• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dini qurumların rəhbərləri Azərbaycan Prezidentinə təşəkkür ediblər

Ölkə

15-01-2025, 18:24
Dini qurumların rəhbərləri Azərbaycan Prezidentinə təşəkkür ediblər

Azərbaycan Prezidenti İlham Əliyevin dini qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı Sərəncamına görə, dini qurumların rəhbərləri ona təşəkkür ediblər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) bildirib ki, Prezident İlham Əliyevin dini qurumlara göstərdiyi maliyyə dəstəyi dinlərarası və konfessiyalararası harmoniyanın inkişafı üçün böyük əhəmiyyət daşıyır. O, bu addımın dini icmaların fəaliyyətini gücləndirmək və Azərbaycan cəmiyyətində mövcud olan dini tolerantlığı daha da möhkəmləndirmək baxımından vacib olduğunu vurğulayıb.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev sözügedən Sərəncamla bağlı fikirlərini bölüşərək, Prezident İlham Əliyevin dini icmalara göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib.

M.Yevdayev, dövlətin dini icmalara olan qayğısının dini icmaların fəaliyyətini dəstəkləmək və onların inkişafına şərait yaratmaq baxımından önəmli olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə dinlərarası əməkdaşlığın inkişaf etdiyini və bütün dinlərin nümayəndələrinin bir arada mehriban şəraitdə yaşadıqlarını vurğulayıb.

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, dövlətin dini icmalara göstərdiyi dəstəyin və verdiyi maliyyə yardımının vacib və dəyərli olduğunu deyib.

O, bu addımın yalnız dini icmaların fəaliyyətini gücləndirmək baxımından deyil, həm də Azərbaycanın dini tolerantlıq və multikulturalizm ənənələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Həmçinin dövlətin bütün dini icmalara bərabər münasibətini və ölkədəki dini azadlıqların qorunmasına göstərilən diqqəti yüksək qiymətləndirib.

Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev Sərəncamın ölkədəki dini icmalar üçün əvəzsiz dəstək olduğunu qeyd edərək Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Maliyyə yardımının Sefarad yəhudiləri icmasının fəaliyyətini gücləndirəcəyini, habelə mədəniyyətin qorunması və inkişafı sahəsində vacib addımların atılmasına imkan yaradacağını vurğulayıb. O, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası harmoniya və əməkdaşlıq baxımından örnək ölkə olduğunu, dövlətin dini icmalara göstərdiyi qayğının multikulturalizmi və tolerantlığı daha da möhkəmləndirdiyini bildirib.

Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Prezident İlham Əliyevin Azərbaycanda dini tolerantlıq və azadlıq prinsiplərinin yüksək səviyyədə qorunduğunu və bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını qeyd edərək, bu istiqamətdə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü ifadə edib.Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov Prezident İlham Əliyevin ölkədəki tolerantlıq və din azadlığının gücləndirilməsinə yönəlmiş siyasətini alqışladığını bildirib, bu addımın dini icmalara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib. İcma sədri bu dəstəyin protestant icmalarının fəaliyyətinə töhfə olduğunu deyib.

Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) dini icmasından bildiriblər ki, Prezidentin sərəncamı Azərbaycan dövlətinin dini müxtəlifliyi dəstəkləmək və icmaların fəaliyyətini gücləndirmək istiqamətindəki müsbət siyasətinin təzahürüdür. Azərbaycan dövlətinin dini azadlıqların qorunması və ölkədəki dini harmoniya mühitinin möhkəmləndirilməsi sahəsindəki təşəbbüsləri yüksək qiymətləndirilərək, verilən dəstəyin icmaların sosial və mədəni fəaliyyətlərini daha da genişləndirməsi üçün böyük imkanlar yaratdığı bildirilib.

Qeyd edək ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

8-05-2023, 10:27

Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

Ölkə

24-12-2024, 10:24

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının üzvləri Prezident İlham Əliyevi təbrik ediblər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

25-12-2023, 15:33

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezident İlham Əliyevi təbrik edib

Ölkə
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar
“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
Siyasət
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
Dünən, 14:03
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
13-07-2026, 13:47
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
13-07-2026, 12:04
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
13-07-2026, 12:02
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
13-07-2026, 11:37
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
“Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir”
13-07-2026, 11:20
“Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir”
Xəbər Lenti
  • Dünən, 17:54
    Rayonlarda leysan olacaq - Xəbərdarlıq
  • Dünən, 17:19
    “Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar
  • Dünən, 16:51
    Rayonlarda leysan olacaq - Xəbərdarlıq
  • Dünən, 16:18
    İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
  • Dünən, 15:43
    “Mülki gəmilər və ekipaj üzvləri üçün risklər artıb”
  • Dünən, 13:34
    3 il Qarabağda, 1 il İstanbulda təhsil alacaqlar - İkili diplom proqramı
  • Dünən, 13:00
    Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə
  • Dünən, 12:17
    “YAŞAT” düşərgəsinin beşinci həftəsi başlayıb
  • Dünən, 12:11
    Tənbəl insanlar daha güclü immunitetə sahibdirlər - Alimdən maraqlı açıqlama
  • Dünən, 11:18
    2026-cı ilin ən yüksək temperaturu İranda qeydə alınıb
  • Dünən, 11:04
    “Kapital Bank” 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
  • Dünən, 10:53
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Dünən, 10:30
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Dünən, 10:26
    Yatmazdan əvvəl bunları yemək yuxunu alt-üst edir
  • Dünən, 10:10
    Elxan Mikayılov Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib
  • Dünən, 09:20
    Yamal Mbappeni kölgədə qoydu
  • Dünən, 09:16
    İranda mineral su zavodu vuruldu
  • Dünən, 09:10
    DÇ-nin sürpriz qəhrəmanı Messi ilə oynaya bilər - 7 klub onun üçün yarışır
  • Dünən, 09:05
    “İslamabad sazişi başa çatdı”
  • Dünən, 09:00
    ABŞ İranın cənubuna zərbələr endirdi - Ölənlər var
  • Dünən, 08:55
    Trampdan İrana yeni təhdid - “Danışıqlar masasına qayıtmasalar...”
  • Dünən, 17:08
    Ukrayna parlamenti hökumətin istefasını qəbul etdi
  • Dünən, 17:00
    Naxçıvanda daha bir dövlət qurumu ləğv edildi
  • Dünən, 16:34
    Şuşadakı Forum başa çatdı - Fotolar
  • Dünən, 16:20
    Hörmüz boğazının idarə olunmasına dair qanun layihəsi İran parlamentinə təqdim edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə