• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir

Ölkə

7-01-2025, 09:19
Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir

Ölkəyə xaricdən maşın gətirilməsində əsas məqamın gömrük ödənişləri ilə bağlı olduğunu desək, yanılmarıq. Belə ki, bir çox halda “xaricdən almaq ucuz başa gəlir” deyə alınan minik avtomobillərinin yekun qiyməti məhz gömrük rəsmiləşdirilməsi zamanı çəkilən xərclərdən asılı olaraq dəyişir.  

Bəs qanunla ölkəyə avtomobil idxal olunan zaman hansı ödənişlər edilməlidir?

Liderxeber.az xəbər verir ki, qanunvericiliyə görə, ölkəyə avtomobil gətirilərkən aşağıdakı ödənişlər olunmalıdır:

İdxal gömrük rüsumu - yeni və ya işlənmiş olmasından, daxili yanma mühərrikinin həcmindən asılı olaraq hər santimetrə görə 0,4-1,2 ABŞ dollarına, elektrik mühərrikli olanlarda isə gömrük dəyərinin 15 faizinə bərabərdir.   

Əlavə dəyər vergisi - gömrük dəyərinin üzərinə digər ödənişlər də əlavə edildikdən sonra alınan göstəricininin 18 faizi.

Aksiz vergisi - 600 manatdan başlayır, mühərrikin həcmindən, avtomobilin istismar müddətindən, həmçinin mühərrikinin benzin və dizel olmasından asılı olaraq dəyişir. 

Utilizasiya haqqı - ölkəyə gətirilən minik avtomobilinin yaşı 4-7 il arasındadırsa, 400 manat, 7 il və daha çox olarsa, 700 manat təşkil edir. 

Vəsiqə haqqı - 30 manat

Gömrük yığımları - gömrük dəyərindən asılı olaraq 15 manatdan 1000 manatadək dəyişir.

Gömrük ekspertizasının aparılmasına görə gömrük yığımı - 30 manat

Elektron gömrük xidmət haqqı - 30 manat 

Elektron gömrük xidməti üzrə əlavə dəyər vergisi - 5,4 manat

Standartlara uyğunluğa dair verilən verilən sertifikat üçün dövlət rüsumu – 30 manat

Bu ödənişlər əsasında aparılan hesablamaya görə, hər hansı bir Avropa ölkəsindən 20 min ABŞ dollarına alınıb 1000 dollar da Azərbaycana gətirilərkən xərclənən 2500 kubsantimetrlik dizel mühərrikə malik 2015-ci ilin istehsalı olan minik avtomobili üçün 18 min 881,8 manat cəmi gömrük ödənişləri etmək lazımdır. Bu avtomobilin mühərriki benzin olarsa, gömrük ödənişlərinin cəmi 1097,4  manat daha az - 17 min 784,4 manat təşkil edəcək. 

Alınan avtomobilin istehsalçı ölkəsi Azərbaycanla Sərbəst Ticarət Haqqında Saziş imzalamış dövlətlərin sırasında olarsa, bu halda ödənişlərdən biri - idxal gömrük rüsumu ödənilmir. Belə ki, “Sərbəst ticarət haqqında” ikitərəfli Sazişə əsasən, bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən mallara, eyni ölkə mənşəli və eyni ticarət edən ölkə olduğu təqdirdə СТ-1 formalı preferensial mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumu tətbiq edilmir.

Bu sırada 10 ölkə var və onlar aşağıdakılardır:

1. Rusiya

2. Moldova     

3. Ukrayna

4. Gürcüstan

5. Türkmənistan

6. Özbəkistan

7. Qazaxıstan

8. Qırğız Respublikası

9. Belarus

10. Tacikistan

Beləliklə, yuxarıda qeyd edilmiş dizel mühərrikli minik avtomobili bu ölkələrdə istehsal edilib və oradan Azərbaycana idxal edilərsə, bu halda gömrük ödənişlərinin cəmi 18 min 881,8 manat yox, 12 min 863,8 manat (6 min 18 manat az) olacaq. Bu avtomobil benzin mühərrikli olduqda isə gömrük ödənişlərinin cəmi 11 min 766,4 manat təşkil edir. 

Bundan başqa, son illərdə ölkəyə gətirilən, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu da cəmi gömrük ödənişlərində özünü göstərir.

Məsələn, qiyməti 50 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı elektrik mühərrikli avtomobil üçün cəmi gömrük ödənişləri 325,4 manatdır. 

Həmçinin hazırda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı əlavə dəyər vergisindən azaddır. Bu baxımdan ölkəyə gətirilən qiyməti 30 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı hibrid avtomobil (mühərrikinin həcmi 2000 kubsantimetr) üçün cəmi gömrük ödənişləri 5005,4 manatdır. Bu avtomobil 2016-ci il istehsalı və benzin mühərrikli olarsa gömrük ödənişlərinin cəmi 16 min 180,8 manata təşkil edəcək. Dizel mühərriklidə isə bu məbləğ 16 min 393,2 manat olacaq.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

24-07-2024, 14:03

Azərbaycana gətirilən bir sıra spirtli içkilər və tütün məmulatları üçün aksiz dərəcələri artırılıb

Ölkə

12-06-2024, 18:00

Azərbaycan bu ölkələrlə ticarət əlaqələrindədir - Siyahı

Cəmiyyət

5-06-2024, 16:36

Maaşınızdan bu qədər pul tutulduğunu bilirdiniz?

Ölkə

19-11-2024, 15:26

Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - Siyahı

Ölkə
Güclü külək əsir
Güclü külək əsir
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Siyasət
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Bu gün, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Bu gün, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Bu gün, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Bu gün, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Bu gün, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Dünən, 16:00
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Xəbər Lenti
  • Dünən, 17:46
    Güclü külək əsir
  • Dünən, 17:17
    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
  • Dünən, 17:14
    Türkiyə yaxın həftələrdə “Akkuyu” AES-i istismara verməyi planlaşdırır
  • Dünən, 16:39
    Ağdaşda ənənə və innovasiya bir araya gələcək – Heyva festivalına sayılı günlər qaldı
  • Dünən, 16:00
    Zəngilan Aqroparkı yaradıldı - Fərman
  • Dünən, 15:40
    Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
  • Dünən, 15:21
    “Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
  • Dünən, 14:41
    Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
  • Dünən, 14:26
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Dünən, 14:08
    “İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
  • Dünən, 14:00
    Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
  • Dünən, 13:40
    Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
  • Dünən, 13:33
    Read Səmədov yarışda üçüncü yeri tutdu
  • Dünən, 13:16
    Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
  • Dünən, 13:03
    İş yerində konfliktlərin idarə olunması üsulları
  • Dünən, 12:56
    “DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”
  • Dünən, 12:28
    Sökülən binaların sakinlərinə - Şad xəbər
  • Dünən, 12:19
    Kuryerlər ayda 15 manat vergi ödəyə bilər
  • Dünən, 12:08
    Şəhid ailələri və müharibə əlillərinə - 600 mənzil alınacaq
  • Dünən, 12:04
    Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
  • Dünən, 11:59
    Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
  • Dünən, 11:46
    Orta aylıq pensiyanın 45 manat artacağı gözlənilir
  • Dünən, 11:43
    “Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
  • Dünən, 11:30
    Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
  • Dünən, 11:13
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə