• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir

Siyasət

16-04-2026, 14:39
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir

Bu gün Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.

Lidderxeber.az xəbər verir ki, iclas çərçivəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olacaq.

Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.

Bununla yanaşı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın inkişafı, tranzit imkanlarının artırılması və regional layihələrdə qarşılıqlı iştirak məsələlərinin də gündəlikdə yer alacağı gözlənilir.

İclasın yekununda tərəflər arasında iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən sənədlərin imzalanması planlaşdırılır.

Komissiyanın 23-cü iclası 2025-ci il avqust 22-də Rusiyanın Həştərxan şəhərində keçirilib.

14:16

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə gediblər.

Liderxeber.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hər iki tərəfin nümayəndə heyətinə Zəngilan şəhəri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş "Cahangirbəyli" Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.

Tədbir iştirakçıları görülmüş işlərlə yaxından tanış olublar.

13:28

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları aprelin 16-da Zəngilan rayonuna səfər ediblər.

Liderxeber.az xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında qonaqları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

İclas iştirakçıları əvvəlcə Zəngilan rayonunun Ağalı kəndi ilə tanış olublar.

Məlumat verilib ki, Ağalı kəndində "ağıllı kənd" layihəsi çərçivəsində genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Böyük Qayıdışın başlanğıcı olan bu proses yaddaqalan hadisə kimi tarixə düşüb.

Diqqətə çatdırılıb ki, kəndin bütün evlərinə müasir kommunikasiya xətləri çəkilib, qazlaşdırma tam təmin olunub, hər bir ev kombi sistemi ilə təchiz edilib. Bununla yanaşı, ərazidə yol və səkilərin abadlaşdırılması, ictimai binaların və infrastruktur obyektlərinin istifadəyə hazırlanması istiqamətində də işlər görülüb.

Qeyd edək ki, Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasına Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə baş nazirin müavini Aleksey Overçuk həmsədrlik edəcəklər. İclasa hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələri qatılacaqlar.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

24-06-2025, 17:05

Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu

İqtisadiyyat

13-10-2025, 13:15

Bakıda üçtərəfli görüş keçirildi - Yenilənib - Fotolar

Siyasət

13-11-2025, 15:42

Prezident Özbəkistan mediasına müsahibə verib

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Dünən, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Dünən, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Dünən, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Dünən, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Dünən, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Dünən, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Dünən, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Dünən, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Dünən, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Dünən, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Dünən, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Dünən, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Dünən, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Dünən, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə