• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

"Yango Azerbaijan" və "İRİA" Lənkəranda pulsuz "Future Skills Academy" təhsil proqramına start verir

İqtisadiyyat

1-09-2026, 14:11
"Yango Azerbaijan" və "İRİA" Lənkəranda pulsuz "Future Skills Academy" təhsil proqramına start verir

"Yango Group" Beynəlxalq texnologiya şirkətinin bir hissəsi olan "Yango Azerbaijan" İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Education and Development Center" ilə birgə "Future Skills Academy - Lankaran" təhsil proqramına start verdiyini elan edir.

Bu təşəbbüs Azərbaycanın regionlarında gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə və onların peşəkar inkişaf imkanlarının genişləndirilməsinə yönəlib. Proqram Lənkərandan olan 18-25 yaşlı qızlar - tələbələr, məzunlar, karyeralarının başlanğıcında olan mütəxəssislər, eləcə də öz layihələrini inkişaf etdirməyi planlaşdıran şəxslər üçün nəzərdə tutulub. Qeyd edək ki, təlim ödənişsiz əsasda keçirilir.

Tədris proqramı müasir rəqəmsal iqtisadiyyatın süni intellekt (AI), məlumatların təhlili alətləri, dizaynın əsasları və biznesin idarə edilməsi də daxil olmaqla əsas istiqamətlərini əhatə edir. İştirakçılar klassik proqramlaşdırma bacarıqlarına malik olmadan AI alətlərinin köməyi ilə ilk rəqəmsal prototipləri və məhsulları yaratmağa imkan verən "VibeCoding" yanaşmasını mənimsəyəcəklər. Dərslər həftəsonları Lənkəran Peşə Məktəbinin bazasında keçiriləcək. "Yango Group"un ekspertləri iştirakçılarla müasir texnologiyaların tətbiqi üzrə praktik təcrübələrini, eləcə də biznesin yaradılması, inkişaf etdirilməsi və miqyasının genişləndirilməsi sahəsində biliklərini bölüşəcəklər.

Proqramda iştirak etmək üçün texnologiyalar sahəsində əvvəlcədən təcrübəyə malik olmaq tələb olunmur. Rəqəmsal texnologiyalar, süni intellekt, dizayn və sahibkarlıq, o cümlədən turizm sahəsində bacarıqlarını inkişaf etdirməkdə maraqlı olan istənilən ixtisas üzrə tələbə və məzunlar müraciət edə bilərlər. 12 sentyabr 2026-cı ildə başlayacaq və 2027-ci ilin mart ayına qədər davam edəcək proqram üçün müraciətlərin qəbulu layihənin rəsmi saytında artıq açıqdır. Təlim çərçivəsində 100 iştirakçının praktiki tapşırıqlar və öz layihələri üzərində işləməsi, proqramın sonunda isə onların gələcəkdə işə qəbul olunmaq və ya öz bizneslərini qurmaq üçün istifadə edə biləcəkləri portfoliolar formalaşdırması planlaşdırılır.

"Bizim məqsədimiz müasir rəqəmsal bacarıqları yalnız paytaxtda deyil, Azərbaycanın regionlarında da gənclər üçün əlçatan etməkdir. İRİA ilə birgə Lənkəranda iştirakçılara süni intellekt də daxil olmaqla tələb olunan texnologiyaları mənimsəməyə, praktiki bacarıqlar və peşəkar inkişaf üçün yeni imkanlar əldə etməyə şərait yaradacaq təhsil platforması formalaşdırırıq", - deyə "Yango Azerbaijan"ın rəhbəri Müşviq Həsənov qeyd edib.

"Yango Group" haqqında

"Yango Group" bütün dünya üzrə qabaqcıl texnologiyaları yerli icmaların ehtiyaclarına uyğunlaşdıran beynəlxalq texnologiya şirkətidir. Şirkət Afrika, Latın Amerikası, Avropa, Yaxın Şərq, Cənubi Asiya və digər regionların 30-dan çox ölkəsində mobillik, çatdırılma, "foodtex", əyləncə və digər rəqəmsal xidmətləri inkişaf etdirir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi haqqında

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik ölkənin rəqəmsal transformasiyasına, innovasiya və texnologiya ekosisteminin inkişafına, texnoloji sahibkarlığın və startapların dəstəklənməsinə, habelə rəqəmsal bacarıqların və insan kapitalının inkişafına kömək edir. İRİA müasir rəqəmsal texnologiyaların tətbiqinə, innovasiya mühitinin inkişafına və Azərbaycanın regional texnologiya və innovasiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər həyata keçirir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

İqtisadiyyat

24-09-2024, 11:35

“Yango Azerbaijan” Bakıda hazır yeməklərin çatdırılması xidmətinə start verib

Cəmiyyət

6-01-2026, 16:43

Süni qida və ailə büdcəsi

Ölkə

2-06-2026, 13:26

Rəhbərlər üçün süni intellekt mövzusunda qapalı sessiya keçirildi - Fotolar

Ölkə
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hava dəyişəcək - Xəbərdarlıq
Hava dəyişəcək - Xəbərdarlıq
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Sabahın havası
Sabahın havası
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Bu gün, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bu gün, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Bu gün, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Bu gün, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Bu gün, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Bu gün, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Bu gün, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Bu gün, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Bu gün, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Bu gün, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Bu gün, 13:23
    Sabahın havası
  • Bu gün, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Bu gün, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Bu gün, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Bu gün, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Bu gün, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Bu gün, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Bu gün, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Bu gün, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Bu gün, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Bu gün, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Bu gün, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Bu gün, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə