İraq məhkəməsi öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı barədə ölüm hökmü çıxarıb.
Bu barədə İraqın paytaxtı Bağdadda yerləşən məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, məhkəmə Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı Esma Məhəmmədinin İŞİD-lə əməkdaşlıq etdiyinin, həbs edilən yezidi qadınları öz evində saxladığının, sonra isə onların İŞİD yaraqlıları tərəfindən qaçırılmasına kömək etdiyinin sübuta yetirdiyini bildirib.