• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Avropadan Ukrayna ilə bağlı birgə bəyanat

Dünya

16-12-2025, 11:32
Avropadan Ukrayna ilə bağlı birgə bəyanat

Avropa liderləri Berlin danışıqlarının nəticəsinə əsasən, Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı birgə bəyanatla çıxış ediblər. 

Liderxeber.az xəbər verir ki, sənəd Avropa İttifaqı (Aİ) Şurasının rəsmi saytında yerləşdirilib.

Bəyanatda deyilir ki, həm ABŞ, həm də Avropa liderləri müharibənin başa çatdırılması ilə bağlı razılaşma kontekstində Ukraynaya güclü təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa üzrə dəstək verməyi öhdələrinə götürməyə hazırdırlar.

Bu öhdəliklərə əsasən mümkün münaqişələrin qarşısını almaq və Ukraynanın ərazisini müdafiə etmək üçün sülh dövründə 800 000 nəfər təşkil edəcək Ukrayna Silahlı Qüvvələrinin qurulmasına davamlı və əhəmiyyətli dəstək verilməlidir. 

Bəyanatı imzalayan tərəflər həmçinin ABŞ-nin dəstəyi ilə “İstəklilər Koalisiyası” çərçivəsində yaradılacaq və Avropanın rəhbərlik edəcəyi “çoxmillətli Ukrayna qüvvələri” vasitəsilə Ukrayna ordusunun bərpasını, ölkənin səmadan və dənizdən təhlükəsizliyinin təmin edilməsini öhdələrinə götürmək niyyətindədirlər. 

Bundan əlavə, Aİ liderləri gələcəkdə mümkün hücumların qarşısını almaq üçün ABŞ-nin rəhbərliyi və beynəlxalq ictimaiyyətin iştirakı ilə atəşkəsin dayandırılmasına nəzarət və yoxlama mexanizminin yaradılmasını təklif ediblər. Tərəflər Ukraynaya qarşı yeni hücum halında hərbi, kəşfiyyat, iqtisadi və diplomatik tədbirlərlə cavab verməyi nəzərdə tutan zəmanətlər təqdim etməyə hazırdırlar.

Sənəddə həmçinin ölkənin bərpası üçün əhəmiyyətli vəsaitlərin ayrılması və dondurulmuş aktivlər hesabına Rusiya tərəfindən dəymiş ziyanın kompensasiya edilməsi ilə bağlı bənd var. Avropa liderləri həmçinin Ukraynanın Aİ-yə üzvlüyünü qətiyyətlə dəstəklədiklərini bəyan ediblər. 

Bəyanatı Avropa Şurasının sədri Antoniu Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Danimarkanın Baş naziri Mette Frederiksen, Finlandiya Prezidenti Aleksandr Stubb, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Ciorcia Meloni, Niderlandın Baş naziri Dik Sxof, Norveçin Baş naziri Yonas Qar Störe, Polşanın Baş naziri Donald Tusk, İsveçin Baş naziri Ulf Kristersson və Böyük Britaniyanın Baş naziri Kir Starmer imzalayıblar. 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 14-ü Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner ilə görüşüb. Danışıqlar dekabrın 15-də də davam etdirilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Dünya

21-11-2025, 09:16

Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı - Tam mətn

Ölkə

6-08-2025, 12:40

“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”

Ölkə

30-05-2024, 17:59

Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH

Ölkə
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hava dəyişəcək - Xəbərdarlıq
Hava dəyişəcək - Xəbərdarlıq
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Sabahın havası
Sabahın havası
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Bu gün, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bu gün, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Bu gün, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Dünən, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Dünən, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Dünən, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Dünən, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə