“HAMAS lideri İsmayıl Haniyənin öldürülməsi İsrail hökumətinin regionda sülhün əldə edilməsində iştirak etmək niyyətində olmadığını göstərir”.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilib.
Qeyd olunub ki, sözü gedən sui-qəsd hadisəsi Qəzzadakı müharibənin miqyasını genişləndirərək, regional hərbi qarşıdurmaya çevirmək məqsədi daşıyır.
Türkiyə XİN eyni zamanda beynəlxalq ictimaiyyəti İsrailin buna istiqamətlənən fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
Nazirlik Türkiyənin bundan sonra da Fələstin xalqının haqlı mübarizəsini dəstəkləyəcəyini açıqlayıb.