• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ürək damarlarına stent qoyulması İTS ilə ödənişsizdir

Cəmiyyət

3-06-2024, 15:56
Ürək damarlarına stent qoyulması İTS ilə ödənişsizdir

Ürək damarlarında yaranmış tıxanıqlığı aradan qaldırmaq üçün stentləşmə əməliyyatı (angioplastika) icra olunur. Ürək stentlərinin iki əsas növü var – dərman ifraz etməyən və dərman ifraz edən stentlər.

Liderxeber.az xəbər verir ki, hər iki növ stentin taxılması icbari tibbi sığorta ilə ödənişsizdir. Stentin qoyulması barədə qərar pasiyentin tibbi vəziyyəti, damarın darlığının dərəcəsi və digər amillər əsasında həkim tərəfindən verilir. Kəskin miokard infarktı, stenokardiya kimi ürəyin işemik xəstəlikləri koronar damarlara stentin qoyulması üçün əsas göstərici hesab olunur. Bu hallar hərəkət və fiziki aktivlik zamanı döş qəfəsində ağrı, təngnəfəslik və ya yorğunluq kimi ümumi simptomlarla müşahidə olunur.  

Xəstəliyin diaqnostikası üçün əməliyyatdan əvvəl təyin olunan exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), USM, holter monitorinq, tredmil test, koronaroqrafiya, aortoqrafiya, koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi kimi funksional diaqnostik, rentgenoloji müayinələr və laborator analizlər icbari tibbi sığorta ilə ödənişsiz aparılır.  Əməliyyat zamanı reanimasiya, stasionarda yatış və bu zaman istifadə olunan dərman, tibbi sərf, həmçinin zəruri müayinələr icbari tibbi sığorta ilə qarşılanır.

Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir. Qeyd edək ki, stentin qoyulması əməliyyatı Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur. 

Məlumat üçün bildirək ki, stent bədənin müxtəlif hissələrindəki tıxanmış və ya daralmış damarların açılması və  qan dövranının yaxşılaşması üçün yerləşdirilən və xüsusi materialdan hazırlanmış nazik borudur. Bu tıxanmalar ürək əzələsini oksigenlə zəngin qanla təmin edən koronar arteriyaların daxili divarlarında yağ yataqlarının, xolesterin və digər maddələrin yığılması nəticəsində yaranır. Ürəyin işemik xəstəliyinin müalicəsi məqsədi ilə koronar arteriyalara yerləşdirilən stentlər vasitəsilə ürək əzələsinə qan axını bərpa edilir və infarktın qarşısı alınır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

3-03-2023, 11:30

Azərbaycanda ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur

Ölkə

27-10-2023, 14:23

Səhhətiylə bağlı pul yığmaq istəyənlərə müraciət – Bu xəstəliklərin müalicəsinin pulunu biz ödəyirik

Ölkə

3-03-2023, 11:19

Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

İdman

8-05-2024, 18:01

Zəngilan və Cəbrayılda kardioloji müayinələr təşkil edilib

Ölkə
“Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir” - Açıqlama
“Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir” - Açıqlama
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu
Oktyabrda hava necə olacaq?
Oktyabrda hava necə olacaq?
“Roşka”nın 5 il həbsi tələb edildi
“Roşka”nın 5 il həbsi tələb edildi
Siyasət
Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
Bu gün, 16:51
Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
Bu gün, 10:50
Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
Ərdoğan Əliyevə zəng edib
Dünən, 09:44
Ərdoğan Əliyevə zəng edib
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
26-09-2026, 12:00
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
26-09-2026, 10:28
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
26-09-2026, 09:47
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
Xəbər Lenti
  • Dünən, 17:47
    Rusiya müdafiə xərclərini rekord səviyyəyə çatdıracaq - KİV
  • Dünən, 17:20
    “Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir” - Açıqlama
  • Dünən, 16:51
    Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
  • Dünən, 16:31
    Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu
  • Dünən, 16:03
    Oktyabrda hava necə olacaq?
  • Dünən, 15:13
    Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Putin qərar imzaladı
  • Dünən, 14:10
    “Roşka”nın 5 il həbsi tələb edildi
  • Dünən, 14:04
    İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
  • Dünən, 13:24
    Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
  • Dünən, 13:06
    Bu yay qeyri-çimərlik ərazilərində 59 nəfər suda boğulub
  • Dünən, 12:27
    QHT-lər arasında aqrar sahədə elmi və sosial tərəfdaşlığın inkişafına dair Memorandum imzalanıb
  • Dünən, 12:25
    Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
  • Dünən, 11:59
    Bu yay qeyri-çimərlik ərazilərində 64 nəfər suda boğulub
  • Dünən, 11:36
    Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir
  • Dünən, 11:03
    İran nüvə müqaviləsindən çıxır?
  • Dünən, 10:50
    Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
  • Dünən, 10:19
    İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qarşı
  • Dünən, 10:07
    Cəlilabadda ev yanıb kül oldu
  • Dünən, 10:00
    Bu ərazilərə yağış yağır
  • Dünən, 09:29
    Çindən Yaponiyaya sərt xəbərdarlıq
  • Dünən, 08:57
    İran həmin xəbərləri təkzib etdi
  • Dünən, 17:23
    Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
  • Dünən, 16:40
    Naxçıvan reysləri təxirə salındı
  • Dünən, 16:33
    Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
  • Dünən, 16:25
    Küləklə bağlı - Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə