• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Büdcə gəlirləri proqnozu üstələdi - Səbəb nədir?

İqtisadiyyat

28-07-2026, 11:25
Büdcə gəlirləri proqnozu üstələdi - Səbəb nədir?

Azərbaycanın dövlət büdcəsinin gəlirləri bu ilin ilk altı ayında proqnozu 350,3 milyon manat üstələyib. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, dövlət büdcəsinin gəlirləri 18 milyard 828,9 milyon manat proqnoza qarşı 19 milyard 179,2 milyon manat təşkil edib.

Liderxeber.az xəbər verir ki, iqtisadçı-ekspert Rauf Qarayev *Qaynarinfo-ya açıqlamasında bildirib ki, dövlət büdcəsi gəlirlərinin proqnozu üstələməsinin arxasında təkcə iqtisadi artım deyil, həm də geosiyasi proseslər, vergi inzibatçılığının gücləndirilməsi, tranzit daşımalarının artması və digər amillər dayanır:

"Ümumilikdə, mövcud vəziyyəti nəzərə alsaq, burada qeyd edilməli olan bir neçə mühüm məqam var. Altı ay ərzində dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunmasının ilk səbəbi siyasi və iqtisadi amillərlə bağlıdır. Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna öz ərazisini müdafiə etmək üçün uzaqmənzilli silahlardan, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edir. Bu isə Avropanın enerji təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb:

Digər tərəfdən, İran-İsrail qarşıdurması davam edir və regionda gərginlik artır. Bu şəraitdə Avropa əvvəllər Rusiyadan idxal etdiyi neft və qaz üçün alternativ mənbələr axtarmağa başlayıb. Azərbaycan Prezidentinin Almaniyaya səfəri və orada imzalanan müqavilələr də göstərir ki, Azərbaycanın enerji resurslarına tələbat artır. Hesab edirəm ki, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunmasında geosiyasi və iqtisadi amillərin mühüm rolu var".

Rauf Qarayev bildirib ki, büdcə gəlirlərinin artmasına təsir göstərən əsas istiqamətlərdən biri də vergi inzibatçılığının gücləndirilməsidir:

"Vergi orqanlarının əsas məqsədi büdcə gəlirlərini artırmaqdır. Bunun üçün sahibkarlığın leqallaşdırılması istiqamətində tədbirlər görülür. Əvvəllər vergidən yayınan və fəaliyyətini qeyri-rəsmi həyata keçirən şəxslərin fəaliyyətinin qanuniləşdirilməsi istiqamətində iş aparılır.

Bundan başqa, kartdan-karta köçürmələrə nəzarət gücləndirilib. Əgər fiziki şəxs hesabına daxil olan vəsaitin mənbəyini izah edə bilmirsə, həmin vəsait müvəqqəti olaraq bloklanır və araşdırılır. Müxtəlif şəxslərdən mütəmadi vəsait daxil olan hesablar riskli hesab edilir və onların mənbəyi araşdırılır".

Onun sözlərinə görə, vergi orqanları riskli vergi ödəyicilərinə nəzarəti də gücləndirib:

"Büdcə gəlirlərinin artırılması istiqamətində atılan addımlardan biri də riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsidir. Əvvəllər bəzi obyektlər alıcılara kassa çeki vermək əvəzinə kartdan-karta və ya nağd ödəniş etməyi təklif edirdilər. Hazırda isə belə halların qarşısının alınması üçün daha ciddi nəzarət tədbirləri həyata keçirilir."

Rauf Qarayev qeyd edib ki, buna baxmayaraq, problemlər hələ də qalmaqdadır:

"Son dövrlərdə bəzi ictimai iaşə obyektlərində kassa çeki verilməməsi və nağd ödənişlərin qəbulu ilə bağlı yoxlamalar aparılıb. Lakin ümumi mənzərəyə baxdıqda demək olmaz ki, bu problem tam aradan qalxıb".

Ekspert bildirib ki, bəzi hallarda vergi prosedurlarının uzanması da statistik göstəricilərə təsir göstərir:

"Sahibkarlar bəzən vergi prosedurlarının gecikdirilməsi ilə bağlı narazılıqlarını bildirirlər. Hesablara qoyulan sərəncamlar uzun müddət qüvvədə qalır və həmin vəsait cari ilin büdcə gəliri kimi uçota alınır. Sonradan məhkəmə qərarı ilə həmin sərəncam ləğv olunsa belə, proses növbəti ilə keçdiyi üçün əvvəlki ilin statistik göstəricilərində həmin məbləğ gəlir kimi qalır".

Rauf Qarayev büdcə gəlirlərinin artmasına təsir edən digər amillərə də toxunub:

"Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası da iqtisadi fəallığı artıran amillərdəndir. Bu, təkcə sərnişin daşımaları deyil, eyni zamanda ticarət əlaqələrinin genişlənməsi baxımından da büdcə gəlirlərinə müsbət təsir göstərir. Hesab edirəm ki, quru sərhədləri tam açıq olsaydı, büdcə gəlirləri indikindən daha yüksək olardı".

Ekspert turizm sektorunun da büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynadığını bildirib:

"Xarici turistlərin sayının azalması artıq müəyyən narahatlıq doğurur. Bu, turizm gəlirlərinə də mənfi təsir göstərir. Hazırda turist cəlbi baxımından Gürcüstan və hətta Ermənistan Azərbaycanı qabaqlayır. Bu səbəbdən turizm xidmətlərinin keyfiyyətinin artırılması, hotellərdə ulduz təsnifatının göstərilən xidmət səviyyəsinə uyğunlaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır".

Sonda Rauf Qarayev bildirib ki, logistika sahəsinin inkişafı və Qarabağ iqtisadi rayonunda həyata keçirilən layihələr də dövlət büdcəsi gəlirlərinin artmasına müsbət təsir göstərir:

"Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın tranzit ölkə kimi rolu artıb. Ölkə ərazisindən keçən yükdaşımalar və dispetçer xidmətlərindən əldə olunan gəlirlər büdcəyə əlavə vəsait qazandırır. Bundan başqa, Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin istismarı və həyata keçirilən iqtisadi layihələr də dövlət gəlirlərinin formalaşmasına müsbət təsir göstərir".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

24-06-2025, 17:05

Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

13-02-2025, 11:09

İlham Əliyev Bakıda keçirilən forumun iştirakçılarına müraciət ünvanladı

İqtisadiyyat

22-08-2024, 13:05

“Xiaomi” bu ilin ikinci rübündə rekord gəlir əldə edib

Ölkə
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hava dəyişəcək - Xəbərdarlıq
Hava dəyişəcək - Xəbərdarlıq
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Sabahın havası
Sabahın havası
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Bu gün, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bu gün, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Bu gün, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Dünən, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Dünən, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Dünən, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Dünən, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə