• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Mənzil bazarında 13-15 faiz bahalaşma gözlənilir”

Ölkə

4-02-2025, 10:25
“Mənzil bazarında 13-15 faiz bahalaşma gözlənilir”

Mənzil bazarında qiymətlər fantastik həddə çatır. Ekspertlər burada qeyri-adi nəsə olmadığı qənaətindədirlər. Proqnozlar da ürəkaçan deyil, bahalaşma davam edəcək.

Liderxeber.az xəbər verir ki, kaspi.az mövzu ilə bağlı araşdırma aparıb.

Bildirilib ki, mənzil bazarında qiymətlərin artımını statistik məlumatlar da təsdiqləyir.

Belə ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb. Göründüyü kimi, qiymətlər sabitləşmir.

Bəs bahalaşma nə vaxt səngiyəcək? Daşınmaz əmlak bazarında qiymətlər bu il də artmaqda davam edəcəkmi?

“Ən yüksək qiymət artımı Nərimanov rayonundadır”

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı onlarda olan rəqəmlər rəsmi statistikadan da yüksəkdir: “Ötən ilin dekabr ayında Bakının mənzil bazarında köhnə mənzillərin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə orta hesabla 10,5 faiz, yenitikililərin qiyməti isə 12,3 faiz artıb. Ən yüksək qiymət artımı Nərimanov rayonunda qeydə alınıb. Burada köhnə binalarda qiymətlər 14, yenitikililərdə isə 16 faiz artıb. Səbail rayonunda köhnə binalar üzrə qiymətlər 13, yenitikililər üzrə isə 15,2 faiz artıb. Nəsimi rayonunda bu göstəricilər müvafiq olaraq 12,2 və 15,2 faiz, Nizami rayonunda 11,7 və 12 faiz, Yasamalda 11,1 və 12,8 faiz, Qaradağda 7 və 8 faiz, Sabunçuda 8 və 10 faiz, Suraxanı və Binəqədidə köhnə binalar üzrə qiymət artımı müvafiq olaraq 6,8 və 8,3 faiz, yenitikililər üzrə isə 9,5 və 9,6 faiz təşkil edib”.arta bilər: 

Bahalaşmanı şərtləndirən səbəblər

Ekspert qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri tikinti materiallarına tələbatı artırır: “Əgər tikinti şirkətinə əvvəl bir kvadratmetr daha ucuz başa gəlirdisə, indi bu rəqəm 20-30 faiz yüksəlib. İşçi qüvvəsinin də qiyməti artır. Fəhlə və ustalar hər il 15-20 faiz daha artıq məbləğ tələb edirlər. Bu da gündəlik xərclərin artması ilə bağlıdır”.

V.Oruc bildirib ki, insanlar dayanıqlı biznes sahəsi kimi daşınmaz əmlakı görürlər. Bu, ilbəil qiymətini artıran və dəyərdən düşməyən investisiya növüdür: “Kirayə verərsə, daha artıq gəlir deməkdir. Nəzərə almalıyıq ki, Bakının Baş planına uyğun olaraq müəyyən binaların söküntüsü aparılır. Onların yerində yeni binalar inşa ediləcək. Mənzillər söküldükcə orada yaşayan sakinlər də daşınmaz əmlak bazarına yönəlirlər. Həmçinin MİDA kimi sosial layihələrin həyata keçirilməsi də daşınmaz əmlak bazarında dinamiklik və aktivliyin yaranmasına təsir göstərir”.

Özülü yeni qoyulan binalara da maraq artıb...

Ekspert bildirib ki, təkcə hazır mənzillərə deyil, hətta təməli yeni qoyulan əmlaklarda da qiymətlər yüksəlib: “Son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür. Bəzən bu mərhələdə olan tikililər hətta yenitikili və təkrar yenitikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlara daha çox maraq göstərməyə başlayıblar. Səbəblərdən biri də iqtisadi amillərdir. Ölkə iqtisadiyyatı böyüyür. Manatın alıcılıq qabiliyyətində müəyyən fərqlər yaranır. Nəticədə bunlar hamısı qiymətlərin artımı ilə nəticələnir”.

V.Orucun fikrincə, qarşıdakı dövrdə əmlak bazarında qiymətlər daha da arta bilər:

“Hər il daşınmaz əmlak 10-17 faiz bahalaşır. Əgər ABŞ və İran münasibətləri gərginləşərsə, oradan soydaşlarımızın ölkəmizə kütləvi axını olarsa, bu da daşınmaz əmlak qiymətlərinin daha da yüksəlməsinə şərait yaradacaq. Bunu Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində gördük.

“Vergilər artıb, qaydalar sərtləşdirilib”

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun fikrincə, mənzil bazarında qiymət artımını yaradan səbəblərdən biri vergilərin artmasıdır: “Əvvəl sahibkar 10 min kvadratmetr satışa çıxarırdısa, hər kvadratmetrinə 67-130 manat vergi ödəyirdi. İndi belə deyil. Yeni məcəllə 2020-ci ilin noyabrından qüvvəyə minib. Bu tarixdən sonra icazəsi alınıb tikintisi başlayan tikililərdə sadələşmiş vergi əvəzinə 18 faiz əlavə dəyər vergisi, mənfəətdən isə 20 faiz tutulur. Belə olan halda 100 manat olan vergi yükü 400-500 manata qədər yüksəlir”.

