviq etdiyi Elektron Apostil Proqramına uyğun olaraq, elektron apostil verilmiş xarici mənşəli sənədlərin müvafiq proqram vasitəsilə yoxlanılmaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və sorğu əsasında Dövlət Vergi Xidmətinin informasiya sisteminə inteqrasiya edilməsi həyata keçiriləcək. Müvafiq dəyişikliklərə qədər məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı prosesində təsisçi qismində yalnız yerli investisiyalı hüquqi şəxslərin iştirakı mümkün idi.

Xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi məqsədilə edilmiş bu dəyişikliklər nəticəsində Azərbaycan Respublikasının beynəlxalq iqtisadiyyatda daha geniş təmsil olunmasına, xarici investisiyaların ölkəyə gəlişinə və iqtisadiyyatın inkişafına daha böyük imkanlar yaradacaq.

Yol Xəritəsinin digər bir bəndində nəzərdə tutulmuş tədbirin icrası məqsədilə Qanuna edilmiş dəyişikliyə əsasən, BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların hüquqi şəxs təsis etmək hüquqlarının məhdudlaşdırılmasına dair müddəalar əlavə olunub. Qeyd edək ki, BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların siyahısı BMT-nin və Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifələrində yerləşdirilib.

Qanuna edilmiş dəyişikliyə əsasən kommersiya qurumlarının adlarına dair tələblər müəyyən edilmiş və bununla bağlı Qanunda qeydiyyatdan imtina əsasları nəzərdə tutulur.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Media

11-10-2023, 11:30

Xəstəliklərə çarə, uşaqlar üçün unikal fayda - KEÇİ SÜDÜ HAQQINDA

Ölkə

29-05-2024, 11:04

Su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatların təqdimatı keçirilib

Ölkə

7-06-2024, 14:46

Vahid Məhkəmə Portalının yeni versiyası istifadəyə veriləcək

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə
Prezidentlə xanımına və Heydər Əliyev Fonduna təşəkkür etdi
Prezidentlə xanımına və Heydər Əliyev Fonduna təşəkkür etdi
Neftçalada yüksək bal toplayan məzunlarla görüş keçirilib
Neftçalada yüksək bal toplayan məzunlarla görüş keçirilib
Tibb işçilərinin maaşlarının artırılması regionlarda həkim çatışmazlığını azaldacaq
Tibb işçilərinin maaşlarının artırılması regionlarda həkim çatışmazlığını azaldacaq
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
Siyasət
Azərbaycanla Qırğızıstan arasında bu anlaşma memorandumu təsdiqləndi
Dünən, 14:20
Azərbaycanla Qırğızıstan arasında bu anlaşma memorandumu təsdiqləndi
“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”
1-09-2026, 15:55
“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - FOTO
1-09-2026, 14:08
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - FOTO
İlham Əliyev Putinlə söhbət etdi - Foto
1-09-2026, 13:16
İlham Əliyev Putinlə söhbət etdi - Foto
Bayramov iranlı həmkarı ilə görüşdü - Foto
1-09-2026, 12:02
Bayramov iranlı həmkarı ilə görüşdü - Foto
Prezidentin ŞƏT “plyus” formatında görüşdə çıxışı gözlənilir
1-09-2026, 10:24
Prezidentin ŞƏT “plyus” formatında görüşdə çıxışı gözlənilir
Xəbər Lenti
  • Bu gün, 18:04
    İran ABŞ-nin Küveyt və BƏƏ-dəki hərbi bazalarına zərbələr endirib
  • Bu gün, 17:56
    Prezidentlə xanımına və Heydər Əliyev Fonduna təşəkkür etdi
  • Bu gün, 17:19
    Dünyada yaşlıların sayı uşaqları üstələdi - İlk dəfə
  • Bu gün, 17:07
    Neftçalada yüksək bal toplayan məzunlarla görüş keçirilib
  • Bu gün, 17:02
    Tibb işçilərinin maaşlarının artırılması regionlarda həkim çatışmazlığını azaldacaq
  • Bu gün, 16:17
    ABŞ-də dizel yanacağının qiyməti dördillik maksimuma çatıb
  • Bu gün, 16:02
    Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
  • Bu gün, 16:00
    Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
  • Bu gün, 15:53
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib - FOTOLAR
  • Bu gün, 15:47
    Bakının 100-dən çox küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq?
  • Bu gün, 15:43
    “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib”
  • Bu gün, 15:18
    Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq? - Rəsmi cavab
  • Bu gün, 15:04
    Bu tarixlərdə bəzi məktəblərdə tədris - Onlayn olacaq
  • Bu gün, 14:35
    Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - Siyahı
  • Bu gün, 14:16
    Misli Premyer Liqasında 4-cü turun hakimləri açıqlandı
  • Bu gün, 14:07
    “Münaqişənin sülh yolu ilə həlli üçün şanslar var”
  • Bu gün, 13:11
    Sabahın havası
  • Bu gün, 13:05
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
  • Bu gün, 12:27
    Əhməd Davudoğluya qarşı istintaq başladıldı
  • Bu gün, 11:39
    Əməliyyata hazırlaşanlara tövsiyə: Tatu, pirsinq və dırnaq boyası problem yarada bilər
  • Bu gün, 11:10
    Ayaqlarınız isti otaqda da üşüyür? - Ciddi xəstəliklərin əlaməti ola bilər
  • Bu gün, 11:00
    “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
  • Bu gün, 10:43
    Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu
  • Bu gün, 10:30
    Estoniyanın müdafiə naziri istefa verdi
  • Bu gün, 10:11
    “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə