Bu ilin ilk 4 ayında Azərbaycandan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.
Təkcə aprel ayında Azərbaycandan Ermənistana 3 milyon 889 min ABŞ dolları dəyərində məhsul ixrac edildiyi bildirilir.
Xatırladaq ki, DGK-nin daha əvvəl açıqladığı məlumata görə, bu ilin mart ayında Azərbaycan Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal edib. Bu, son 35 ildə Azərbaycanın Ermənistandan ilk məhsul idxalı olub.