Ekspertin sözlərinə görə, ikinci məsələ şəhərsalma qaydalarına əlavə olunmuş şərtlərin daha da ciddiləşməsidir: “Yeni tələblərə əsasən, alınan ərazinin yalnız 30 faizində inşaat aparmaq mümkündür. Əvvəl binalar çox yaxın tikilirdi. Bir hektarda 50-70 min kvadratmetrlik mənzil sahəsi istismara verilirdi. İndi bu göstərici maksimum 22 min kvadratmetrdir. Nəticədə təklif edilən mənzil sayı azalır. Həmçinin bloklarda mənzillərin sayı xeyli azaldılıb. Əvvəl bir blokda 10-12 mənzil olardısa, indi qapı sayına da nəzarət edilir”.

“Mənzillər o ölkələrdə ucuzlaşır ki...”

Ekspert qeyd edib ki, bu il də qiymətlər yüksələn istiqamətdə olacaq: “Qiymət artımının sadəcə mənzillərdə olmadığını nəzərə alsaq, bu prosesi normal qəbul etməliyik. Mənzillərin qiymətinin ucuzlaşmasını tələb edirik. Amma bu, səhv düşüncədir. Çünki o ölkələrdə mənzillərin qiyməti ucuzlaşır ki, orada iqtisadi gərginlik, böhranlar baş verir. İqtisadiyyatları inkişaf edən dövlətlərdə mənzillərin qiyməti ucuzlaşa bilməz. Bahalaşma bir müddət də davam edəcək. Bu il də bahalaşmaya hazır olmalıyıq. Ümumi iqtisadi göstəricilər yolunda gedərsə, heç bir hadisə baş verməzsə, il sonuna doğru daşınmaz əmlakın daha 13-15 faiz bahalaşacağı gözlənilir”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

13-12-2024, 13:30

Azərbaycanın əmlak bazarında yeni mərhələ: Sənədsiz evlərin qiyməti niyə düşür?

Cəmiyyət

25-05-2024, 18:52

Kartof bazarı: Satıcı gülür, alıcı isə məyusdur - SƏBƏB + "Kaspi"nin TƏHLİLİ

Ölkə

18-04-2024, 14:35

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Ölkə
Ürək çatışmazlığının inkişafını dayandırmağın yolu tapıldı
Ürək çatışmazlığının inkişafını dayandırmağın yolu tapıldı
Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
Ukrayna Xəzərdə “Lukoyl”un platformasına zərbə endirdi
Ukrayna Xəzərdə “Lukoyl”un platformasına zərbə endirdi
Avtobuslarda bank kartları ilə ödəniş aktivləşdirilir
Avtobuslarda bank kartları ilə ödəniş aktivləşdirilir
Siyasət
Milli Məclis amnistiya haqda qərarı qəbul etdi
Dünən, 11:09
Milli Məclis amnistiya haqda qərarı qəbul etdi
Nazir yeni sədrlə direktoru kollektivə təqdim etdi - Fotolar - Yenilənib
Dünən, 17:00
Nazir yeni sədrlə direktoru kollektivə təqdim etdi - Fotolar - Yenilənib
Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi
18-12-2025, 15:00
Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi
Şahin Şıxlinskinin və Səfərov qardaşlarının məhkəməsi başlayıb
18-12-2025, 14:53
Şahin Şıxlinskinin və Səfərov qardaşlarının məhkəməsi başlayıb
Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
18-12-2025, 08:55
Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
Prezident Əbu-Dabidədir - Fotolar
17-12-2025, 11:38
Prezident Əbu-Dabidədir - Fotolar
Xəbər Lenti
  • Dünən, 16:43
    Misli Premyer Liqası: "Neftçi" üç xalı iki qolla qazandı
  • Dünən, 16:40
    Ukrayna dronları Rusiyanın iki "Su-27" təyyarəsini məhv etdi
  • Dünən, 14:04
    Ürək çatışmazlığının inkişafını dayandırmağın yolu tapıldı
  • Dünən, 13:35
    Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
  • Dünən, 13:06
    Ukrayna Xəzərdə “Lukoyl”un platformasına zərbə endirdi
  • Dünən, 12:19
    Avtobuslarda bank kartları ilə ödəniş aktivləşdirilir
  • Dünən, 10:46
    4 saat yarıma 70-dən çox sualı cavabladı - Fotolar
  • Dünən, 10:23
    Sürücülərin nəzərinə!
  • Dünən, 09:55
    “Sevgi fəvvarəsi” pullu olacaq
  • Dünən, 09:14
    “Karvan-Yevlax” “Neftçi”yə, “Zirə” “İmişli”yə qarşı
  • Dünən, 09:07
    Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
  • Dünən, 18:07
    Almaniyada hərbi xidmətin yeni modeli təsdiq edildi
  • Dünən, 17:59
    Sürücülərin həyatını təhlükəyə atan yol - Sakinlərin "siqnal dərdi" nə zaman bitəcək?
  • Dünən, 16:40
    Meyxanaçı Ağakərim vəfat etdi
  • Dünən, 15:59
    AFFA "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb
  • Dünən, 15:36
    ABŞ və İsrail təhlükəsizlik üzrə yeni sazişin bağlanmasına dair danışıqlara başladılar
  • Dünən, 15:31
    Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı: Məşhur aktrisa Ezgi Eyüboğlu saxlanıldı
  • Dünən, 14:30
    Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb
  • Dünən, 14:10
    “Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur”
  • Dünən, 13:55
    Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
  • Dünən, 13:32
    İnternetdə deyilən hansı sözlər məsuliyyət yaradacaq?
  • Dünən, 12:43
    Sabah hava necə olacaq?
  • Dünən, 12:27
    Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
  • Dünən, 12:15
    Bu obyektlərin tikintisinə - İcazə lazım olmayacaq
  • Dünən, 11:52
    Millimizin üzvü Estoniya klubunda
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə