İngiltərə Premyer Liqasında VAR sistemi ləğv olunmayacaq.
Bununla bağlı keçirilən iclasda klublar sistemin ləğv edilməsinin əleyhinə səs veriblər.
Daha əvvəl “Vulverhempton” klubu tərəfindən Premyer Liqaya videotəkrardan istifadənin ləğvi ilə bağlı rəsmi məktub göndərilmişdi.
Qeyd edək ki, sözügedən sistem 2018-ci ildən etibarən futbol matçlarında tədbiq olunur.