• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

DSX və DTX birgə əməliyyatla mütəşəkkil qaçaqmalçı qrupun üzvlərini saxlayıb

Ölkə

25-06-2024, 15:10
DSX və DTX birgə əməliyyatla mütəşəkkil qaçaqmalçı qrupun üzvlərini saxlayıb

Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xəzər dənizindən Azərbaycan sərhədini pozmaqla külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçılar saxlanılıb.

Bu barədə Liderxeber.az-a DSX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyun ayının 25-də saat 00:17-də Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Xızı rayonu ərazisində sahildən 500 metr məsafədə Şorabad qəsəbəsi istiqamətində sürətlə hərəkət edən 2 ədəd naməlum üzmə vasitəsi müşahidə edilib.

Aşkarlanmış hədəflərin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, o cümlədən sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin şimal istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri və uzun sürən təqiblər nəticəsində saat 02:48-də sərhədçilərin qanuni tələbinlərinə tabesizlik göstərərək narkotik vasitələri dənizə atıb ərazidən uzaqlaşmağa cəhd edən sərhəd pozucularının saxlanılması məqsədi ilə silah tətbiq edilib.

Nəticədə layner tipli itisürətli üzmə vasitələrindən biri 2 nəfər heyət üzvü ilə birlikdə, ikinci üzmə vasitəsinin isə heyət üzvlərindən biri saxlanılsa da digəri itkin düşüb.

Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularına ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslaşmış tibb müəssisəsinə təxliyə ediliblər.

Araşdırma zamanı saxlanılan şəxslərin İran vətəndaşları Gülüstan əyalətinin Bender-Türkmən şəhər sakinləri 1984-cü il təvəllüdlü Behman Qasim, 1983-cü il təvəllüdlü Nuri Nurməmməd Bəhrəmxalid, 1984-cü il təvəllüdlü Rəhim Ounek Anna olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.

Davam edən əməliyyat tədbirləri nəticəsində İranın mütəşəkkil qaçaqmalçı qrupunu qarşılamaq niyyəti ilə həmin əraziyə dənizin sahilinə gəlmiş Azərbaycan vətəndaşları 1982-ci il təvəllüdlü Əliyev Elxan Nadir oğlu və 1976-cı il təvəllüdlü Məmmədova Esmira Gülağa qızı saxlanılıb.

Hazırda Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri və dalğıclar tərəfindən digər itkin düşmüş sərhəd pozucusu İran vətəndaşı 1985-ci il təvəllüdlü Həmid Vəkilinin və dənizə atılmış digər maddi sübutların axtarışı həyata keçirilir.

Fakt üzrə Baş Prokurorluqla birgə əməliyyаt-istintaq və axtarış tədbirləri dаvаm еtdirilir.
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

14-04-2023, 10:01

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası sürətlə davam etdirilir

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

İqtisadiyyat

15-11-2023, 09:11

“Azəristiliktəchizat” 2023-2024-cü illər payız-qış mövsümünə ilə bağlı məlumat yayıb

Ölkə

27-03-2023, 11:05

Azərbaycan-İran sərhədi pozulub, 2 nəfər saxlanılıb

Ölkə
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Siyasət
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Dünən, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Dünən, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
Dünən, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Bakıda görüşdülər - Foto
15-10-2026, 15:20
Bakıda görüşdülər - Foto
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
15-10-2026, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Xəbər Lenti
  • Dünən, 20:15
    Azərbaycanlı hakim Hüseyn Hüseynov Moskvada beynəlxalq güləş turnirində iştirak edib
  • Dünən, 17:43
    3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 17:41
    “Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
  • Dünən, 17:37
    “INFINITI “QX80”: Yapon dəbdəbəsinin yeni zirvəsi”
  • Dünən, 16:47
    Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
  • Dünən, 16:18
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:05
    Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
  • Dünən, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Dünən, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
  • Dünən, 14:35
    “Qalatasaray” istədi, UEFA rədd etdi
  • Dünən, 14:17
    Qalkinin İstanbuldakı konsertinin ləğv edilməsini istəyirlər
  • Dünən, 13:30
    Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
  • Dünən, 13:23
    Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
  • Dünən, 13:01
    Sabah 28° isti olacaq
  • Dünən, 12:40
    Kamran Əliyevdən yeni - Təyinatlar
  • Dünən, 12:28
    “Sabah” azarkeşlər üçün pulsuz avtobuslar ayırdı
  • Dünən, 11:35
    Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib - Fotolar
  • Dünən, 10:57
    Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
  • Dünən, 10:31
    Biləsuvarda ağır qəza - Bir ölü, bir yaralı
  • Dünən, 10:15
    “Kupça”sız evə bu yolla sənəd almaq olar
  • Dünən, 09:29
    İsrailə gizli səfər etdi
  • Dünən, 09:17
    Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
  • Dünən, 08:52
    Azad Zəngilanın altıncı ili
  • Dünən, 17:50
    Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə