• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanın azad edilmiş ərazilərində biznes fəaliyyəti üçün hansı güzəştlər verilir?

Ölkə

27-05-2024, 12:23
Azərbaycanın azad edilmiş ərazilərində biznes fəaliyyəti üçün hansı güzəştlər verilir?

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır.

Liderxeber.az  İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Burada sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılır:

aşağı həddə icarə haqqı tətbiq edilir; dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur.

İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir. Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verir. Rezidentlər bu imkanlardan istifadə edərək:

investisiya xərclərinə qənaət edir;

məhsulun maya dəyərini aşağı sala bilirlər.

Bundan əlavə, sənaye parklarında:

idarəetmə ilə bağlı məsləhət;

sənaye üzrə ixtisaslı kadrların hazırlanması və digər dövlət dəstəyi tədbirləri təşkil olunur.

Ölkənin digər yerlərində fəaliyyət göstərən sənaye parklarından fərqli olaraq, işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında kommunal, xammal, sosial sahələri əhatə edən əlavə güzəştlər paketi təklif edilir.İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün tətbiq edilən güzəştlər bunlardır: Rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır. Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 %-i məbləğində maliyyə yardımı ödənilir.

Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir. Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 %-dək olan biznes kreditlərinin 90 %-dək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 % bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi (https://edf.gov.az) üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.İnsan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə əlavə məzuniyyət verilir; onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır. Tezliklə Ağdam Sənaye Parkında tikinti materiallarının, havalandırma və yanğınsöndürmə avadanlıqlarının, müxtəlif metal məmulatlarının, həmçinin ayaqqabı və s. məhsulların istehsalı müəssisələri istehsal fəaliyyətinə başlayacaq. Yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq, artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikinci sənaye parkına çevrilib. “Araz Vadisi İqtisadi Zonası”nda isə əsasən texnikalara xidmət üzrə layihələr həyata keçirilməkdədir, logistika və avadanlıq layihələrinin isə icrası gözlənilir.İşğaldan azad olunmuş ərazilərimizdə yaradılmış yeni sənaye parkları və sahibkarlar üçün tətbiq edilən güzəşt və stimullar bölgədə inkişaf və biznesin dirçəlişi üçün böyük investisiyaların cəlb edilməsində önəmli rol oynayacaq.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

27-01-2024, 13:08

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

İqtisadiyyat

15-04-2024, 15:04

Xəzərdə yaradılan süni torpaq sahəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə

21-02-2023, 11:33

Elektrik enerjisi istehlakçılarının hüquqları artırılır

Ölkə
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
Yolu keçərkən canından oldu
Yolu keçərkən canından oldu
Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Siyasət
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
Dünən, 17:57
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi
Dünən, 16:37
Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi
Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
Dünən, 13:09
Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - FOTO
Dünən, 12:30
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - FOTO
Prezident bu sazişi təsdiq etdi
29-04-2026, 17:27
Prezident bu sazişi təsdiq etdi
Deputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
29-04-2026, 17:10
Deputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
Xəbər Lenti
  • Bu gün, 11:09
    Dubayda yaşayış icazəsi almaq asanlaşdı
  • Bu gün, 10:46
    Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
  • Bu gün, 09:30
    Yolu keçərkən canından oldu
  • Bu gün, 09:08
    “Sumqayıt” “Kəpəz”ə, “Araz-Naxçıvan” “İmişli”yə qarşı
  • Dünən, 17:51
    İran Pakistan vasitəsilə ABŞ-yə yeni atəşkəs təklifləri göndərdi
  • Dünən, 17:48
    Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
  • Dünən, 16:46
    Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
  • Dünən, 16:35
    “Sərfəli şərt, az komissiya” vədi ilə yüzlərlə vətəndaşı aldatdılar - Video
  • Dünən, 14:14
    FHN bir neçə obyekt üzrə 3.5 milyon manatlıq tender elan etdi
  • Dünən, 14:00
    Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
  • Dünən, 13:31
    Metro və avtobuslarda əlavə gedişhaqqı çıxılması ilə bağlı - Rəsmi açıqlama
  • Dünən, 12:47
    ABŞ-də banka silahlı hücum: İki əməkdaş qətlə yetirildi
  • Dünən, 11:46
    Bu yollar bağlı olacaq - Siyahı
  • Dünən, 11:37
    “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”
  • Dünən, 11:11
    “Gələcəkdə bu imkan bütün məktəblərə şamil ediləcək”
  • Dünən, 10:37
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 09:51
    Gömrükdə qida məhsulları ilə bağlı yenilik
  • Dünən, 09:35
    Ukraynada sərnişin qatarı avtokranla toqquşdu: Ölənlər var
  • Dünən, 09:09
    Astana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir - Yekun hesabat təqdim olunacaq
  • Dünən, 09:04
    Sürreal saat rekord qiymətə satıldı
  • Dünən, 08:50
    “İran atəşkəsdən istifadə edir”
  • Dünən, 17:57
    İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
  • Dünən, 17:35
    Çörək bahalaşacaq? - Açıqlama
  • Dünən, 17:27
    Ermənilərin qorxulu röyası — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
  • Dünən, 17:00
    Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə