• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Futbolda qaydalara uyğun ilk oyun harda keçirilib?

İdman

1-06-2023, 13:30
Futbolda qaydalara uyğun ilk oyun harda keçirilib?

Futbolun dəqiq harda və nə vaxt yarandığı məlum deyil. Ayaqla top oyunu Qədim Şərq xalqlarına məlum idi və antik dövrün ölkələri olan Yunanıstan və Romada geniş yayılmışdı.

LiderXəbər xatırladır ki, 16-cı əsrin ortalarında İngiltərədə qədim və indiki futbola oxşayan oyunlar çox məşhur olub. Şəhərin küçə və meydanlarında hər iki tərəfdən 500-dən çox adamın oynadığı bu oyun əlbəyaxa döyüşlərin getdiyi meydanı xatırladıb. O vaxt günorta başlayan oyun axşam qaranlıq düşənə qədər davam edirmiş. Topu təyin olunan yerə çatdıran və ya eni 400 metr olan «qapı xətti»ni keçən komanda qalib hesab olunurmuş.
Həmin vaxt oyunlar üçün ayrıca sahələr olmadığı kimi, müasir futboldakı qayda-qanunlar da olmayıb.

İngilis futbolu haqqında 16-cı əsrdə ingilis yazıçısı Stabbes belə yazırdı: «Futbol özüylə qalmaqal, səs-küy, ədavət gətirir. Bu, dava etmək üçün bəhanələr yığınağı və qan çanağıdır». Yazıçının digər müasiri isə futbolu belə xarakterizə edirdi –«yanaqlar qançır, ayaq, əl və bel qırılmaları, çıxarılmış göz, bütün qan içərisində olan burun - bax budur futbol».

FUTBOL TƏHLÜKƏLİ SİYASİ MƏŞĞULİYYƏT DƏ HESAB EDİLİB

Hətta bəzi dövrlərdə futbol təhlükəli siyasi məşğuliyyət də hesab olunub. İngilis kralı 2-ci Eduard 1313-cü ildə «şeytanın hoqqası» adlandırdığı futbol oyunlarını krallığın ərazisində qadağan edib. Bu qadağanı pozanlar isə həbsxanaya salınırmış.
1389-cu ildə kral 2-ci Riçard futbol oynayanlara qarşı daha qəddar olub. Onun dövründə futbol oynadığına görə adamlar ölümə məhkum edilirmiş. Bu qayda 1603-cı ilə qədər davam edib.

QAYDALARA UYĞUN İLK OYUN

Qaydalara uyğun ilk oyun 1681-ci ildə keçirilib. Həmin oyunda kralın komandasının məğlub olmasına baxmayaraq, o, rəqib komandanın oyunçularını mükafatlandırıb. 19-cu əsrin əvvəllərinə qədər ingilis komandalarında oyunçuların sayına hər hansı məhdudiyyət qoyulmayıb, əsas məqsəd qələbə çalmaq olub. Bu vaxt insan ölümünə belə əhəmiyyət verilmirmiş.

19-cu əsrin 20-ci illərində ilk dəfə futbolun qaydalarının yaradılmasına cəhd olub. Amma oyunun ancaq ayaqla, yoxsa həm də əllə oynanılması ilə bağlı müzakirə mübahisə ilə başa çatıb.
Bir tərəf yalnız futbolun ayaqla oynanılmasını desə də, digər tərəf həm də əllə oynanılmasını istəyib.

Nəhayət, uzun müzakirələrdən sonra 1848-ci ildə «Kembric qaydaları» meydana çıxıb. Amma bu qaydalara sonradan heç kim əməl etməyib. Nəhayət, 1863-cü il oktyabrın 26-da Londonda futbol komandalarının kapitanları toplaşaraq bir daha məsələni müzakirə ediblər.
Həm ayaqla, həm də əllə oynamağın tərəfdarı olanlar toplantını tərk edərək «futbol-reqbi» liqasını yaratdıqlarını bəyan ediblər.
Futbolun yalnız ayaqla oynanılmasının tərəfdarı olan 11 nəfər 13 bənddən ibarət qaydaları işləyib hazırlayıblar. 1863-cü il dekabrın 1-də həmin qaydalar qəzetlərdə dərc olunub. Və beləcə futbol dünyaya gəlib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə

14-04-2023, 10:01

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası sürətlə davam etdirilir

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

Siyasət

2-02-2023, 21:31

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Siyasət

31-03-2023, 09:35

Tarix düşündürür: “Daşnaksutyun” xisləti - ERMƏNİ YALANLARI

Ölkə
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
Siyasət
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
21-07-2026, 16:15
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
21-07-2026, 13:00
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
17-07-2026, 11:22
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
16-07-2026, 15:02
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
16-07-2026, 12:12
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
14-07-2026, 14:03
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
Xəbər Lenti
  • Dünən, 15:01
    Kompüter qarşısında çalışanların göz ağrısına çarə
  • Dünən, 14:21
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • Dünən, 13:35
    Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
  • Dünən, 12:17
    İnfarkt hansı halda öldürür? - Həkimdən məsləhətlər
  • Dünən, 10:14
    Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin
  • Dünən, 09:10
    Şirniyyat yeyəndə kökəlirsiniz?
  • Dünən, 15:16
    Qarpızın oynaqlara və dəriyə gözlənilməz faydaları açıqlanıb
  • Dünən, 14:18
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • Dünən, 12:12
    Yağ yandırmaq üçün qidalanma qaydalar
  • Dünən, 09:07
    ABŞ İrana yenidən zərbələr endirməyə başladı
  • 21-07-2026, 19:09
    Vaqif Əsədov jurnalistləri təbrik etdi
  • 21-07-2026, 16:15
    Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
  • 21-07-2026, 15:48
    Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
  • 21-07-2026, 14:48
    Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
  • 21-07-2026, 13:09
    Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
  • 21-07-2026, 13:00
    Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
  • 21-07-2026, 12:34
    Sabah 38° isti olacaq
  • 21-07-2026, 12:00
    Çevik iş vaxtı rejimi kimlərə şamil ediləcək?
  • 21-07-2026, 11:31
    ABADA rəsmisi: Beynəlxalq yük daşımalarının həcmi artıb
  • 21-07-2026, 11:24
    Bakıda yaşıllaşdırma işləri aparılır - Fotolar
  • 21-07-2026, 11:14
    Qaynar suyun saçlara zərəri və düzgün qulluq qaydaları - Mütəxəssis məsləhəti
  • 21-07-2026, 10:47
    Jurnalist Səbuhi Vaqifoğlu "İttifaqın Dostu" diplomu ilə təltif edilib
  • 21-07-2026, 10:00
    “Sabah” Finlandiya təmsilçisinə qarşı
  • 21-07-2026, 09:41
    Hörmüzdə iki neft tankeri partladı
  • 21-07-2026, 09:22
    SEPAH Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına ağır zərbələr endirib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə