• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Hemofiliya: İrsi qan xəstəliyinin diaqnostikası və müalicəsi - FOTO

Dünya

17-04-2026, 15:01
Hemofiliya: İrsi qan xəstəliyinin diaqnostikası və müalicəsi - FOTO

17 Aprel - Ümumdünya Hemofiliya Günü münasibətilə səhiyyə sahəsində nadir, lakin ciddi nəzarət və düzgün idarəetmə tələb edən xəstəliklərdən biri olan hemofiliyaya diqqət yetirmək xüsusi əhəmiyyət daşıyır.

Qanın laxtalanma sisteminin pozulması ilə xarakterizə olunan bu irsi xəstəlik, vaxtında diaqnostika və müasir müalicə yanaşmaları sayəsində artıq idarə oluna bilən vəziyyətə çevrilib. Bununla belə, həm xəstələrin, həm də cəmiyyətin bu sahədə məlumatlı olması vacibdir.

Liderxeber.az mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova ilə müsahibəni təqdim edir.

- Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti və hematoloq kimi, əvvəlcə hemofiliyanın nə olduğunu və onun əsas əlamətlərini izah edərdiniz.

- Hemofiliya qanın laxtalanma sisteminin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Bu zaman qanda laxtalanma faktorlarının, xüsusən faktor VIII və faktor IX çatışmazlığı müşahidə edilir. Nəticədə qanaxmalar normaldan daha uzun davam edir və ya heç bir müdaxilə olmadan anidən qanamalar görülə bilir.

Hemofiliyanın iki əsas növü var. Faktor VIII çatışmazlığı zamanı rast gəlinən hemofiliya A və faktor IX çatışmazlığı zamanı hemofiliya B. Onu da vurğulamaq istəyirəm ki, xəstəliyin böyük hissəsi hemofiliya A-nın payına düşür.

Hemofiliya genetik mutasiya nəticəsində yaranır və X xromosomu ilə əlaqəli irsən ötürülür. Məhz bu səbəbdən qadınlar, adətən, xəstəliyin daşıyıcısı, kişilər isə aktiv xəstə olurlar. Lakin nadir vəziyyətlər var ki, məsələn, Turner sindromunda yalnız bir ədəd X xromosomu olduğu üçün xəstəlik qadınlarda da görünə bilər və ya valideynlərin hər ikisində də X xromosomu hemofiliya genini daşıyarsa, bu zaman qadınlarda da aktiv xəstəlik izlənilə bilər.

Xəstəliyin əsas əlamətləri arasında iməkləmə dövründən etibarən hemartroz - oynaqlara qansızma, vücudun istənilən yerində iri qanamalar - hematomlar, hər hansı travma və ya cərrahi əməliyyat zamanı gec dayanan qanamaların izlənməsi qeyd olunur. Ağır hallarda öz-özünə daxili orqanlara və ya kəllə beyinə qanamanın olması da ciddi simptomlardandır.

Xəstəliyin mülayim, orta və ağır dərəcələri var. Ağır dərəcəli hemofiliya xəstələrində qanamalar spontan olduğu kimi, daxili qanamalar şəklində ola bilir ki, bu zaman insan həyatı üçün ciddi risk yaranır.

Hemofiliya: İrsi qan xəstəliyinin diaqnostikası və müalicəsi - FOTO

- Xəstəliyin diaqnostikası və müalicəsi necə aparılır?

- Diaqnostikası əsasən qan analizlərinə istinadən icra edilir. Belə ki, qanda faktorların səviyyəsinin təyini ilə diaqnoz təsdiqlənə bilir. İlk növbədə rast gələn qanama şübhəsi üzərindən qanın ümumi analizi və koaquloqramma testlərinə baxılır, mövcud laborator dəyişiklik faktorların təyini üçün ilk addım olur.

Müalicəsi, əsasən, ömür boyu, xəstəliyin ağırlıq dərəcəsinə görə çatışmayan faktoru damar daxilinə yeridilərək icra edilir. Müasir dövrdə əvəzedici faktor müalicəsi ilə birgə hədəfə yönəlmiş müalicə (Target terapiya), gen mühəndisliyi (gen terapiyası ilə xəstənin öz qaraciyərində faktor VIII və ya faktor IX istehsal edilir ki, bu da bir çox hallarda müalicəni əvəz etmiş olur) tətbiq olunur.

Bundan başqa davamlı faktor istifadəsinə məruz qalan şəxslərdə bəzən faktor preparatlarına qarşı anticisimlər (inhibitorlar) yaranır. Müasir immunosupressiv "bypass" agentlərlə bu problem həll yolunu tapır. Müasir müalicə yanaşmaları hemofiliyalı şəxslərin ömür boyu sağlamlığını qorumağa və normal həyat keyfiyyətini təmin etməyə imkan verir.

- Hemofiliya daşıyıcısı kim olur və risk mexanizm necə işləyir?

- Hemofiliya daşıyıcısı - xəstəliyin genetik mutasiyasını daşıyan, lakin adətən klinik əlamətlər göstərməyən şəxsdir. Özlərində klinik əlamətlər müşahidə edilməsə də, resessiv yolla bu şəxs xəstəliyi öz övladlarına ötürür.

Adətən qadınlar bu xəstəliyin daşıyıcıları olurlar, yəni X xromosomu ilə ötürülən xəstəlik qadınlardakı XX xromosomunun birində olur və digər sağlam X xromosomu funksiyanı kompensasiya edə bilir. Digər X xromosom sağlam olduğu üçün qadınlarda şikayətlər izlənmir. Lakin kişi cinsindəki Y xromosomu ilə birləşdikdə xəstə oğlan uşağı doğulur.

Buradan anlaşılan odur ki, əgər ana daşıyıcı, ata sağlamdırsa, oğlan uşaqlarının 50%-i xəstə, qız uşaqların 50%-i daşıyıcı olur və ya ata xəstə, ana sağlamdırsa, bütün qız övladlar daşıyıcı, oğlanlar isə sağlam olurlar. Hemofiliya xəstəliyinin yayılmasında daşıyıcı qadınların rolu var, məhz bu səbəbdən genetik məsləhət və erkən diaqnostika bu xəstəliyin populyasiyada yayılmasının qarşısını alaraq, xəstəliyin idarə olunmasında vacib əhəmiyyət daşıyır.

- Hemofiliya xəstələri qidalanmada nəyə diqqət etməlidirlər?

- Hemofiliyalı xəstələrin doğru qidalanması qanaxmaların qarşısını almaqda və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır. Belə ki, bu şəxslər balanslaşdırılmış qidalanmadan, damar divarının möhkəmliyində əhəmiyyəti olan vitamin K və C ilə zəngin qidalara üstünlük verməlidirlər. Artıq çəki sümük-oynaq sisteminə əlavə yük olaraq əks göstərişdir, bu səbəbdən də ciddi çəki kontrolu olunmalıdır. Proteinli, vitaminlə zəngin qidalara üstünlük verilərək, yağ və şəkər yükündən qismən azad olunmaq daha tövsiyə olunandır.

- Valideynlər hemofiliyalı uşaqlara necə dəstək ola bilərlər?

- Hemofiliyalı uşaqların sağlam inkişafı üçün valideynlərin rolu əvəzsizdir. Xəstəliyin erkən diaqnostikasında, qanaxmalara yanaşmada valideyn nə qədər məlumatlıdırsa, erkən diaqnostika ilə xəstəliyin səbəb ola biləcək əlillik və digər ağırlaşmaların qarşısı alına bilir. Sözsüz ki, evdə də təhlükəsiz mühit yaradılmalı, uşağın fiziki aktivliyi ilk dövrdən etibarən nəzarət altında saxlanmalıdır. Hemofiliya xəstəliyi uşaqların sosial və psixoloji fəaliyyətini məhdudlaşdırmamalı, gərəkli hallarda valideyn və məktəbdə müəllimlər də bu xəstəlik haqqında periodik məlumatlandırılmalıdırlar.

- Azərbaycanda hemofiliya xəstələrinə dövlət qayğısı necədir?

- Azərbaycanda hemofiliya nadir, lakin sosial əhəmiyyətli xəstəliklərdən biridir. Azərbaycanda hemofiliyalı xəstələrə dövlət qayğısı sistemli şəkildə icra edilir və bu istiqamətdə xüsusi dövlət proqramları qəbul edilib. Belə ki, Azərbaycan Respublikasında hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə tibbi yardımın yaxşılaşdırılması məqsədilə ilk dövlət proqramı 2006-cı ildə təsdiq edilib. Sonrakı illərdə dövlət proqramları daha təkmilləşib və mərhələli şəkildə icra edilib. Xüsusilə, 2011-2015 və 2016-2020-ci illəri əhatə edən proqramlar çərçivəsində hemofiliyalı xəstələrin laxtalanma faktorları ilə davamlı və mərkəzləşdirilmiş qaydada təmin olunması həyata keçirilib.

Hazırda bu istiqamətdə görülən işlər səhiyyə sistemində davamlı islahatlar çərçivəsində davam etdirilir. Bu çərçivədə xəstələr laxtalanma faktor preparatları ilə ödənişsiz təmin edilir, bu da qanaxmaların qarşısının alınmasına və ağırlaşmaların minimum endirilməsinə xidmət edir. Dövlət proqramları çərçivəsində həmçinin xəstələrin sosial müdafiəsi, onların həyat keyfiyyətinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər görülür. Görülən tədbirlər nəticəsində Azərbaycanda hemofiliyalı xəstələrin yaşam müddəti və keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

9-09-2023, 13:17

Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir

Cəmiyyət

21-06-2025, 09:58

Azərbaycanda qida normaları dəyişir: 30 ildən sonra islahat

Cəmiyyət

7-12-2024, 11:42

Həftənin bazar ertəsi günü miokard infarktı ola bilərsiniz: Səhər saatları niyə təhlükəlidir?

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Siyasət
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Bu gün, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Xəbər Lenti
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Dünən, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Dünən, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Dünən, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Dünən, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Dünən, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Dünən, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Dünən, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Dünən, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Dünən, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Dünən, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Dünən, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Dünən, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Dünən, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Dünən, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Dünən, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Dünən, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Dünən, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Dünən, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Dünən, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Dünən, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə