• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ürəkdən ölənlər siyahısında niyə ikinciyik? - Rəşad Mahmudov açıqladı

Ölkə

1-06-2024, 09:00
Ürəkdən ölənlər siyahısında niyə ikinciyik? - Rəşad Mahmudov açıqladı

Bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycanda ölüm statistikasına görə ürək-damar xəstəliklərinin ön planda olması məsələsi müzakirə olunur. 

Liderxeber.az xəbər verir ki, yayılan məlumatlarla bağlı Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında video paylaşaraq məsələyə aydınlıq gətirib. R.Mahmudov “World Statistics” resursunun hesabatına əsasən deyib ki, Azərbaycan hər 100 000 nəfər əhaliyə düşən ölüm sayına görə Tacikistandan sonra 2-ci yerdədir:

“Bu həm ictimaiyyət, həm də həkimlər üçün ciddi narahatlıq yaradan bir hadisədir. Əvvəlcə onu deyim ki, bəli, ümumiyyətlə biz region olaraq dünyadakı statistik göstəricilərə, həm qida rasionumuz, həm qidalanma xüsusiyyətlərimiz, eləcə də idman və sağlam həyat tərzinə nisbətən uzaq qalma səbəblərimizə, ürək-damar xəstəliklərindən ölüm və əlilliyə görə yüksək risk qrupunda olan ölkələrdənik. Amma bu heç də statistik dəyərlərdə göründüyü kimi ətrafımızdakı ölkələrdə, bizə qardaş olan Türkiyənin 117-ci sırada olduğu halda bizim ikinci sırada olma məsələsi, eləcə də İranın rəqəmlərinə baxdığımız zaman 60-cı sırada olması ilə bizim rəqəmlər qətiyyən üst-üstə düşmür.

Bunun əsas səbəblərini diqqətə çatdırmaq istəyirəm. Həmin statistik qiymətləndirməyə baxdığımız zaman dünya ölkələri arasında ilk mənfi onluğun post-sovet məkanında olduğunu görürük. Bunu əslində həkim olanlar çox yaxşı bilir. Bildiyiniz kimi, ölüm qeydə alındıqdan sonra ölüm səbəbi yazılır. Əfsuslar olsun ki, sovet zamanından qalmış bir ənənəyə görə, hər hansı bir səbəbdən istər pnevmoniya, istər septik şok, istər travma nəticəsində xəstəxanaya gətirilib reanimasiyaya düşmüş şəxs sonunda ürək dayanmasından ölür. Buna görə də qeydiyyatda mütləq ürək-damar xəstəlikləri, yaxud ürək-damar çatışmazlığı ön planda yazılır. Bundan sonra isə digər səbəblər yazılır. Halbuki bu rəqəm, əlbəttə ki, dünyadakı bütün statistik dəyərlərlə qarşılaşdığı zaman ciddi problemlər yaradır. Halbuki dünyada bu statistikalar verən digər ölkələrdə hər hansı bir xəstəlikdən həyatını itirmiş şəxsin sonunda ölümü ürək dayanması ilə təsdiqlənsə belə, ölüm səbəbi olaraq sadəcə primer xəstəlik ön planda yazılır”.

Həkimin sözlərinə görə, bu, əslində texniki yanlışlıqdır:

“Bu yəqin ki, Tacikistan, Özbəkistan, Belarus, Ukrayna üçün də keçərlidir. Demək olar ki, post-sovet məkanında olan ölkələrin çoxunun bu şəkildə ilk sıralarda olma səbəbi əslində texniki yanlışlıqdır. Əslində “World Statistics” bazasına daxil olan məlumatların eyni standartlarda olmamasından ötrüdür. Bu gün dəqiq rəqəm vermək mümkün deyil. Amma biz ətrafımızda genetik olaraq yaxın olan ölkələrdən çox da yüksək olmayacaq şəkildə ürək-damar xəstəlikləri nisbətinə sahibik. Bu yenə də ölkəmizdə bir nömrəli ölüm səbəbidir. Buna görə də mən fürsətdən istifadə edərək hər birinizə sağlam qidalanma, sağlam həyat tərzi, sağlam ruh arzulayıram”

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə

3-03-2023, 11:30

Azərbaycanda ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur

Ölkə

17-05-2024, 09:25

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Ölkə
Sabah da yağış yağacaq
Sabah da yağış yağacaq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Bu rayona 33 sm qar yağıb
Bu rayona 33 sm qar yağıb
Bakıda bu xəstəxana təmirə bağlanır
Bakıda bu xəstəxana təmirə bağlanır
Siyasət
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Xəbər Lenti
  • Bu gün, 13:15
    İrana hücum üçün hər gün Trampa zəng edir - KİV
  • Bu gün, 12:48
    Sabah da yağış yağacaq
  • Bu gün, 12:21
    Əbu-Dabidə Ukrayna danışıqları başladı
  • Bu gün, 12:09
    Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
  • Bu gün, 11:46
    Bu rayona 33 sm qar yağıb
  • Bu gün, 11:14
    Bakıda bu xəstəxana təmirə bağlanır
  • Bu gün, 11:07
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • Bu gün, 10:49
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Bu gün, 10:06
    “ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
  • Bu gün, 09:54
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:21
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
  • Bu gün, 09:03
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Bu gün, 09:00
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Dünən, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Dünən, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Dünən, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • Dünən, 09:41
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Dünən, 09:35
    Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə