• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Puldan pul qazanmağın - Yolları

Cəmiyyət

22-04-2025, 09:12
Puldan pul qazanmağın - Yolları

Nəyə sərmayə qoysam, daha çox qazana bilərəm? Bu sual daim aktuallığını qoruyur.

Məsələ burasındadır ki, məbləğindən asılı olmayaraq yığımın investisiyaya çevrilməsi vəsaitləri inflyasiyadan qorumaqla yanaşı gəlir də vəd edir. 

Liderxeber.az xəbər verir ki, bu baxımdan bir neçə ildir gözəçarpan qiymət artımlarının olduğu  daşınmaz əmlak sektoru, xüsusilə mənzillər diqqəti cəlb edir.

Belə ki, rəsmi statistikaya görə, təkcə 2024-cü ildə ölkədə mənzillərin qiyməti əvvəlki illə müqayisədə 10 faizə yaxın artıb. 2025-ci ilin birinci rübündə isə qiymət artımı illik müqayisədə 14,4 faizə yüksəlib. Ümumilikdə, 2020-ci ilin sonundan 2024-cü ilin eyni dövrünə qədərki müddətdə mənzillərin qiymətində orta hesabla 32,4 faiz artım olub.

Bu o deməkdir ki, mənzillərə edilən yatırım sahiblərinə sözügedən dövrdə orta hesabla qeyd edilən səviyyədə gəlir gətirib. Mənzili alıb kirayə verənlər isə şübhəsiz ki, daha çox gəlir əldə edib. 

Qeyd edilənlər ölkə üzrə orta göstəriciləri əks etdirir. Bakı şəhərində mənzillərin qiyməti digər regionlarla müqayisədə kəskin fərqləndiyi kimi, paytaxtda qiymətlərin artım səviyyəsi də ölkə üzrə olan göstəricidən fərqlənir. Məsələn, 2019-cu ildə metronun “Neftçilər” stansiyasının yaxınlığında “Xruşov” və ya “Minsk” layihəli 1 otaqlı orta təmirli mənzilin qiyməti 50 min manat idisə, hazırda bu qiymət 90-100 min manat arasında dəyişir. Başqa sözlə, həmin vaxt belə mənzili alıb onu minimum 300 manatdan kirayəyə vermiş şəxs indiyədək əmlakın dəyərində ikiqat qazancla yanaşı, 21 min manatdan yuxarı məbləğdə də kirayəhaqqı əldə etmiş olur. 

Əhalinin passiv gəlir əldə etmələri üçün ən çox üz tutduğu daha bir vasitə isə bank əmanətləridir. Hazırda banka manatla əmanət yerləşdirməklə illik 12 faizədək gəlir əldə etmək olar.

Ölkə qanunvericiliyinə görə, belə əmanətlərin (illik 12 faizədək) 100 min manatadək olan hissəsi sığortalanır. Həmçinin şəxsin hər bir bankda milli valyutada əmanətə görə aylıq faiz gəlirinin 200 manatadək hissəsi vergidən azaddır. Əmanət bankda 18 ay və daha yuxarı müddətə yerləşdirildikdə isə faiz gəlirinin tam hissəsi vergiyə cəlb olunmur.

Bu o deməkdir ki, 100 min manatı illik 12 faizlə banka qoyan şəxs 12 aydan sonra 12 min manat gəlir əldə etmiş olar. 

Göründüyü kimi, hər iki passiv investisiya aləti gəlirliliyinə görə biri-birindən fərqlənir. Mənzillərin qiymətinin son illərdə daha çox artması və kirayə imkanı onu bank əmanətlərindən daha cəlbedici edir. Lakin mənzilə investisiya etmək üçün daha çox vəsait tələb olunur. Banka kiçik məbləğli əmanət də yerləşdirmək mümkündür. Eyni zamanda, mənzillərin qiymətinin növbəti ildə nə qədər artacağı məlum deyil. Bank əmanətlərində isə illik gəlirlilik əvvəlcədən müəyyən olunur.

Həmçinin mənzilin pula çevrilməsi zaman və gəlir itkisinə səbəb ola bilər. Mənzilə yatırılan vəsaitin hətta kiçik bir hissəsini belə geri götürmək üçün onu satmaq lazım olur. Bank əmanətlərində isə vəsaiti tam formada götürməyə ehtiyac yaranmır. Bundan başqa, əmanətdən fərqli olaraq mənzillərin alqı-satqı əməliyyatları, eyni zamanda, kirayəsindən əldə olunan gəlir vergiyə cəlb edilir. 

Əmanət gəlirləri isə uzunmüddətli dövrü əhatə etmir (əmanət müqavilələri əsasən adətən 36 ayadək müddətə bağlanır). Müddət bitdikdən sonra əmanət ya bankın təklif etdiyi aşağı faizlə yenidən orada saxlanılır, ya da geri götürülür. 

Təbii ki, passiv gəlir alətləri daşınmaz əmlak və bank əmanətləri ilə yekunlaşmır. Lakin mövcud şəraitdə imkanların geniş olması və etibarlılığı baxımından qeyd edilən alətlər aktuallığını qoruyur.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

4-02-2025, 10:25

“Mənzil bazarında 13-15 faiz bahalaşma gözlənilir”

İqtisadiyyat

22-08-2024, 13:05

“Xiaomi” bu ilin ikinci rübündə rekord gəlir əldə edib

Ölkə

13-12-2024, 13:30

Azərbaycanın əmlak bazarında yeni mərhələ: Sənədsiz evlərin qiyməti niyə düşür?

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə
Güclü külək əsir
Güclü külək əsir
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Siyasət
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Bu gün, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Bu gün, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Bu gün, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Bu gün, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Bu gün, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Dünən, 16:00
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Xəbər Lenti
  • Dünən, 17:46
    Güclü külək əsir
  • Dünən, 17:17
    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
  • Dünən, 17:14
    Türkiyə yaxın həftələrdə “Akkuyu” AES-i istismara verməyi planlaşdırır
  • Dünən, 16:39
    Ağdaşda ənənə və innovasiya bir araya gələcək – Heyva festivalına sayılı günlər qaldı
  • Dünən, 16:00
    Zəngilan Aqroparkı yaradıldı - Fərman
  • Dünən, 15:40
    Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
  • Dünən, 15:21
    “Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
  • Dünən, 14:41
    Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
  • Dünən, 14:26
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Dünən, 14:08
    “İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
  • Dünən, 14:00
    Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
  • Dünən, 13:40
    Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
  • Dünən, 13:33
    Read Səmədov yarışda üçüncü yeri tutdu
  • Dünən, 13:16
    Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
  • Dünən, 13:03
    İş yerində konfliktlərin idarə olunması üsulları
  • Dünən, 12:56
    “DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”
  • Dünən, 12:28
    Sökülən binaların sakinlərinə - Şad xəbər
  • Dünən, 12:19
    Kuryerlər ayda 15 manat vergi ödəyə bilər
  • Dünən, 12:08
    Şəhid ailələri və müharibə əlillərinə - 600 mənzil alınacaq
  • Dünən, 12:04
    Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
  • Dünən, 11:59
    Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
  • Dünən, 11:46
    Orta aylıq pensiyanın 45 manat artacağı gözlənilir
  • Dünən, 11:43
    “Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
  • Dünən, 11:30
    Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
  • Dünən, 11:13
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə