• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Səhhətiylə bağlı pul yığmaq istəyənlərə müraciət – Bu xəstəliklərin müalicəsinin pulunu biz ödəyirik

Ölkə

27-10-2023, 14:23
Səhhətiylə bağlı pul yığmaq istəyənlərə müraciət – Bu xəstəliklərin müalicəsinin pulunu biz ödəyirik

“Vaxtaşırı müxtəlif xəbər portalları və sosial media vasitəsi ilə əhalidən ayrı-ayrı şəxslərin sağlamlığı ilə bağlı problemlərin həlli məqsədi ilə vəsait toplanılır”.

LiderXəbər xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bəzi hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə müraciət etmək və burada icbari tibbi sığortanın qarşıladığı tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququndan istifadə etmək əvəzinə səhhətləri ilə bağlı yaranan problemləri həll etmək üçün maliyyə yardımı toplamağa çalışırlar:

“Təəssüf ki, bəzən media mənsubları məsələni araşdırmadan, vətəndaşı tibbi xidmətlərdən istifadə etmək hüququnun olduğu barədə məlumatlandırmadan dəqiqləşdirilməmiş informasiyalar dərc edirlər. Məlumatların onlayn media məkanında tirajlanması cəmiyyətdə çaşqınlıq və cavabdeh qurumların fəaliyyətinə inamsızlıq yaradır.

Media nümayəndələrindən, vətəndaşlarımızdan bu kimi hallarla qarşılaşdıqda məsələnin araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məlumat vermələrini rica edirik. Vətəndaşlar Agentliyin “1542” Çağrı mərkəzi, qurumun rəsmi internet səhifəsi üzərindən “Zəng sifariş et” və “Elektron müraciət” bölmələri, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Daxil olan hər bir müraciətə həssaslıqla yanaşılır və müraciətlər qanunvericiliyə uyğun olaraq cavablandırılır. Müvafiq tibbi xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə vətəndaşa ödənişsiz şəkildə göstərilməsi təmin edilir.

Qeyd edək ki, dəfələrlə qeyd edilən halların araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yardım toplayan şəxslərlə əlaqə saxlanılıb. Tələb olunan tibbi xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz göstərildiyi barədə məlumat verilib, müvafiq tibb müəssisəsində xidmətin təşkili təklif olunub. Bir çox hallarda vətəndaşlar təklif olunan tibbi xidmətdən əsassız olaraq imtina ediblər.

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 3315 tibbi xidmət ödənişsiz qarşılanır. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta hesabına aparılır. Həmin xidmətlərin sırasında sümük iliyi, böyrək və qaraciyər transplantasiyası, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, bud-çanaq və diz oynağının endoprotezləşdirilməsi, dirsək və çiyin oynaqlarının total dəyişdirilməsi və s. əməliyyatlar yer alır.

Vətəndaşlar icbari tibbi sığorta ilə tibbi xidmətlərdən ödənişsiz istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə

28-02-2023, 15:22

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 115-ə çatdırılıb - SİYAHI

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

---

22-06-2023, 10:00

Elektron pul təşkilatlarının pulun təhlükəsizliyini təmin etmələri üçün tələblər məlum olub

Ölkə

13-03-2023, 11:31

İTSDA-nın bir sıra səlahiyyətləri TƏBİB-ə verilib

Ölkə
Bu küçədə hərəkət məhdudlaşdırılır
Bu küçədə hərəkət məhdudlaşdırılır
Kimlərin pensiyalarına əlavələr ediləcək?
Kimlərin pensiyalarına əlavələr ediləcək?
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22-10-2026, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 10:45
    Donald Tramp ona Nobel Sülh Mükafatı verilmədiyi üçün Norveçi təhqir edib
  • Bu gün, 10:13
    Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
  • Bu gün, 09:56
    Bu küçədə hərəkət məhdudlaşdırılır
  • Bu gün, 09:43
    Kimlərin pensiyalarına əlavələr ediləcək?
  • Bu gün, 09:31
    Nigeriyada terrorçuların hücumu nəticəsində azı 40 nəfər həlak olub
  • Bu gün, 09:07
    Çində 110 robotun rəqsi "Ginnesin Rekordlar Kitabı"na düşüb
  • Bu gün, 09:00
    Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var
  • Dünən, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • Dünən, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • Dünən, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Dünən, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • 24-10-2026, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • 24-10-2026, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • 24-10-2026, 09:43
    Sürücülərin nəzərinə!
  • 24-10-2026, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • 24-10-2026, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • 23-10-2026, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • 23-10-2026, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • 23-10-2026, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • 23-10-2026, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • 23-10-2026, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • 23-10-2026, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • 23-10-2026, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • 23-10-2026, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • 23-10-2026, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə