Bakı rusiyalı turistlərin noyabr üçün ən populyar istiqamətlərindən biri olub və Tailandın Pxuket adasını geridə qoyub.
Liderxeber.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” məlumat yayıb.
Aviabiletlərin axtarışı üzrə aparıcı sistemlərdən biri tərəfindən təqdim edilən statistikaya əsasən, Azərbaycan paytaxtı rusiyalı turistlərin xaricə bron etdiyi uçuşların 5 %-ni təşkil edib. Pxuket isə bir faiz az göstərici ilə geridə qalıb.
Hesabat dövrü üçün xaricə olan biletlərin demək olar ki, yarısı - 48 %-i satılıb. Gözlənildiyi kimi, ən populyar istiqaməti 8 %-lə İstanbul (Türkiyə) olub, ondan sonra 6 % payla Dubay (BƏƏ) izləyir.