• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada şəhidin doğum günü qeyd olunub

Ölkə

8-07-2024, 17:19
Neftçalada şəhidin doğum günü qeyd olunub

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 40 illik yubileyi qeyd olunub. Şəhid baş gizir Camal İsmayılovun Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
 
Liderxeber.az xəbər verir ki, tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, döyüşçü yoldaşları və qazilər iştirak ediblər. 
 
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
 
Tədbirdə çıxış edən şəhidin anası Filarə İsmayılova, şəhid Raquf Orucovun həyat yoldaşı, “Zəfər” şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova, xalq şairi Sabir Rüstəmxanlı, şəhid olan “Əfsanəvi taborun” valideynləri, şəhid Mahmud Məlikovun  atası Təhmasib Məlikov və digər natiqlər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qələbədən və bu qələbəmizdə iştirak edən şəhid Camal İsmayılovun şücaətindən, onun keçdiyi döyüş yolundan və 2020-ci ilin sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən Müharibəsində Camal İsmayılovun Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalması haqqında danışıblar və Vətən Müharibəsi Qəhrəmanının həyatını əks etdirən videoçarx nümayiş olunub.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və Azərbaycan ordusunun gücü ilə 44 günlük Vətən Müharibəsində qazanılan şanlı qələbəsindən, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatları ilə ölkəmizin suverenliyinin tam bərpa edilməsindən və bu döyüşlər zamanı, şəhid və qazilərimizin şücaətindən, qəhrəmanlıqlarından, işğaldan azad olunan ərazilərdə aparılan abadlıq quruculuq işlərindən və sakinlərimizin öz doğma torpaqlarına köçürülməsindən bəhs edib. Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunmasını qeyd edib. 
 
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını, təşəkkürlərini bildiriblər.
Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladıqları kompozisiyalar ilə davam edib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

7-07-2023, 19:29

Neftçalada şəhidin doğum günü qeyd olunub

Ölkə

5-12-2023, 09:34

Neftçalada şəhidə həsr olunan filmin və kitabın təqdimatı keçirilib

Ölkə

25-06-2023, 20:05

Neftçalada Silahlı Qüvvələr Günü qeyd olunub

Ölkə
Bu məhsullar bahalaşıb - Siyahı
Bu məhsullar bahalaşıb - Siyahı
“Pilotların təlimi üçün təyyarələr alınacaq”
“Pilotların təlimi üçün təyyarələr alınacaq”
Küləklə bağlı - Xəbərdarlıq
Küləklə bağlı - Xəbərdarlıq
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Dünən, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Dünən, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 17:56
    Bu məhsullar bahalaşıb - Siyahı
  • Bu gün, 17:37
    “İranla razılaşmaya ehtiyacımız yoxdur”
  • Bu gün, 17:02
    Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
  • Bu gün, 16:34
    “Pilotların təlimi üçün təyyarələr alınacaq”
  • Bu gün, 16:18
    Küləklə bağlı - Xəbərdarlıq
  • Bu gün, 15:46
    Bakıda daha bir böyük tədbir keçiriləcək
  • Bu gün, 15:00
    İndoneziyanın vitse-prezidenti saxta diplom qalmaqalına görə istefa verdi
  • Bu gün, 14:12
    Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
  • Bu gün, 13:30
    9 ayda ölkəyə ən çox bu mallar gətirilib - Siyahı
  • Bu gün, 12:22
    100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
  • Bu gün, 11:40
    “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
  • Bu gün, 11:12
    Gələn il idmana və gənclərin inkişafına bu qədər pul ayrılacaq
  • Bu gün, 10:52
    Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
  • Bu gün, 10:08
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Bu gün, 09:51
    Xərçəngin zəif nöqtəsi tapıldı - Öz-özünü məhv edə bilər
  • Bu gün, 09:30
    Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
  • Bu gün, 09:00
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Bu gün, 08:50
    Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...
  • Bu gün, 08:49
    Azərbaycanda Konstitusiya Günüdür
  • Dünən, 17:46
    Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
  • Dünən, 17:28
    Millimiz İsveçrəyə məğlub oldu
  • Dünən, 16:49
    Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
  • Dünən, 16:07
    “AzParking” sürücülərə müraciət etdi
  • Dünən, 15:14
    Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
  • Dünən, 14:16
    “Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə