• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Səbinə Əliyeva: Seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq

Siyasət

2-02-2024, 16:20
Səbinə Əliyeva: Seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.

LiderXəbər-in Naxçıvan bürosu xəbər verir ki, bu istiqamətdə növbəti dəyirmi masa Naxçıvan şəhərində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva vətəndaş və siyasi hüquqların daha səmərəli təmini və müdafiəsi sahəsində ardıcıl işlərin görürüldüyünü, seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlanıldığını və seçki qanunvericiliyi, seçki prosedurları barədə geniş məlumat verib. Ombudsman çıxışında seçki prosesi ilə bağlı tədbirlər planı hazırladıqlarını və bu istiqamətdə tədbirlərin keçirildiyini bildirib: “İlk dəfə olaraq bu seçkilər suveren Azərbaycanın bütün ərazilərində keçiriləcək. Bu, həm də qürurverici məqamdır. Azərbaycan tarixi ədaləti bərpa etdikdən sonra keçirilən bu seçki tarixə yazılacaq. Seçkidə prioritet hüquqlardan olan seçki hüququnun təmini önəmlidir. Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin inkişafı üçün maarifləndirici yöndə silsilə tədbirlər təşkil olunub. Eyni zamanda seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq. Ombudsman Aparatının əməkdaşları həmçinin seçki məntəqələrində, hərbi hissələrdə, cəzaçəkmə məntəqələrində də müşahidələr aparacaqlar”.

Ombudsman deyib ki, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə Naxçıvanda da müşahidə prosesi həyata keçiriləcək: “22 ildir fəaliyyət göstərən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı bütün seçkilərdə müşahidə aparıb. İlk dəfə olaraq bu müşahidə prosesi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə Naxçıvanda da həyata keçiriləcək. Müşahidə hərbi hissələrdə, Pentensiar xidmətin müəssisələrində olacaq, təbii ki, ümumilikdə bütün Naxçıvanı əhatə etməklə təşkil ediləcək".

Səbinə Əliyeva əlilliyi olan insanların seçkilərdə iştirakı üçün seçki məntəqələrində pandusların quraşdırıldığını, sağlamlıq imkanları məhdud şəxslərin seçki hüququnun təmini məsələsinin zəruriliyini də diqqətə çatdırıb.

Növbədənkənar Prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər barədə danışan MSK üzvü Hüseyn Paşayev nəzərə çatdırıb ki, qurum seçki prosesləri ilə bağlı silsilə maarifləndirici tədbirlər təşkil edir. Xüsusilə də seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdırılaraq bildirilib ki, bölmə vasitəsilə vətən­daşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Dəyirmi masada çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı vətəndaşların seçki hüququnun təmini və müdafiəsi istiqamətində təsisat tərəfindən müvafiq işlərin görüldüyünü, MSK ilə birgə Bakı şəhəri və digər regionlarda birlikdə silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Müvəkkil təsisatı tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyəti öyrənilib, eləcə də müvafiq dövlət qurumları ilə birgə silsilə maarifləndirmə tədbirləri təşkil edildiyini diqqətə çatdırıb.

Tədbir müzakirələrlə davam edib.




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

8-05-2023, 20:29

Neftçalada məhkəmə-hüquq mövzusunda dəyirmi masa keçirilib

Ölkə

20-11-2023, 10:35

Prezident Qoşulmama Hərəkatının qadın hüquqları mövzusunda Konfransının iştirakçılarına müraciət edib

Siyasət

13-01-2024, 14:57

Jalə Əhmədova: "Azərbaycan son 30 il ərzində qarşıya qoyduğu əsas hədəflərə nail olub"

---

19-04-2023, 18:01

Ombudsman Ermənistanda əsir götürülmüş hərbçilərimizin valideynləri ilə görüşüb

Ölkə
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hava dəyişəcək - Xəbərdarlıq
Hava dəyişəcək - Xəbərdarlıq
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
Sabahın havası
Sabahın havası
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Bu gün, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bu gün, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Bu gün, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Bu gün, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Bu gün, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Bu gün, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Bu gün, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Bu gün, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Bu gün, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Bu gün, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Bu gün, 13:23
    Sabahın havası
  • Bu gün, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Bu gün, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Bu gün, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Bu gün, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Bu gün, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Bu gün, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Bu gün, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Bu gün, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Bu gün, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Bu gün, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Bu gün, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Bu gün, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə