“İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS lideri İsmayıl Haniyənin öldürülməsinə icazəni ABŞ-dən alıb”.
Liderxeber.az-ın "Al-Jazeera"ya istinadən xəbərinə görə, bu barədə Yəməndəki husilərə yaxın mətbuat orqanları məlumat yayıb.
Bildirilib ki, İsrail hökumətinin başçısı son səfəri zamanı onunla ABŞ hakimiyyəti arasında HAMAS liderinin qətlə yetirilməsi ilə bağlı rəsmi razılıq əldə edilib.